“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Tarix 24.04.25, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.

Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, bu qərar bank sistemi üçün müsbət hadisədir:

“Əslində, insanların seçim imkanları məhdudlaşmışdı. Vətəndaşlarımız istənilən bankdan maaş və təqaüdlərini ala bilmirdilər. Bəzi banklarda daha yaxşı şərtlər olsa da, vətəndaşlar iri banklarla müqavilə bağlamağa məcbur idilər.  İndi kiçik banklar üçün də imkan yaranır ki, ən azından rəqabətsizlik mühitinin bir hissəsi aradan qalxsın. Pozitiv addımdır, bu məsələ uzun müddətdir müzakirə olunurdu. Mərkəzi Bankın sədri Taleh müəllimin (Taleh Kazımov-red) dediyinə görə yaxın aylarda bu məsələ öz həllini tapacaq. Hər bir kəs öz təqaüdünü, maaşını  istənilən banka keçirə biləcək. Türkiyə telekanallarında maaşınızı, təqaüdünüzü bizim banka köçürün, sizə bu qədər  bonuslar veriləcək deyə  tez-tez reklamlara rast gəlinir. Azərbaycanda da belə bir situasiya ola bilər. Müxtəlif kiçik banklar daha çox müştəri cəlb etmək üçün müəyyən bonuslar, hədiyyələr, daha sərfəli  xidmətlər təklif edəcəklər. Bank sistemi üçün müsbət hadisədir”.

Natiq Cəfərli Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdığını söyləyib:

“Doğru yanaşmadır, amma, problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür. Taleh  müəllim dedi ki, bunun üzərində işləyirlər və gələcəkdə belə  sərbəst vəsaitin bir çox başqa banklarda da yerləşdirilməsi müzakirə oluna bilər.

Digər yandan MB-ın həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bəli, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma, düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar”.

İqtisadçı ekspert Eldəniz Əmirov da görüş barədə məlumat verib: 

"Görüşdə kapital bazarlarının ölkə iqtisadiyyatında maliyyə resurslarının səfərbər olunması, investisiya mühitinin dərinləşməsi və uzunmüddətli maliyyələşmənin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladım Bu səbəbdən, “Kapital bazarları haqqında” qanunun daha təkmil və səmərəli hazırlanmasının vacibliyini qeyd edərək, bu məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərinin öyrənilməsi və birgə müzakirələrin məqsədəuyğun olacağını bildirdim. Həm bu məsələ, həm də depazit mövzusuna dair toxunduğum digər bir məsələ hörmətli Taleh müəllim tərəfindən müsbət qarşılandı və həmfikirlik ifadə edildi".



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap