“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı

Tarix 25.04.25, 13:35

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Cəlal şəxsi münasibətdə olduğu Türkiyə vətəndaşı Sinana (adlar şərti verilib - red.) xəsarət yetirib.

AzFakt.com teleqraf.com-a istinadla xəbər verir ki, Tərtər rayon sakini Cəlal Biləcəri qəsəbəsində Sinan adlı oğlanla görüşüb. Sinan təkidlə mehmanxanada gecəni onunla birlikdə qalmasını istəyib. Cəlal buna etiraz edib.

Bu zaman Cəlalın atası Vaqif onlara yaxınlaşıb, oğlunun evdə qalmasının vacib olduğunu bildirib, Sinandan oğlundan əl çəkməsini və öz ölkəsinə qayıtmasını tələb edib.

Sinan hücum edərək Vaqifi təhqir edib, əl-qol ataraq ona zərbə vurub. Bu səbəbdən Cəlal bıçaqla Sinanın bədəninə zərbə endirib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Sinanla internet vasitəsilə, onlayn oyun zamanı tanış olub: "Sinan Türkiyə vətəndaşıdır. Mən ali təhsil almaq üçün Türkiyəyə gedərkən onunla görüşdüm, dostlaşdım. Onun mənə yardım edə biləcəyini düşündüm. Daha sonra Sinanın mənə fərqli hisslər bəslədiyini hiss etdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Türkiyəyə gəldikdən təxminən bir həftə ərzində Sinanın homoseksual olduğunu öyrənib və ondan uzaqlaşmağa başlayıb: "Sinan mənə hədə-qorxu gəlməyə, məni təhdid etməyə başladı. Məhz bu səbəbdən təhsilimi yarımçıq qoyaraq Türkiyədən vətənə qayıtmalı oldum.

Sinan hakerdir, Türkiyədə məni ailəmlə bağlı təhdid edirdi. Fərqli mobil nömrələrdən zəng edərək, ailəmi bezdirəcəyini bildirirdi. Məni zorla ailəsinə zəng etdirərək, guya onun bıçaqlandığını deməyim barədə göstəriş vermişdi.

Bütün bunlardan sonra Azərbaycana qayıtdım. Bir müddət sonra Sinan da Azərbaycana gəldi, yenidən görüşdük".

Cəlal qeyd edib ki, küçədə Sinanla gedərkən, atası ilə qarşılaşıb: "Atam Sinandan məndən əl çəkməyini xahiş etdi. O, atama hücum çəkdi. Sinandan tələb etdim ki, atamdan və məndən əl çəksin, amma buna əhəmiyyət vermədi. Bu zaman özümü itirdim, belə bir hərəkətə yol verdim. Hazırda törətdiyim əməldən səmimi peşmanam".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə Biləcəri qəsəbəsində baş verib: "Sinan mənimlə tanış olduqdan sonra Azərbaycana gəlib-getməyə başladı. Təxminən 6 ildir bir-birimizi tanıyırıq. Türkiyədə bir yerdə qalmışıq. Onunla intim münasibətdə olmamışam. Mənimlə intim münasibətdə olmaq istəyib, lakin onun təklifini rədd etmişəm. Mən Sinandan qaçaraq Azərbaycana qayıtmışam".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sinanın sözlərinə görə, 2024-cü ildə Bakı şəhərinə gəlib: "Bakıda dostum Cəlalla razılaşdıq ki, Gəncə şəhərində ev tutub, orada yaşayaq.

Cəlalı sosial şəbəkədən tanıyırdım. Türkiyədə universitetdə təhsil alır. Gəncə şəhərində ev ucuz olduğundan orada kirayə tutaraq yaşayırdıq. Mən Bakı şəhərinə təzə gəldiyim üçün Cəlalla razılaşaraq, burada şəhəri gəzmək və istirahət etmək istəyirdim".

Zərərçəkmiş qeyd edib ki, məlum hadisədən əvvəlki günlərin birində Gəncədən Bakıya gəlib və burada hoteldə yaşayıb: "Cəlal da mənimlə birlikdə hoteldə qalırdı.

Hadisə günü Cəlalla görüşüb birlikdə pivə içdik. O məni "Kristal" hotelə yola salmalı idi. Bu zaman Cəlalın atası bizim yanımıza gəldi. Məlum olmayan səbəbdən oğlunun mənimlə oteldə qalmasına etiraz etdi.

Cəlalın atasına oğluna heç bir zərər vurmadığımı, özünün mənimlə qalmaq istədiyini bildirdim. Bu zaman Cəlal əsəbiləşərək cibindən bıçaq çıxardı və məni vurmağa başladı. Mən əlimi irəli verdim, bilək və əlimdən xəsarət aldım".

"Sinan bir dəfə oğlumu qaçırmağa nail oldu. İki ay oğlumdan xəbər ala bilmədim, polisə müraciət etdim. Polislər Cəlal 18 yaşından böyük olduğu üçün ona nəzarət edə bilməyəcəklərini bildirdilər. Mən isə belə olduqda təhlükəsizlik orqanına müraciət etdim və orada bizə köməklik göstərildi", - deyə Cəlalın atası məhkəmədə bildirib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap