| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Dünya nüvə müharibəsinin astanasında - İlk addımı kim atacaq?
Tarix 10.11.25, 15:42 |
|
ABŞ Prezidenti Donald Tramp "üçüncü dünya müharibəsi olmayacaq və biz bunun heç bir yerdə başlamasını istəmirik" deyə bəyan etsə də, artıq bu müharibə gedir. Ukrayna ətrafında cərəyan edən münaqişə də bunu təsdiqləyir. Ukrayna müharibəsi dünyanı ikiyə bölüb, qütbləşmə güclənib. Fövqəldövlətlər - ABŞ, Çin və Rusiya arasında rəqabətin dərinləşməsi, enerji, ticarət və təhlükəsizlik sahəsində yaranan qarşıdurmalar, eləcə də regional blokların silahlanmanı artırması yeni müharibə narahatlıqlarını gücləndirir. "Soyuq müharibə" dövründən fərqli olaraq, indi dünya çoxqütblü, lakin eyni zamanda daha qeyri-sabit bir mərhələyə qədəm qoyub.
AzFakt.com "Kaspi" qəzetinin bu mövzuda məqaləsini təqdim edir:
Növbəti müharibənin də "ev sahibi" Avropa olacaq?
21-ci əsrin 25 ili lokal və regional konfliktlər, etnik qarşıdurmalar və silsilə terror aktlarının "bolluğu" ilə yadda qalıb. Hər iki dünya müharibəsinin başlandığı Avropa növbəti dünya müharibəsinə də "ev sahibliyi" edir. Dünyanın gözü qarşısında Rusiya Avropada sərhədləri dəyişdirir və ərazi bütövlüyünü dəfələrlə tanıdığı Ukraynanın suveren ərazilərini özünə birləşdirməyə çalışır. Ayrı-ayrı siyasətçilər, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə bu barədə fikirlər səsləndirib, xəbərdarlıq ediblər. Elə Azərbaycan Prezidenti İlham Əliyev də yerli telekanallara müsahibələrindən birində demişdi ki, indi faktiki olaraq üçüncü dünya müharibəsi gedir.

1962-ci il böhranının təkrarı
Rusiya-Ukrayna müharibəsi uzanır, NATO ilə Moskva arasında qarşıdurma və nüvə təhdidləri artır, Avropa ən riskli bölgələrdən birinə çevrilib. Eyni zamanda Yaxın Şərqdə İran-İsrail münasibətləri gərginliyini saxlayır, Fələstin böhranı həllini tapmayıb... Asiyada isə Çin-Tayvan münasibətlərində hərbi risklər, Şimali Koreyanın raket sınaqları diqqət mərkəzindədir. Bugünlərdə isə Fransanın "AgoraVox" nəşri xəbərdarlıq edib ki, NATO-nun Kalininqradı dənizdən blokadaya alması qlobal münaqişəyə səbəb ola bilər. "Əgər NATO Kalininqradın Baltik dənizinə çıxışını bağlamağa cəhd edərsə, 1962-ci il böhranı təkrarlana bilər", - deyə nəşr qeyd edir. Məqalənin müəllifləri vurğulayıblar ki, region Kuba raket böhranı hadisələrinə bənzər şəkildə beynəlxalq qarşıdurma üçün yeni bir qaynar nöqtəyə çevrilə bilər.

Bu müharibə sivilizasiyanın sonu ola bilər
Yeri gəlmişkən, son vaxtlar siyasətçilər və diplomatlar üçüncü dünya müharibəsindən, nüvə təhlükəsindən daha çox danışmağa başlayıblar. Məsələn, Serbiyanın sabiq baş nazir müavini Aleksandr Vulin deyib ki, üçüncü dünya müharibəsi çoxdan başlayıb, dünya nüvə müharibəsinin astanasındadır. Onun fikrincə, bu, Almaniyanın birləşməsi və İkinci Dünya müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsi ilə başlayıb. Vulin hesab edir ki, Qərb ölkələrinin siyasəti dünyanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Belə bir şəraitdə siyasətçi böyük gücləri təcili olaraq razılığa gəlməyə, birqütblü dünya nizamının sona çatdığını qəbul etməyə və yeni müqavilə imzalamağa çağırıb. Onun sözlərinə görə, yeni müqavilə heç olmasa 50 illik dinc həyat və ya müharibələrsiz bir dövrü təmin etməlidir. Vulin ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları ilə bağlı fikirlərini də şərh edərək söyləyib ki, Rusiyanı nüvə silahı ilə qorxutmaq təhlükəlidir: "Rusiyanı nüvə silahı ilə qorxutmaq o qədər də ağıllı gediş deyil. Rusiyanın nüvə potensialına cavab vermək sivilizasiyanın sonu olardı".

İlk addımı Fransa atacaq?
Hesab edilir ki, Şərqi Avropadakı müharibənin gedişatında Fransa qoşunlarını Ukraynaya göndərərsə, bu, Rusiya ilə birbaşa döyüşlərə girmək demək olmayacaq. Rusiya genişmiqyaslı hücumlarını effektiv şəkildə davam etdirərsə və müəyyən irəliləyiş əldə edib Kiyevə çatarsa, o halda Fransa ilə yanaşı, Böyük Britaniya, Almaniya, Polşa da Ukraynaya qoşun göndərə bilər. Bu baş verərsə, artıq Avropa ilə Rusiya arasında birbaşa toqquşma olacaq və bu, dünya müharibəsinə gətirib çıxara bilər. Lakin Avropa və Rusiyanın belə bir eskalasiyaya getmələri inandırıcı görünmür. Məsələn, 1994-2005-ci illərdə Ukrayna örezidenti olmuş Leonid Kuçma hesab edir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə sona doğru irəliləyir. Ukrayna tarixində ikinci müddətə yenidən seçilən yeganə prezident olan Kuçma Rusiya ordusunun məruz qoyduğu mütəmadi kütləvi bombardmanları, nasist qoşunlarının Çerniqov vilayətindəki Kuçmanın doğma kəndi Çaykinonu bombalamalarıyla müqayisə edib. Hadisələrin hansı variantının - indiki müharibənin sonu və ya üçüncü dünya müharibəsinin başlanğıcının - daha real olduğunu müqayisə edən Kuçma deyib: "Ukraynalı olaraq mən ordumuzun gücünə inanıram, raket mütəxəssisi kimi isə - nüvə çəkindirmə gücünü bilirəm. Buna görə də, bizim müharibə mütləq nə vaxtsa bitəcək, üçüncü dünya müharibəsi isə yalnız nüvə müharibəsi ola bilər. O da çətin ki nə vaxtsa başlasın".
Xəbərin oxunma sayı : 766
Analiz
Xəbərlər
-
Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
-
İmişlidə karxanada bədbəxt hadisə: Ölən var
-
Daşkənddə liderlərin şərəfinə atəşfəşanlıq oldu - Fotolar
-
Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
-
Fuad Cəbrayılov Naftalan icra başçısı olacaq? - İDDİA
-
Daşınmaz əmlak bazarında bahalaşma davam edir - VİDEO
-
Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO
-
İşsizliyə görə sığorta ödənişi artırılacaq - VİDEO
-
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
-
Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb - VİDEO
-
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib - “Bloomberg“
-
Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?
-
“Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq“ - Polşa XİN rəhbəri
-
Ət bazarında böhran dərinləşir: Bahalaşma nə qədər davam edəcək?
-
Metro sərnişinlərinin sayı azalıb, avtomobil istifadəçilərinin sayı artıb - 10 ayın statistikası
-
“Avropa müharibə astanasındadır” - Viktor Orban
-
Bərdədə əməliyyat: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar tutuldu
-
“Məqsədimiz Bakıda qələbə qazanmaqdır“ - Didye Deşam
-
Abituriyentlərin nəzərinə: Bəzi ixtisaslarda keçid balı arta bilər
-
İlham Əliyev “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində - Fotolar
-
Masallıda kənd adının dəyişdirilməsi qalmaqala səbəb oldu - Rəsmi açıqlama
-
Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi günü - Fotolar
-
Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Fotolar
-
“ABŞ hələ qadın prezidentin idarəçiliyinə hazır deyil“ - Mişel Obama
-
Quzu ətinin qiyməti 30 manatı keçdi - Daha da bahalaşacaq?
-
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 minlik gül aldı - Fuad Hacıyevin biznesi
-
Azərbaycanda 7,5 milyon manata “Bugatti“ satılır - FOTO
-
Borclu kimi axtarışda olan 208 nəfər saxlanılıb - DİN
-
“Türkiyə Şimali Kipri heç vaxt tək qoymayacaq“ - Ərdoğan
-
Sabiq deputatdan Emin Əmrullayevə ağır ittihamlar: Təhsil İnstitutunda korrupsiya bataqlığı…
-
Dələduzların onlayn kart alveri: Sahibi cinayət məsuliyyəti daşıyır?
-
Məhkumları robotlar izləyəcək - Maskdan yeni layihə
-
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək? - Açıqlama
-
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu - FOTO
-
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
-
Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi
-
İlham Əliyev Özbəkistanda səfərdədir - FOTOLAR
-
Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu
-
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq - VİDEO
-
Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Fələstinə humanitar yardım göstərməyə davam edəcəyik - İlham Əliyev
-
ABŞ “Lukoyl” şirkətinə möhlət verdi - Bu tarixədək
-
“Baxmırlar haqlısan, ya yox, işdən çıxarırlar“ - “Bolt“ şirkəti kuryeri niyə cəzalandırdı?
-
Ermənistanda 10 yeni məscid tikiləcək - Ərdoğan sayəsində
-
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
-
Bakıda ana azyaşlı qızına işgəncə verdi - TƏFƏRRÜAT
-
Paytaxtda nəzarətsiz qalan yol: Keçənlər təngə gəlirlər
-
Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - VİDEO
-
“Bu ölkə ilə bağlı qərar qəbul etmişəm” - Tramp
-
Vatsap bu telefonlarda işləməyəcək - SİYAHI
-
Zəngilan və Ağdamın kəndlərinə növbəti köç - FOTOLAR
-
Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Avropaya aparılan 90 milyonluq heroin aşkarlandı - Fotolar
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb
-
Yasamalda obyekt tikmək məqsədilə yaşı bir əsr olan binanın zirzəmisi qazılıb - VİDEO
-
Baş İdarə əməliyyat keçirib - Saxlanılanlar var
-
Son günlər uşaqlar arasında yayılan yeni xəstəlik nədir? - VİDEO
-
Elçin Rzayevin sözünə “qulaq asan“ yoxdur - Deputat kəndlinin örüş yerini “azad edəcəkmi?“
-
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
-
Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirilib...
-
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
-
Türkiyə şəhidlərini torpağa tapşırdı... - FOTOLAR
-
“Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq“ - Merts
-
Deputatlar 3 gün ardıcıl iclas keçirəcək, 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
-
Yusif Baqiyev qumarxana şəbəkəsi yaradaraq 171 milyondan çox qazanıb - RƏSMİ
-
Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edib - FOTO
-
Saleh Məmmədovun idarə rəisi hansı imtiyazlar əldə edərək “Lexus” alıb? - FOTO
-
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
-
9990 və 7770 nömrələrindən gələn zənglər... - DİN araşdırmaya başlayıb
-
Ayda adambaşına 633 manat gəlirimiz olub - Statistika Komitəsi
-
Putin TŞ-nin müşavirəsini keçirib - Lavrov müşavirəyə qatılmayıb
-
Kriştianu Ronaldu dünya çempionatının oyunlarını buraxa bilər - SƏBƏB
-
Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub - STATİSTİKA
-
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - Fotolar
-
“Şərurlu İsfəndiyar“ məhkəmədə: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm“
-
DİN və AQTA-dan birgə əməliyyat: 2 ton yararsız ət aşkarlandı - Video
-
Nazir Biləsuvarda vətəndaşları qəbul etdi - Fotolar
-
Zelenski İlham Əliyevə zəng edib - Səfirliyimizə edilən hücum barədə danışıblar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Prezident daha bir fərman imzaladı - AYNA ilə bağlı
-
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı
-
“Bakı Metropoliteni“ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
-
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
-
“Azərsilah”ın zavodunda istehsalat qəzası olub - Ölən var
-
“Məlhəm” Hospitalının həkimi Günel Qəmbərova pasiyentləri belə müayinə edir? - VİDEO
-
Novorossiyskdən neft nəqli dayandırıldı - Rusiya Qara dənizdən neft ixrac edə bilmir
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Türkiyədə cinayətkarlara qarşı əməliyyat - Azərbaycan polisi də məlumatlandırılıb
-
“Xameneiyə hücum rejimi içəridən çökdürə bilər” - Pezeşkian
-
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb - Rəsmi
-
Sabirabadda qadın qətlə yetirilib - Qardaşı tutulub
-
Mətanət İsgəndərli əməliyyatla belə dəyişdi - FOTOLAR
-
Aqrar sahədə gözləntilər reallaşmır - Büdcə xərcləri artır, amma məhsuldarlıq azalır
-
Şənbə günü bəzi rayonlara leysan yağacaq - PROQNOZ
-
Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - FOTOLAR
-
“Tramp marşrutu”nun icarəsi ilə bağlı iki ssenarini müzakirə edirik” - Paşinyan
-
Bazarda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı - Fotolar
-
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılır - AÇIQLAMA
-
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
-
Bakı metrosu İstanbul metrosundan məsləhət alır - 586 min manata
-
Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq - Hesablama Palatası
-
Saxta çaylar bazarı bürüyüb - Əsl çayı necə ayırd edək?
-
“Yolu keçərkən qulaqcıqlardan istifadə diqqəti yayındırır” - DYP
-
Bakıda müğənni restoranda sevgilisini döydü - Məhkəməlik oldu
-
Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır - KİV
-
5 hakimi təhqir edən şəxs həbs edildi - 10 min təzminat alacaqlar
-
“Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm“ - Kürdəmirdəki məktəbdə nə baş verib?
-
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
DÇ-2026-nın seçmə mərhələsi: Portuqaliya uduzdu, Fransa İngiltərə qalib gəldi
-
İcra başçısı sakinləri məhkəməyə verdi - Kim haqlıdır?
-
Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür
-
Yerlərdə insanları narahat edən məsələlər öz həllini tapmalıdır
-
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır
-
Amerikalı reperin həbsxanadan ilk fotosu yayıldı: Tanınmaz hala düşüb
-
Makrondan xəbərdarlıq: “Tezliklə kosmik müharibələr başlayacaq“
-
Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
-
DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyaya məğlub oldu
-
Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı - Xorvatiyada
-
“Hökumət və parlament inflyasiyanın əsas səbəbkarıdır“ - Pezeşkian
TOP 10
ARXİV





