Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı

Tarix 30.09.25, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) böyük məbləğdə tendersiz satınalmaları məlum olub.

AzFakt.com “Fed.az”a istinadla xəbər verir ki, söhbət eyni xidmətin bir neçə hissə ilə eyni şirkətə sifariş verilməsindən gedir.

Belə ki, AYNA Bakı şəhəri və respublikanın digər ərazilərində xətləmə və nişanlama işi ilə bağlı böyük sifarişləri tendersiz olaraq “STP-BTECH” MMC-yə verib. Agentliklə “STP-BTECH” MMC-nin əməkdaşlığı 2024-cü ildən, “STP-BTECH” yaranandan dərhal sonra başlayıb. Ölkə ərazisində, o cümlədən Bakı şəhərində nişanlanma işləri üçün Agentlik “STP-BTECH”ə 3 milyon 669 min manatlıq sifariş verib. Təxminən həmin vaxtda Agentlik "STP-BTECH" MMC ilə tendersiz 2-ci müqaviləsini bağlayıb - təmir olunan küçə və prospektlərdə, eləcə də əsas magistral yollarda yol nişanlarının quraşdırılması və xətlənmə işləri üzrə müqaviləyə əsasən Agentlik bu işlərə görə şirkətə 16 milyon 924 min manat vəsait ödəməlidir. 2025-ci ilin mayında şirkət AYNA-dan növbəti tendersiz sifariş alıb - "STP-BTECH" ilə (VÖEN-i 2907446991) respublika ərazisində xətlənmə işləri üçün 17 milyon 603 min manatlıq müqavilə imzalanıb. Bundan cəmi 1 ay sonra AYNA "STP-BTECH" ilə yenə də respublika ərazisində yolların nişanlanma işlərinin satın alınması üzrə tendersiz müqavilə imzalayıb – bunun məbləği 14 milyon 692 min manat olub.

Başqa sözlə, AYNA demək olar ki, eyni tipli işlərin görülməsi üçün bir ildən də az olan müddətdə eyni şirkətə 52,9 milyon manatlıq tendersiz sifariş verib. Maraqlıdır ki, adətən tendersiz, bir mənbədən olan müqavilələr mürəkkəb, bir şirkətin həyata keçirməsi ilə mümkün olan işlər üzrə bağlanılır. Yolların xətlənməsi xidməti isə belə işlərə aid deyil.

Xatırladaq ki, "STP-BTECH" MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 240 min manat, qanuni təmsilçisi Emre Yalcındır.



Xəbərin oxunma sayı : 568




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap