Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır - Son rəqəmlər

Tarix 28.10.25, 16:27

Font ölçüsü : - / +
bitmap-img6


Son illər dünya bazarlarında şəkərin qiyməti sürətlə ucuzlaşmaqdadır.

AzFakt.com “TradingEconomics”ə istinadən xəbər verir ki, şəkərin bir kiloqramının qiyməti son bir il ərzində 38%, bu ilin əvvəlindən isə 26% ucuzlaşaraq 0,32 dollara (54 qəpik) düşüb.

Məlumat üçün bildirək ki, Azərbaycan şəkər emalında istifadə olunan əsas xammallardan birini – şəkər qamışını Braziliyadan idxal edir. Bu ilin ilk 8 ayında Braziliyadan 247 min ton şəkər qamışı gətirilib ki, bunun da bir tonunun orta gömrük dəyəri 890 manat olub. Ötən ilin eyni dövründə Braziliyadan idxal edilən şəkər qamışının bir tonunun orta gömrük dəyəri 1000 manatdan artıq olub.

Lakin onu da bildirək ki, son bir ildə şəkərin dünya bazarlarında ucuzlaşması, eyni zamanda Braziliyadan idxal edilən şəkər qamışının gömrük dəyərinin aşağı düşməsinə baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında ucuzlaşma qeydə alınmayıb.

Açıqlanan rəsmi məlumata görə, bu ilin əvvəli ilə müqayisədə sentyabr ayında marketlərdə şəkərin bir kiloqramının orta satış qiyməti 5 qəpik bahalaşaraq 2,94, şəkər tozunun orta satış qiyməti isə 3 qəpik artaraq 1,92 manata yüksəlib.







Xəbərin oxunma sayı : 244




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap