“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Çindən 3.7 milyardlıq alıb, cəmi 19.5 milyon dollarlıq mal satırıq” - Millət vəkili

Tarix 24.04.25, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticari-iqtisadi,sənaye, investisiya və digər sahalərdə əməkdaşlıq getdikcə daha çox dərəcədə işlənir və dərinləşir”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı, deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, bu, özünü ticarət əlaqələrinin dinamikasında daha əyani göstərir: “Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, ötən il 3,7 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 2,4 milyard dollar və ya 2,4 dəfə çoxdur.Təkcə ötən ildə ticarət dövriyyəsinə 2023-cü illə müqayisdə 21 faizə yaxın artım olub”.

İqtisadçı qeyd edib ki, bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Millət vəkili qeyd edib ki, əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır.

İdxala gəldikdə Ə.Məslimli bildirib bu sahədə Çin 2018-2022-ci illərdəki 3-cü, 2023-cü ildəki 2-ci yerdən 2024-cü ildə 1-ci mövqeyə keçib: “Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 8 faizə çatıb. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlığın möhkəm əsası qoyulub.Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Çinin 3744,8 milyon dollarlıq ticarət dövriyyəsinin 3725,1 milyon dolları Çinin, cəmi 19,7 milyon dolları isə Azərbaycanın payına düşür: “Yəni Azərbaycanın Çinə ixrac etdiyi malların həcmi Çindən idxal etdiyi malların həcmindən 3705,4 milyon dollar və ya 19 dəfə azdır. Azərbaycan Çinlə imzaladığı iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən sənədlərdən irəli gələn işləri sistemli qurmaqla yaxın perspektivdə indikindən qat-qat artıq mal və məhsul, xüsusən də şərab və nar şırəsi ilə yanaşı kənd təsərrüfatı və onun emalından əldə edilən xeyli sayda məhsullar icrac edə bilər”.



Xəbərin oxunma sayı : 283




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap