“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

İnam Kərimov Çində səfərdə olub - FOTOLAR

Tarix 25.04.25, 10:27

Font ölçüsü : - / +
bitmap-img6


Apelin 22-23-ü Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov Çinin Hançjou şəhərində səfərdə olub. 

AzFakt.com xəbər verir ki, səfər çərçivəsində İnam Kərimov öncə Çin Ali Xalq Məhkəməsinin sədri Zhang Jun ilə ikitərəfli görüş keçirib.

Sədr Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və yeniliklər barədə ətraflı məlumat verib. Görüşdə məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Daha sonra İnam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmə sədrlərinin 20-ci iclasına qatılıb. İclasda təşkilat çərçivəsində məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Azərbaycan Ali Məhkəməsinin sədri çıxış edərək, iclasın dost ölkələr arasında uzunmüddətli hüquqi əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu platforma birgə müzakirələr aparmaq, irəliləyişə yönəlmiş təcrübələr paylaşmaq və innovativ gələcəyə doğru addım atmaq üçün böyük bir fürsət yaradır. 

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində mütərəqqi islahatlar aparılır. Bu istiqamətdə ötən müddətdə görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib və bu dəyişikliklər Azərbaycanda məhkəmə sisteminin inkişafına mühüm töhfə verib. 

İnam Kərimov eyni zamanda “Süni intellektin hüquqi tətbiqləri” mövzusunda çıxış edib. Bildirilib ki, süni intellekt hüquq sistemləri üçün geniş imkanlar təqdim edir. İş yükünü azaldır, ədalət mühakiməsinə əlçatanlığı artırır. Həmçinin vurğulanıb ki, süni intellekt hakimin rolunu əvəz etməməli, dəstəkləyici bir vasitə kimi xidmət etməlidir, hüquqi qərarlar həmişə təcrübəli hakimlərin səlahiyyətində qalmalıdır.

Konkret məsələlər müzakirə edildikdən sonra qanunun aliliyinin birgə təşviqi, insan hüquq və azadlıqlarının qorunması, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin və Ali Məhkəmə sədrlərinin Birgə Bəyanatı imzalanıb.






Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap