Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb - VİDEO

Tarix 15.11.25, 21:27

Font ölçüsü : - / +
bitmap-img6


Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçay məcrasını dəyişərək 6 evi təhlükə altında qoyub.

Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb, nəticədə, çayın səviyyəsi qalxdıqca kənd camaatı üçün təhlükə kritik həddə çatır.

Sakinlər deyirlər ki, artıq bəzi torpaq sahələri tamamilə itirilib, bir neçə fərdi təsərrüfat isə uçqun riski ilə üz-üzədir.

Çayın istiqamətinin dəyişməsinə səbəb isə burada vaxtında bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Qusar Su Melorasiya Sistemlərinin İstismarı İdarəsində “Xəzər Xəbər”ə bildirildi ki, məsələdən xəbərdardırlar və bu ilin sonuna kimi problem həll olunacaq.





Xəbərin oxunma sayı : 148




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap