Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Xaricdə oxuyan daha 65 nəfərin diplomu tanınmadı - Səbəblər belə izah edilir

Tarix 06.03.25, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciətinə isə "yox" deyilib.

AzFakt.com xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, "Açıköğretim" təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciətinə mənfi cavab verilib.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 166, Ukraynadan 158, Türkiyə Respublikasından 148, Belarus Respublikasından 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstan dan 12, Amerika Birləşmiş Ştatlarından 6, Polşa Respublikasından 6, Qırğız Respublikasından 4, İsveç Krallığından 3, Niderland Krallığından 3, Pakistan İslam Respublikasından 3, İspaniya Krallığından 2, İtaliya Respublikasından 2, Malayziyadan 2, Mərakeş Krallığından 2, Tacikistan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Belçika Krallığından 1, Cənubi Afrika Respublikasından 1, Çin Xalq Respublikasından 1, Fransa Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Kanadadan 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Nigeriya Federativ Respublikasından 1, Özbəkistan Respublikasından 1, Qazaxıstan Respublikasından 1müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınmışdır.



Xəbərin oxunma sayı : 913




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap