Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib

Tarix 14.10.25, 15:04

Font ölçüsü : - / +
bitmap-img6


Son aylar Dövlət Gömrük Komitəsi ilə bağlı sahibkarlarlar tərəfindən ardı-arası kəsilməyən şikayətlərin çoxalması adı çəkilən qurumun rəhbərliyini ciddi şəkildə hədəf halına gətirib. 

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra qurumda bir çox dəyişikliklər etdi. Ancaq sahibkarların müxtəlif bəhanələrlə incidilməsi o anlama gəlir ki, hələ də Dövlət Gömrük Komitəsində bürokratik əngəllər və problemlər qalmaqdadır. Buna görə də son zamalar  sahibkarların Dövlət Gömrük Komitəsindən şikayətləri artmaqdadır. Doğrudur, bu şikayətlər Aydın Əliyev və Səfər Mehdiyevin zamanında olduğu səviyyədə total və davamlı olmasa da, son zamanlar Şahin Bağırovla bağlı mətbuatda çıxan məlumatlar sesnsasiya xarakterlidir. Xüsusən Gömrük Komitəsində yeni sistemin də korrupsioner və rüşvətxor sistem olaraq monopoliyaya xidmət göstərməsi ilə bağlı artan xəbərlər onu deməyə əsas verir ki, Komitədə mahiyyətcə dəyişim baş verməyib. Yəni Şahin Bağırov Dövlət Gömrük Komitəsində yeni qaydalar tətbiq eləsə də, Komitənin fəaliyyətində mahiyyət dəyişikliyi baş veməyib və bu fəaliyyət yenə də monopoliya xidmət etməkdədir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi ilə bağlı narazılıqların artması və ictimailəşməsi Şahin Bağırovun rəqiblərini həvəsləndirib. Belə görünür ki, Şahin Bağırovla bağlı şikayətlərin artması məhz ona qarşı müxalifətin aktivləşməsi ilə bağlıdır.

AzFakt.com xəbər verir ki,  Dövlət Gömrük Komitəsində Şahin Bağırovun kreslosuna göz dikən iki qruplaşma yaranıb. Bu qruplaşmanın birinə Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, digərinə isə Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov rəhbərlik edir. 

Məlumata görə general Bəhruz Quliyev və idarə rəisi Elmir Ramazanov artıq Dövlət Gömrük Komitəsində öz komandalarını formalaşdırmaqla məşğuldurlar. Belə ki, Dövlət Gömrük Komitəsinin Sumqayıt, Gəncə, Tovuz, Xaçmaz gömrük idarə rəislərinin sədr müavini general Bəhruz Quliyevin himayəsi altında olduğu iddia edilir. 

Açıklama yok.

Həmçinin sədr müavini Bəhruz Quliyevin komitədə ən etibarlı adamının isə yaxın dostu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirov olduğu bildirilir. Anar Cahangirovun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə məhz Bəhruz Quliyevin köməyi və dəstəyi ilə təyinat alıb. 

Əslən Tovuz rayonundan olan Bəhruz Quliyev iş adamı Rusiya Prezidenti Putinin tələbə yoldaşı İlham Rəhimovun əmisioğlu Pərviz Rəhimovu Xaçmaz Gömrük İdarəsinə rəis təyin etdirməklə gücünə güc qatıb. Məlumata görə general Bəhruz Quiyev Dövlət Gömrük Komitəsinin sədri olmaq üçün hakimiyyətin yuxarı dairələri ilə müxtəlif əlaqələr qurmaqdadır. 

Özünü Şahin Bağırovun yerində görmək istəyən digər qruplaşmanın rəhbəri olan Bakı Baş Gömrük İdarəsinin gənc rəisi Elmir Ramazanovun isə arxasında İqsadiyyat Nazirinin müavini Elnur Əliyevin dayandığı bildirilir. 

Açıklama yok.

Nazir müavininin himayəsində olan Elmir Ramazanovun Bakı Baş Gömrük İdarəsini müstəqil qurum kimi idarə etdiyi idda edilir. 



Xəbərin oxunma sayı : 562




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap