Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Daha bir maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO

Tarix 06.03.25, 12:43

Font ölçüsü : - / +
bitmap-img6


FHN tərəfindən Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb. 

AzFakt.com xəbər verir ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Neftçala rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.






Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap