Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı - Agentlikdən qəribə satınalma

Tarix 07.03.25, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi müxtəlif rayonlarda qeyri-yaşayış sahələri icarəyə götürüb.

Yeniavaz.com xəbər verir ki, Agentlik tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında obyekt sahibləri ilə müqavilələr imzalayıb.
Fiziki şəxslərdən ümumilikdə 10 obyekt icarəyə götürülüb və onlarla bu ilin sonuna kimi icarə müqaviləsi imzalayıb.
İmzalanan icarə müqavilələrində diqqət çəkən məqamlardan biri odur ki, fərqli rayonlarda fərqli sahələri olan obyektlər üçün eyni icarə haqqı ödəniləcək. Məsələn, Cəlilabad şəhərindəki 87,9 kv. metr sahəsi olan obyekt üçün də, Şəki şəhərindəki 140 kv. metr sahəsi olan obyekt üçün də eyni məbləğ – 20 min 930 manat 28 qəpik ödəniləcək.
Müqavilələrdə başqa diqqət çəkən məqam isə odur ki, icarəyə götürülən obyektlər üçün ödənilən məbləğ mövcud bazar qiymətlərindən yüksəkdir. Məsələn, Cəlilabad şəhərindəki 87,9 kv. metr sahəsi olan obyekt üçün bir il müddətinə 20 min 930 manat 28 qəpik (aylıq 1 744 manat) ödəniləcək. Halbuki, Cəlilabad şəhərinin mərkəzi hissəsində 80-100 kv. metr sahəsi olan obyektlərinin aylıq icarə qiyməti təxminən 700 – 1 000 manat arasında dəyişir.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü obyektlər bunlardır:



Məlumat üçün onu da bildirək ki, dövlət qurumlarının müxtəlif rayonlarda qeyri-yaşayış sahələri icarəyə götürmələri hallarında artım müşahidə olunur. Belə ki, Ədliyyə Nazirliyi də son 2 gündə hüquqi və fiziki şəxslərdən ümumilkdə 41 obyekt icarəyə götürüb və onlarla bu ilin sonuna kimi icarə müqaviləsi imzalayıb.



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap