Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?

Tarix 15.11.25, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və "Xıllı balıq" Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Bu müəssisələrin Kənd Təsərrüfatı Nazirliyinə verilməsində məqsəd nədir? Yeni qərar balıqçılıq sahəsində nəyi dəyişəcək?

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı fərman imzalayıb. Fərmanın əsas bəndlərindən biri - Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs yaradılması olub.

Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?

"Nə istehsal həcminə, nə də istehlakçıya təsir edəcək"

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlının sözlərinə görə, yeni qərar 2024-cü ildə imzalanan fərmanla əlaqədardır. Lakin 5 müəssisədə vəziyyət heç də ürəkaçan deyil: "Adıçəkilən müəssisələrdə son 6-7 il ərzində heç bir ciddi təmir və bərpa işləri olmadığından köhnə təsərrüfatlardır. Köhnə olduqları üçün də istifadə olunması mümkün olmayan haldadır. Adı var, özü yox da deyə bilərik. Qismən istifadə olunan "Xıllı balıq" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Amma orada da istehsal azalır".

Z.Salmanlı adı çəkilən müəssisələrin fəaliyyət məqsədlərindən də bəhs edib: "Həmin müəssisələrin məqsədi əmtəə məhsulu istehsalı olmayıb. Onların varlığındakı məqsəd körpə balıqların yetişdirilməsi və Xəzərin endemik növlərinin qorunub saxlanması, təbii su hövzələrində populyasiyanın sənaye səviyyəsinə qaldırılmasına xidmət etməkdir. O səbəbdən bu müəssisələrin nazirliyin tərkibinə keçməsi nə istehsal həcminə, nə istehlakçıya hər hansı bir təsir etməyəcək. Amma biz statistik məlumatları daha doğru əldə edirik. Dekabr ayından bunu müşahidə ediriksə, gələcəkdə daha da yaxşı olacaq. Mənim fikrimcə, bərpası ağır, su qıtlığı ilə üzləşən müəssisələr özəlləşdirilməyə veriləcək. Yəqin həmin müəssisələr arasında 1-2-i balıqartırma məqsədilə saxlanılacaq. Onları bərpa edəcəklər".

Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?

"Gələcəklə bağlı ümidliyik"

Sədr gələcək haqqında xeyli müsbət danışıb: "Balıqçılıq sahəsinin inkişafı üçün yeni strategiya planı hazırlanacaq. Ümid edirəm ki, onların əməyi nəticəsində yenidən dirçəliş mümkün olacaq. Sahibkarlarımız da belə olduğu halda subsidiyalardan yararlana bilərlər. O səbəbdən biz gələcəklə bağlı ümidliyik. Düşünürəm ki, bir neçə ildən sonra istehlakçılar da yeni qərarların müsbət nəticələrini görə biləcəklər".

"Bu sahədə bir sıra süni çətinliklər var idi"

Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev də yeni qərarın uğurlu olacağı qənaətindədir: "Əksər ölkələrdə balıqçılığa aid bir dövlət qurumu mövcuddur. Bu sahə KTN-in tabeçiliyində fəaliyyət göstərdiyi üçün səmərəli olduğunu düşünürəm. Balıqçılığın KTN-ə verilməsi balıqartırma sahəsində sahibkarlarda yaxşılığa doğru ümid yaradıb. Bu sahə həm gəlirli, həm də maraqlıdır, sadəcə bir sıra süni çətinliklərin yaradılmasına görə fermerlər və sahibkarlar bu sahədən uzaqlaşmışdı. Balıqçılığa ayrılan xüsusi diqqətin müsbət təsir edəcəyinə ümid edirəm".

Ə.Əliyev bu sahənin inkişafı üçün həll edilməli məsələlərə də toxunub: "Balıqçılığın inkişafı üçün ilk növbədə, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və müvəqqəti olaraq vergi güzəştləri tətbiq edilməlidir. Axar çayların Xəzərə və böyük su anbarlarına birləşən deltasına və yaxınlığına qəti şəkildə kvota verilməməlidir. Xəzərdə və daxili su hövzələrində balıq artımının inkişafı üçün Xəzər dənizində aprel ayından, daxili su hövzələrində mart ayından moratorium tətbiq edilməlidir. Sənaye balıqçılığının inkişafına gəldikdə, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər veriləcək. Sənaye balıqçılığına kvota verilərkən istifadəyə uyğun olan alətlər (tor) təqdim olunmalıdır. Qadağa vaxtı kürülü balıq satılan market və bazarlarda eyni qaydada cərimələr tətbiq edilməlidir".

"Azərbaycan ixrac ölkəsinə çevriləcək"

Müsahibin fikrincə, artıq balıqçılıq sahəsində həm keyfiyyət yüksəldilib, həm də rəqabət artıb: "Qadağa vaxtı kürülü və ovlanması qadağan edilmiş balıqların satışı ilə məşğul ⁠olan market və bazarlarda mövsümlə bağlı monitorinqlər aparılmalı və qanuna riayət etməyən sahibkarlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Bu süni balıqartırmaya ehtiyacı artıracaq və fermerlər arasında keyfiyyətli rəqabətə də təsir göstərəcək. Azərbaycanda son zamanlar balıq məhsullarının keyfiyyətinə, yerli balıqlara əhali daha çox üstünlük verir, buna görə də artıq keyfiyyətli balıq yetişdirməyə üstünlük verən fermerlər arasında rəqabət var".

Ə.Əliyev düşünür ki, imkanlardan düzgün istifadə edilsə, balıq ixrac edən ölkəyə çevrilə bilərik: "Hazırda ölkəyə balığın 80 faizi xaricdən gəlir. Düşünürəm ki, daxili bazarı təmin etmək üçün böyük ehtiyac var, ona görə də rəqabətdən danışmaq hələ tezdir. Azərbaycan hava və iqlim şəraitinə görə ilin bütün mövsümləri balıqartırma üçün əlverişlidir".



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap