“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Zelenski günahkar deyil...“ - Starmer Trampa etiraz edib

Tarix 25.04.25, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılması haqqında razılaşmanın əldə edilməməsinin Ukrayna lideri Volodimir Zelenskinin günahı olduğu mövqeyi ilə razılaşmayıb.

“Report” xəbər verir ki, bu barədə Britaniya Baş naziri öz fikrini Britaniya qəzeti “The Daily Telegraph”a verdiyi müsahibədə bildirib.

Zelenskinin sülh sazişinin olmamasında günahkar olub-olmadığı sualına cavab verərkən Starmer vurğulayıb: “Xeyr. Rusiya təcavüzkardır. Heç vaxt unutmayın ki, münaqişənin ilk həftəsində Zelenskiyə öz ölkəsindən təhlükəsiz çıxış təklif edilmişdi. O zaman hamı düşünürdü ki, Rusiya Ukraynanı ələ keçirmək niyyətində çox tez uğur qazanacaq. O isə ölkəsini müdafiə etmək və ona rəhbərlik etmək üçün qaldı, bunu üç ildən çox müddətdə bütün ölkəsi kimi böyük cəsarət və dözümlülüklə etdi. Danışıqlar masasına oturmalı və atəşkəsə razılaşmalı olan məhz Rusiyadır”.

Britaniya Baş naziri Rusiya ilə hər hansı danışıq prosesi çərçivəsində Krımın rəsmi olaraq Rusiyaya məxsus olduğunu tanımaq barədə ABŞ-nin planlarını dəstəkləməkdən imtina edərək, Kiyevə Moskva ilə hər hansı sülh sazişinin şərtlərini müəyyən etmək imkanı verilməli olduğunu qeyd edib.

“Nəticədə mən həmişə yadda saxlayıram ki, məhz Ukrayna bu məsələləri həll etməlidir – bu, başqa insanların Ukrayna adından qərar verməsi üçün deyil. Bunu Ukrayna həll etməlidir. Rusiya bu şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır”, – Starmer bildirib.

O əlavə edib ki, atəşkəs Ukrayna da daxil olmaqla bütün tərəflərin qəbul edə biləcəyi şərtlərlə olmalıdır və “bu, uzunmüddətli atəşkəs olmalıdır”.

“Mən müvəqqəti atəşkəs görmək istəmirəm, çünki mən əminəm ki, bu, sadəcə Rusiyaya gələcəkdə yenidən qayıtmaq imkanı və vasitələri verəcək. Onlar bunu əvvəllər də ediblər və mən şübhə etmirəm ki, onlar bunu yenə edəcəklər”, – Böyük Britaniyanın Baş naziri bildirib.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap