![]() |
|














Rusiya-İran arasında Azərbaycan üzərindən qaz anlaşması - Putin bu dəfə əmindir, amma..
Tarix 21.01.25, 11:00 |
|

17 yanvar tarixində iranlı həmkarı Məsud Pezeşkiyan ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin işə salındığını təsdiqlədi. Onun sözlərinə görə, ilkin tədarük həcmi 2 milyard kubmetrə çata bilər, lakin sonrakı mərhələdə bu həcmin illik 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Vladimir Putin vurğulayıb ki, Rusiya bu layihənin həyata keçiriləcəyinə əmindir.
Öz növbəsində, Rusiya Energetika Naziri Sergey Tsivilev jurnalistlərə bildirib ki, Rusiya ilə İran arasında qaz kəmərinin marşrutu razılaşdırılıb və Azərbaycan ərazisindən keçəcək.
O əlavə edib ki, danışıqlar son mərhələdədir və hazırda qiymət müzakirə olunur.
“Azərbaycan vasitəsilə marşrut razılaşdırılıb. İndi biz danışıqların son mərhələsindəyik – qiymətin yekunlaşdırılması prosesi gedir. Həcmlər artıq müəyyənləşdirilib. Qiymət hər zaman kommersiya məsələsidir və kompromis axtarışı tələb edir. Bu məqsədlə hər iki tərəfdən işçi qruplar formalaşdırılıb, mütəxəssislər qiymət təyini metodikası üzərində çalışırlar” - deyə, nazir izah edib.
Azərbaycan hökuməti və Azərbaycanın əsas qaz kəmərlərinin, o cümlədən "Şimal-Cənub" istiqamətində yerləşən kəmərlərin sahibi olan Dövlət Neft Şirkəti (SOCAR) hələlik Rusiya-İran qaz kəməri layihəsi ilə bağlı şərh verməyib.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin iyun ayında “Qazprom” və İran Milli Qaz Şirkəti (NIGC) Rusiya təbii qazının İrana tədarükü üçün strateji memorandum imzalayıb. Həmin vaxt bildirilib ki, yeni qaz kəmərinin tikintisi də daxil olmaqla lazımi infrastruktur xərcləri Rusiya tərəfindən qarşılanacaq. Lakin gələcək qaz tədarükünün İrana hansı marşrutla həyata keçiriləcəyi və həcm barədə rəsmi məlumat verilməyib.
İran mediası həmin vaxt Rusiya və İranın qazın Mozdok-Şirvanovka (Azərbaycan-Rusiya sərhədi) – Hacıqabul – Astara (Azərbaycan-İran sərhədi) – Abadan boru kəməri vasitəsilə tədarükü barədə razılığa gəldiyini bildirib. Layihə çərçivəsində mövcud Rusiya-Azərbaycan və Azərbaycan-İran qaz kəmərlərinin illik gücünün 10 milyard kubmetr olduğu qeyd edilib.
Lakin “Turan” agentliyi Azərbaycanın qaz sənayesi mənbələrinə istinad edərək, Azərbaycanın ərazisində Mozdok-Hacıqabul qaz kəmərinin cari işlək gücünün illik təxminən 4,5 milyard kubmetr, Azərbaycandan İrana isə 2 milyard kubmetr olduğunu dəqiqləşdirib.
İran illik 250 milyard kubmetrdən çox qaz istehsal edir, lakin əvvəllər qışda qaz çatışmazlığı yaşamasına baxmayaraq, keçən il yay aylarında da oxşar problemlərlə üzləşdi. Nəticədə İran Türkiyə və İraqa qaz ixracını azaltmağa məcbur oldu. Buna görə də, rəsmi Tehran Rusiya qazının idxalında maraqlıdır.
Lakin aydın deyil ki, İran nəyə görə Rusiya elektrik enerjisini idxal etməyi seçmədi. Çünki elektrik enerjisinin daşınması təbii qazın daşınmasından daha ucuzdur. Halbuki Rusiya-Azərbaycan-İran enerji dəhlizi layihəsi təxminən 20 ildir gündəmdə olsa da, Kremlin bu istiqamətdə əhəmiyyətli praktiki addımlar atmadığı müşahidə olunur.
Bundan əlavə, İran qonşu Azərbaycandan elektrik enerjisi idxal edə bilərdi, halbuki keçən il Türkiyə və Gürcüstanda zəif istehlak səbəbindən Azərbaycan ixrac həcmini azaltmışdı. Üstəlik, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən sonra rəsmi Bakı tezliklə Araz çayı üzərində iki su elektrik stansiyasının (Xudafərin və Qız Qalası SES, hər biri 280 MVt gücündə olmaqla) tikintisini həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.
Buna görə də, Rusiya ilə İran arasında yeni əsas qaz kəmərinin tikintisinin uğurla reallaşmasına inanmaq çətindir: hər hər iki ölkə sanksiyalar altındadır, iqtisadiyyatları zəifləyib və kapital çatışmazlığı ilə üzləşirlər ki, bu da kapital tələb edən infrastruktur layihəsinə sərmayə qoymağı çətinləşdirir.
Yuxarıda göstərilən şərtlər əsasında belə nəticəyə gəlmək olar ki, Azərbaycan vasitəsilə Rusiya-İran qaz kəməri layihəsi ticari layihədən daha çox siyasi layihədir. Bu layihə kollektiv Qərbin ağır sanksiyaları ilə üzləşən Moskva və Tehranın siyasi maraqlarına görə gündəmə gətirilib.
Xəbərin oxunma sayı : 952
Analiz
Xəbərlər
-
53 milyon dolların Azərbaycana qaytarılması təmin edildi - RƏSMİ
-
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - Ölkələrin siyahısı
-
Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
-
“Ukrayna 700 minə yaxın insan itirib” - Tramp
-
Naxçıvanda 8 qurum birləşdi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Zaur Mikayılovun “islahat paketi“ daha bir idarədə gərginlik yaradıb - ŞİKAYƏT
-
Nərimanov MKTB-dən heyrət doğuran tender: 300 min manatlqı sabun, vedrə və dırmıq alınacaq
-
Kamran Əliyev xanım prokurorlara yeni vəzifə verdi - FOTO
-
Artur Rasizadə 27-ci oldu - “Heydər Əliyev” ordeni daha kimlərə verilib?
-
Sahibkarların diqqətinə - Vergi Məcəlləsində dəyişikliklər olacaq
-
Həkimin yanlış əməliyyatı pasiyentin səhhətində problemlər yaratdı - VİDEO
-
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb - Son qiymət
-
“Bu, peşəkar, hərtərəfli kiberhücumdur” – “Global Media“ açıqlama yaydı
-
İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib - FOTOLAR
-
Bakıda qar yağacaq, yollar buz bağlayacaq… – Sabahın havası
-
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ
-
Yasamaldakı 98 nömrəli bağçada uşaqlar virusa yoluxub - Mənbəyi hələlik məlum deyil
-
Report.az, Baku TV, Oxu.az, Baku.ws, Caliber.az... - Bu saytlara haker hücumu olub
-
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
-
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis edildi - FƏRMAN
-
Prezident icra hakimiyyəti orqanları ilə bağlı fərman imzaladı - Hökumətə vaxt verildi
-
“Kimsə məni indi əvəzləmək istəsə, edə bilməz” - Zelenski
-
Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq - SƏRƏNCAM
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
“Nuxa” restoranı bağlandı -Yanğın təhlükəsinə görə
-
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM
-
“Ət budursa, pişik hanı, pişik budursa, ət hanı?” - Əmək bazarında maraqlı statistika
-
İpoteka müraciətləri başladı - evlərin qiyməti qalxacaqmı?
-
Axşam içki qəbul edən sürücü səhər sərxoş ola bilərmi? - VİDEO
-
Keçmiş agentlik sədri köməkçi oldu - Vüsal Aslanov Vəliyevanı özünə müşavir götürdü
-
Sakinlər Bakının mərkəzində qorxu içində yaşayırlar - VİDEO
-
Dağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
-
Bakıda “BMW” ağır qəza törətdi - Ər-arvad öldü
-
Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz - Andrey Sibiqa
-
Ali məktəblərə qəbul imtahanı: qeydiyyat başlayıb
-
“Onlar Ukraynaya pulu borc verir, biz yox” - Tramp
-
“Real“ “Mançester Siti“ni, PSV “Yuventus“u 1/8 finala buraxmadı - Çempionlar Liqası
-
“Heç kim deməsin ki, mən xəyanət etmərəm!“ - Gülyanaq Məmmədova
-
“Qvardiola ilə qarşılaşmaqdan bezmişəm“ - Ançelotti
-
Bazarlarda yerli məhsullar niyə qıtlaşıb? - VİDEO
-
Prezidentin sakinlərlə görüşünün - Videosu
-
Ukrayna Baş Qərargahı Putini təkzib edir - “Təxribat qrupu məhv edilib”
-
“Təmiz Şəhər” milyonları “zibilə atıb”... - RƏSMİ
-
Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?
-
Ağacların kəsilməsinə görə cinayət işi açıldı - VİDEO
-
“Maşallah, sənin də yumruğun yaxşıdır” - İlham Əliyev + VİDEO
-
Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - Putin
-
“Diktator Zelenski tez getsə, yaxşı olar” - Tramp
-
Prezident İlham Əliyev qəbullar keçirdi - Fotolar
-
Samuxda qayınana kürəkənini DÖYDÜ: Qəndqabı ilə alnından vurdu
-
“Ancaq bu bölgənin balını yeyirəm” - Prezident+Video
-
“Reytinqimin aşağı olması barədə Trampa yanlış məlumat verilib“ - Zelenski
-
Satışdakı bu qidalar təhlükə saçır - Alıcılara xəbərdarlıq
-
Azərbaycanda süni intellekt laboratoriyaları qurulur - 7 milyon ayrıldı
-
Keçmiş hakim köməkçisindən 10 min manatlıq dələduzluq əməli - FHN-də “iş“
-
“Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun işi səmərəsizdir“ - Hesablama Palatası
-
Prokuror Tofiq Yaqubluya 10 il cəza tələb etdi - Məhkəmə prosesi
-
“Avroviziya”da bu mahnı ilə təmsil olunacağıq - VİDEO
-
“Rusiya ordusu Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olub“ - Putin
-
“Qazaxlı Alik“in oğluna hökm oxunub - 6.6 il cəza verildi
-
Azərbaycanda ən çox boşanma harada olub? - Rayonlar üzrə siyahı
-
“Hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir“ - İlham Əliyev
-
Prezident sərəncam imzaladı - Dövlət Agentliyinə 1,5 milyon manat ayrıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ukraynalılar özlərini aldadılmış hiss edirlər“ - Zelenski
-
Biabırçı statistika: bu kəndlərdə cəmi bir nəfər yaşayır
-
Azərbaycanda unun son topdansatış qiymətləri - SİYAHI
-
Magistraturaya qəbul: açıq tipli tapşırıqlar üzrə nəticələri elan olundu
-
İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik aşkarlanıb - 2 əcnəbi həbs edilib
-
“ASAN xidmət”in 7 tenderini 1 şirkət uddu - Təmizlik işləri görüb 5,6 milyon alacaq
-
Gürcüstan-Azərbaycan sərhədi açılır: Qatarla kimlər səfər edə biləcək?
-
İlham Əliyev Xankəndi tikiş fabrikində - FOTOLAR
-
Temperatur 7-10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
-
Bakıdakı universitetlər bu rayonlara köçürüləcək? - Adlar çəkildi
-
Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü (Fotolar)
-
Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək
-
“Qrand Qafqaz“da oğurluq: Sahibkarı izlədi, pulları oğurladı, qızlara xərclədi
-
“Fevralın sonuna qədər Putinlə Trampın danışıqları baş tuta bilər“ - Kreml
-
Azərbaycanda bir tələbənin yetişdirilməsi dövlətə neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
Bakıda hoteldə dəhşət: Keçmiş arvadını çağırıb güllələdi
-
“Enjoy Club“dan vəzifəli şəxslər qovulub - SƏBƏB
-
İrandan gətirilən bu konfetlərdə GMO aşkarlandı - Fotolar
-
Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Netanyahu ilə görüşdü - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Ceyhun Cəfərov azadlığa çıxdı - Korrupsiyaya görə tutulmuşdu
-
Konstitusiya Məhkəməsi ilə bağlı dəyişiklik: hakimlərin yaş həddi artırılır
-
Bakıda orta aylıq əməkhaqqı 3 manat 90 qəpik artıb - RƏSMİ
-
Əməliyyat zamanı “TikTok”da canlı açan cərrah nazirliyə çağırıldı - VİDEO
-
İngilis və rus dillərinə çevrilməklə hər press-reliz 150 manat... - Nazirliyin “reklam tenderi“ ləğv edildi
-
“Biz bir-birimizi beynəlxalq platformalarda qətiyyətlə dəstəkləyirik“ - Əhməd İsmayılov
-
Azərbaycana palma yağı haradan gətirilir? - VİDEO
-
Sahil Babayevdən maliyyə ilə bağlı ilk qərar - Maliyyə Nazirliyi qənaət rejiminə başlayıb
-
347 minlik tender... - Layihə yenə deputata məxsus şirkətə həvalə edilib
-
Azərbaycanda kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
-
Bakıda APA-nın 15-ci plenar sessiyası başlayıb - Fotolar
-
Ukrayna pulun hara getdiyini izah etməlidir və ya qaytarmalıdır - Tramp
-
Hamiləlik və doğumdan sonrakı bu xidmətlər sığorta tərəfindən qarşılanır - VİDEO
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Fransa Ukraynaya qoşun göndərəcək? - Makron açıqladı
-
Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apardı - 26 min manatdan çox vəsait işçilərə ödənildi
-
Avtobus zolaqlarında nişanlama işləri niyə düzgün aparılmır? - VİDEO
-
“Bunu edə bilməzsiniz” - Trampdan Maska qadağa
-
Prezident Qarabağ səfərindən paylaşım etdi - VİDEO
-
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
-
“Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq“ - Lavrov
-
Tural Sadıqlının keçmiş xanımı Almaniya səfirinə müraciət etdi - Fotolar
-
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb - Qiymətlər
-
DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
-
“ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı təklif edir“ - “Fox News”
-
Əli Əsədov Tehranda Pezeşkianla görüşdü - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
-
Bakı-Tbilisi sərnişin qatarı açıla bilər - Tarix açıqlandı
-
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə “otlaq qalmaqalı“
-
Qar yağacaq, güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ
-
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat
-
Ərdoğanla Ankarada Zelenski görüşdü - Fotolar
-
Bu obyektlər propan qaz balonlarından istifadə edirmiş - Fotolar
-
Generalın vəsatəti, polkovnikin etirazı qəbul olunmadı - 143 milyonluq yeyinti işi
TOP 10
ARXİV