Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm”

Tarix 28.10.25, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin “Dövlət Şurası” adlı yeni idarəetmə modeli ilə bağlı Rusiyaya ünvanladığı məktub ciddi müzakirə mövzusuna çevrilib.

Məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur.

Bu orqanın tərkibinə dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrinin daxil edilməsi nəzərdə tutulur.

AzFakt.com Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin məktubu sosial şəbəkələrdə və mətbuatda rezonans doğurub.

Müsavat Partiyasının sədri İsa Qəmbər bildirib ki, məktubun orijinal olub-olmamasından asılı olmayaraq, təqdim edilən model “demokratiya atributları arxasında gizlənən avtoritar sistem” təəssüratı yaradır.

O vurğulayıb ki, “qanunverici, icraedici və məhkəmə hakimiyyətinə nəzarətin Dövlət Şurasına verilməsi” demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir.

Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı isə daha sərt açıqlama verib.

O, Ramiz Mehdiyevin ideyasının yeni olmadığını, oxşar modelin 2003-cü ildə Etibar Məmmədov tərəfindən təklif edildiyini xatırladıb.

"Bu təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli", - Arif Hacılı bildirib.

Məsələ ilə əlaqədar Etibar Məmmədovun özü ilə də əlaqə saxlanılıb. O, Arif Hacılının "cəfəng adam" olduğunu və belə adamlara cavab vermədiyini bildirib, onun iddialarını isə cəfəngiyyat adlandırıb.



Xəbərin oxunma sayı : 214




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap