![]() |
|














Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir
Tarix 08.03.25, 22:40 |
|

Elektromobil sürücüləri enerjidoldurma məntəqələrinin azlığından şikayətlənirlər. Amma artıq əksər ərazilərdə bu cür məntəqələr mövcuddur. İndi əsas problem onların bəzi hallarda işlək olmamalarıdır.
Elektromobillər artıq həyatımızın reallığıdır. Hər gün onlardan istifadə edənlərin sayı artır. Lakin sürücülər enerjidoldurma məntəqələrinin azlığından şikayətlənirlər. Xüsusilə də rayonlarda. Statistika isə deyir ki, Azərbaycanda 195 məntəqədə 430 elektrik doldurma cihazı quraşdırılıb. Artan tələbat fonunda bu say yetərlidirmi? Ümumiyyətlə, bu sahədə mövcud vəziyyət necədir?
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
"Davamlı texniki qulluğa ehtiyacları var"
Bloger İlkin Mustafayev deyir ki, özü dəfələrlə rayonlara elektromobili ilə gedib və heç bir problem yaşamayıb: "Beş ildən artıqdır ki, elektromobil istifadə edirəm. Rayonlara rahat şəkildə getmək olur. İlk vaxtlar avtomobil alanda şarj stansiyaları demək olar ki, yox idi. Ümumi 20-yə yaxın stansiya vardı". Blogerin sözlərinə görə, burada əsas məsələ şarj stansiyalarının quraşdırılması deyil, fəaliyyət göstərməsidir: "Bir il öncəyə baxdıqda, mövcud rəqəmdən üç dəfə az şarj stansiyası var idi. Hazırda isə stansiyaların sayı artsa da, bir çox ərazilərdə olan stansiyalar sıradan çıxmış vəziyyətdədir. Davamlı olaraq, stansiyalara texniki qulluq işlərinin aparılmasına gərək var. Çünki Çindən alınan bu stansiyalar tez sıradan çıxır. İşlək vəziyyətdə olan stansiyalarda isə elektromobillərlə əlaqələnmədə müxtəlif çətinliklər yaranır. Bunlar da texniki təmir işləri və ya yazılım xətaları səbəbindən olur".
Bloger bildirir ki, rayon yollarında müxtəlif ərazilərdə şarj stansiyalarının quraşdırılmasının şahidi oluruq. Hətta Şuşa, Xankəndi kimi işğaldan azad olunmuş yaşayış məntəqələrində də bu hal müşahidə edilir. Amma "Azərişıq" tərəfindən quraşdırılmış bu stansiyaların heç biri aktiv vəziyyətdə deyil: "Kiçik batareya həcmli elektromobil ilə bu ərazilərə səyahət edən istənilən şəxs işləməyən bu stansiyalar səbəbindən ciddi problemlər yaşaya bilər".
"Mütləq nəzarət mexanizmi olmalıdır"
İ.Mustafayev bildirib ki, bu kimi problemlər rəsmi şirkətdən alınmamış aparatlarda ortaya çıxır: "Şarj stansiyaları kifayət qədər ciddi ölçüdə enerji ötürürlər. Bu səbəbdən stansiyalar mütləq şəkildə qlobal bazarda öz sözünü demiş və təhlükəsizlik standartlarına ciddi cavab verən markalardan alınmalıdır. İdxal edilib, quraşdırılan stansiyaların bir çoxu mənşəyi bilinməyən, Çin satış saytları sayəsində alınan və heç bir markası olmayan stansiyalardır. Bu stansiyalar nəinki gələcəkdə, indi də müxtəlif problemlərə gətirib çıxarır. Stansiyaların işləməməsi, yüksək istiliyin müşahidəsi, daha az enerji ötürməsi, ən əsası, elektromobillərin batareyalarının ömrünün azalması ciddi problemdir. Bu məsələdə mütləq nəzarət mexanizmi olmalıdır".
"Transformator tapmaq çətindir"
Blogerin fikrincə, rayonlarda enerji gücü nisbətən zəif olduğu üçün bu ərazilərdə daha az şarj stansiyaları ilə rastlaşırıq: "Çünki şarj stansiyaları kifayət qədər böyük həcmdə enerji ötürmə gücünə malikdir və bu enerjini ötürə bilən transformatorlar mövcud olmalıdır. Hazırda ikinci və üçüncü səviyyə enerjidoldurma stansiyaları həm idxal rüsumundan, həm də ƏDV-dən azaddır. Təbii ki, bu, kifayət qədər böyük dəstəkdir. Qonşu ölkələrə baxdıqda bu cür güzəştlərin heç birini onlarda görə bilmərik. Amma quraşdırılma məsələsinə gəldikdə, bu zaman özəl şirkətlərin ciddi problemləri yaranır. Stansiyanın ötürə biləcəyi gücdə transformatorları olan ərazilər tapmaqda çətinlik çəkirlər, müxtəlif qurumlardan bu stansiyaları quraşdırmaq üçün icazələrin alınması da uzun prosesdir. Həmçinin enerji alışı ilə bağlı kifayət qədər rüsum tələb edilir".
Təhlükəli və tənha ərazilərdə olan stansiyalar
İ.Mustafayevin sözlərinə görə, stansiyaların yerləri ilə bağlı da problemlər var. Bir çox hallarda stansiyalar dayanmaq üçün təhlükəli yerlərdədir. Bəzi hallarda isə onların yaxınlığında heç bir iaşə obyekti olmur: "Şarj etmək istəyən şəxs minimum 15, maksimum 50 dəqiqə orada dayanmalıdır. Bu, gecə vaxtına düşdükdə vəziyyət daha da çətinləşir".
"Rentabellik baxımından Bakıya üstünlük verilir"
Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, sahibkarlar üçün regionlarda məntəqə yaratmaq elə də əlverişli deyil: "Elektromobillərin şarj cihazları da rüsumlardan azad edilib ki, sahibkarlar ölkədə enerjidoldurma məntəqələrinin yaradılmasında maraqlı olsunlar. Təxminən 12 sahibkar enerjidoldurma məntəqələrinin yaradılmasında iştirak edib. Sadəcə, rentabellik baxımından, əsasən Bakı şəhərində quraşdırırlar. Yaxşı olardı ki, bölgələr də enerjidoldurma məntəqələri ilə təmin edilsin. Xüsusən də Bakıdan uzaqda, sərhəd ərazilərdə yerləşən rayonlar".
E.Cəfərov bildirdi ki, sahibkarlar üçün stimullaşdırıcı addımlar atılmalıdır: "Bunlar tarifdə güzəştlər, subsidiyalar ola bilər. Özəl sektorun hazırda bu sahədəki fəaliyyəti qismən qənaətbəxşdir".
Ekspert avtomobili cihaza qoşarkən yarana biləcək təhlükələrdən də bəhs edib: "Elektromobillərin müxtəlif standartları mövcuddur. Ölkəmizdə əsasən Avropa standartı qəbul edilib. Bu səbəbdən də əksər enerjidoldurma məntəqələri bu standartladır. Amma ölkəmizdə digər standartlara məxsus elektromobillər də mövcuddur. Vətəndaşın Çin standartına uyğun maşını Avropa standartlı cihaza qoşması düzgün deyil".
Xəbərin oxunma sayı : 712
Sosial
Xəbərlər
-
Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Uçan avtomobillərin kütləvi istehsalına başlanılır - Tarix açıqlandı
-
“Starlink“i söndürsəm, Ukraynanın cəbhə xətti çökər - İlon Mask
-
Piyadanın ölümünə səbəb olan məmur iftardan qayıdırmış
-
Bu gün imtahan var - 58 min şagirdin iştirakı gözlənilir
-
Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var? - VİDEO
-
Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!
-
Hökumə Əliyevanın adı əbədiləşdirilir - VİDEO
-
Polşa böyük müharibəyə hazırlaşır - Baş nazir açıqladı
-
Turizm Agentliyinin sədri Şuşadan kimi qovub? - “Bu, alçaqlıq idi...
-
İmişlidə ailə faciəsi - Ana və iki azyaşlı uşağı öldü
-
“Qarabağ”ın oyununda futbolçular əlbəyaxa davaya çıxdı -VİDEO
-
Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir
-
Bakı Biznes Universiteti bu görüntülərə görə tənqid olundu - VİDEO
-
Xalq artistinin qısa geyimi müzakirələr yaratdı - VİDEO
-
Ukrayna ordusu iki həftə ərzində Kursk vilayətindən çıxa bilər - New York Post
-
Ramazanın 9-cu günü - İmsak və iftar vaxtı
-
“ABŞ ilə danışıqlara getməyəcəyik” - Xamenei
-
Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ
-
Bu maşınların qiyməti ucuzlaşacaq - Rəsmi qərar
-
15 yaşlı məktəbli qonşusunu niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Ata aliment ödəməkdən bu halda imtina edə bilər - ŞƏRH
-
Bakı restoranlarında iftar qiymətləri - 90 manata menyu
-
“Onun nitqində çoxlu yalanlar var idi” - Kreml
-
8 Martın bayram kimi qeyd olunmadığı ölkələr – SİYAHI
-
“Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq“ - Orban
-
Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI
-
20 dərəcə isti olacaq - Sabahın havası
-
Leyla Əliyeva Bakıdakı veloyürüşə qatıldı - Fotolar
-
“Mahir çalışır, bunu gizlətmirəm“ - Kloze
-
Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı - Rəsmi
-
“Avropa müdafiə istehsalını artırmalıdır“ - Mark Rutte
-
“Bəzi yollarda avtomobillərin hərəkət sürəti aşağı düşüb” – NİİM
-
Qütb ayıları niyə donmur? - Araşdırma sirri açıb
-
ABŞ Çini COVID-19-a görə cərimə edəcək - 24 milyard dollar
-
Elm adamlarına vəzifələr verildi - TƏYİNATLAR
-
Vardanyan azərbaycanlılara təşəkkür edib - Erməniləri sülhə səslədi
-
Rövşən Əsgərov axtarışa verilib - Rusiyada
-
Krana çıxıb özünü atmaq istədi - Bakıda
-
Onlayn alış-veriş -Üstünlükləri nədir? + Video
-
“Trampın Rusiyaya sanksiya hədəsi boşdur” - Bolton
-
AKİA-nın keçmiş sədrinə yeni vəzifə verilib - AQTA-da
-
Bakıda mağazaya bıçaqlı hücum - VİDEO
-
Əhəd Abıyev villasını satışa çıxardı - 2 milyon dollara
-
Trampla mübahisə Zelenskinin reytinqini artırdı - FOTO
-
Boşanmaların artmasında əsas səbəbkar kimlərdir: Kişilər, yoxsa qadınlar?
-
Yeni binalar tikiləcək - 27 milyon manatlıq layihə
-
“Məhkəmə prosesi Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır” - Hikmət Hacıyev
-
Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir - Məhkəməyə müraciət edib
-
Bu yolda hərəkət məhdudlaşdırılıb - Sürücülərə xəbərdarlıq
-
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir - CNN
-
Türkiyə və İranın XİN rəhbərləri görüşdü - Ciddə şəhərində
-
“Sizə tükənməz sevgi arzulayıram“ - Mehriban Əliyeva
-
Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi - 8 maddə ilə ittiham olunur
-
Beyləqanda Qadınlar Günü təntənəli qeyd olundu - FOTOLAR
-
Zelenskini şantaj edən Tramp... - Putini nə gözləyir?
-
14 yaşlı oğlanı idman müəllimi döyüb? - 4 nəfər saxlanıldı
-
Maskla Rubio arasında dava - Tramp söhbətə qarışdı
-
“Həzi Aslanov” stansiyasının təmiri nə vaxt bitəcək? - Rəsmi açıqlama
-
Azərbaycanda diplomu tanınmayan 40 universitet - SİYAHI
-
Bu gün Beynəlxalq Qadınlar Günüdür
-
İrina Şeykin büstqalteri diqqət çəkdi - Fotolar
-
“Növbəti danışacağınız məsələ İran olacaq” - Tramp
-
Bu sənədi itirənlər 200 manat cərimələnəcək - RƏSMİ
-
Özünüməşğulluq proqramına yazıldı, xəbəri olmadan adına mallar verildi - VİDEO
-
Şəhid anasından Aydanadək... - Prezidentdən paylaşım+Video
-
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“PKK silahlarını təslim etməlidir!” – Yaşar Gülər
-
Azərbaycanda kartof bahalaşdı - VİDEO
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər belə xilas edildi
-
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları ifşa etdi
-
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
-
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Olmayan səhvə görə üzr istəməyəcəyik” - Podolyak görüş barədə
-
“Nar” 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
-
Sabah Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ
-
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS OLUNDU
-
“Oleq Bakinski“ yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə iclası
-
Pirsinq və tatunun dəriyə təsiri: Hansı nahiyələr daha risklidir?
-
Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? -185 ölkənin siyahısı
-
Aİ-nin missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə apardı - VİDEO
-
Martın 10-da hansı günün dərsləri keçiriləcək - Rəsmi açıqlama yayıldı
-
Əli Əsədov Milli Məclisdə hesabat verəcək - Bu tarixdə
-
“Görüş” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi - Video - Fotolar
-
“Türkiyə Aİ-dən üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
“Makron kimilərinin arzusu reallaşmayacaq” - Putin
-
“Avrasiya klinikası”na 16500 manat xərclədik, ancaq...“ - Məhkəmə prosesi
-
Prezidentdən bu yolların təmiri ilə bağlı - Sərəncam
-
8 martın əvəzində hansı gün iş olmayacaq? - Rəsmi qərar
-
“Trampın siyasəti dünya nizamını sarsıdır“ - Rəsmi Paris
-
Adı 2 milyonluq qalmaqalda hallanan “Amal Group“ - Şirkəti bu məmurlar himayə edirmiş
-
“Fırıldaqla rastlaşmışam, oğurluğa yol verilir“ - Razi Nurullayev
-
Ehtiyatda olan hərbçilər ancaq bu halda hərbi forma geyinə bilər: Cərimələr artırıldı
-
“Azergold“ QSC-nin törəmə şirkətinin 570 minlik keyterinq tenderi - Eyni şirkət təkrar qalib edildi
-
Nazir Məcnun Məmmədov onu sədr müavini təyin etdi - FOTO
-
Milli Məclis Mehriban Əliyevanı TƏBRİK ETDİ
-
“Hadisə vaxtı 1000 manatlıq üzüyüm itib” - Məktəb direktoru döyülüb
-
İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək - Yeni qanun qəbul edildi
-
“Namiqin bundan xoşu gəlmir, amma nə edim...” - VİDEO
-
Ölkəyə qanunsuz yolla gətirilən bu malların qarşısı alındı - FOTO
-
“Hər kəs nüvə silahından imtina etsə...” - Tramp Rusiya və Çini nüvə tərksilahına çağırıb
-
Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı - Agentlikdən qəribə satınalma
-
Cəlilabadda 63 yaşlı qadın 8 ildir ki, iməkləyir - VİDEO
-
“Pensiya yaşına 2 il qalmış vətəndaşlar işdən çıxarılmasın“- TƏKLİF
-
Əlilliyin verilməsində süründürməçilik var - Ombudsman
-
Vəzifəli şəxsin qardaşını öz oğlu güllələyibmiş - Təfərrüat
-
İsrail Türkiyəyə qarşı yeni plan hazırlayıb - Bunun üçün 1 milyard xərcləyib
-
Bakıda sürücüsü olmayan avtobus yoldan çıxıb bulvara girib - VİDEO
-
Deputatlar toplanıb: 14 qanuna dəyişiklik ediləcək - SİYAHI
-
Turizm Agentliyində nə baş verir? - MÜƏMMA
-
Mask 111 milyard dollar itirdi - Trampa görə
-
Bu rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
-
Qızıl almaq istəyənlərin nəzərinə - Aldadıla bilərsiniz
-
Novxanı sahilində aşkarlanan suitilər güllələnib? - VİDEO
-
Dönərxanalarla bağlı SOS! - Görün nələr edirlər
-
Orqanını satmaq istəyənlər: çarəsizlik, xeyirxahlıq, yoxsa dələduzluq? - VİDEO
-
“Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi?” - Oleq Bakinskinin məhkəmə işi
TOP 10
ARXİV