Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Tverə qubernator tapa bilmirlər: Heç kim qorxusundan yaxın durmur

Tarix 28.10.25, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


Musavat.com xəbər verir ki, Rusiya Federasiyasının Tver vilayətində qubernator postu artıq bir aya yaxındır ki, boş qalır.

Məlumata görə, bu vəzifəyə təklif edilən ən azı üç namizəd - Təbii sərvətlər nazirinin müavini Denis Butsayev, keçmiş sənaye nazirinin müavini Viktor Evtuxov və Tom vilayətinin vitse-qubernatoru Andrey Dunayev - təklifdən imtina ediblər.

Siyasi müşahidəçilər hesab edirlər ki, “imtina edənləri” başa düşmək olar. Son illərdə Rusiyada qubernator postları “atəş xətti”nə çevrilib - həm Kreml, həm də yerli əhali tərəfindən gözləntilər çox yüksəkdir. Hər bir addım diqqətlə izlənilir və kiçik bir qalmaqal və ya səhv qərar siyasi karyeranı sona çatdıra bilər.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının region rəhbərlərinə nəzarəti son dövrlərdə xeyli artıb, bu isə riski daha da böyüdür.

Digər tərəfdən, Tver vilayəti Moskva və Sankt-Peterburqla qonşu olduğu üçün iqtisadi və sosial göstəricilər baxımından bu bölgələrlə müqayisədə geridə qalır. Bu vəziyyət yeni rəhbər üçün əlavə təzyiq yaradır.

Mütəxəssislərin fikrincə, Kreml Tula vilayətinin rəhbəri Aleksey Dyumin kimi “uğurlu model”lərə üstünlük verir, lakin “Dyuminləri” hər bölgəyə tapmaq asan deyil.

Rəsmi dairələrdə deyilənə görə, vəzifə “Qəhrəmanlar zamanı” adlı yeni kadr proqramının məzunlarından birinə həvalə edilə bilərdi, lakin layihə hələ tam fəaliyyətə başlamayıb.

Ekspertlər bildirirlər ki, Tver kimi mürəkkəb bir regionun idarə olunması təcrübəsiz qubernator üçün son dərəcə çətin başlanğıc sayılır - xüsusən də onun arxasında güclü federal dəstək və formalaşmış komanda olmadıqda. 

 



Xəbərin oxunma sayı : 280




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap