“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Rusiya Bəşər Əsədin ekstradisiyasından imtina edib” - Əhməd əl-Şaraa

Tarix 24.04.25, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Suriyanın yeni hökumətinin Rusiyadakı devrilmiş prezident Bəşər Əsədin ekstradisiyası tələbindən imtina edib.

Yeniavaz.com xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa aprelin 23-ü çərşənbə günü “The New York Times”a (NYT) qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu tələb yanvar ayında Rusiya hakimiyyətinə çatdırılıb.
Digər tərəfdən, bu məsələ fevral ayında Əhməd Əl-Şaraa və Vladimir Putin arasında telefon danışığı zamanı da qaldırılıb.
NYT yazır ki, imtinaya baxmayaraq, Suriyanın yeni administrasiyası Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil və Suriya hakimiyyəti Kremllə danışıqlara açıq görünür.
“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Suriyanın silahları tamamilə Rusiya istehsalıdır. Və Suriyanın uzun illərdir arxalandığı qida və enerji təchizatı ilə bağlı çoxlu razılaşmalar var”, - deyən əl-Şaraa hökumətinin Suriyanın bu maraqlarını nəzərə aldığını vurğulayıb.
Nəşr xatırladıb ki, Suriyada dağıdıcı vətəndaş müharibəsi zamanı Moskva Əsəd rejimini dəstəkləmək üçün ölkəyə təyyarələr, gəmilər, qoşunlar və hərbi məsləhətçilər göndərib.
“İndiyə qədər başqa ölkələrdən Suriya silahlarını əvəz etmək üçün heç bir təklif almamışıq”, - deyən əl-Şaraa əlavə edib ki, ölkəsinin yenidən Rusiyanın dəstəyinə ehtiyacı ola bilər.
Qeyd edək ki, Bəşər Əsədə 2024-cü ilin dekabrında Rusiyada siyasi sığınacaq verilib.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap