“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Agentlik sertifikatlı, analizli tingdən müxtəlif adlarla pul tələb edir? - Sahibkar şikayətlənir

Tarix 06.08.25, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran Regional bölməsi təsərrüfat sahibindən qeyri-qanuni ödəniş tələb edir.

AzFakt.com Demokrat.az-a istinadən xəbər verir ki, bu sözügedən təsərrüfatın sahibi Vahid Cəlilov sayta müraciət edib. 

Şikayətçinin sözlərinə görə, əvvəlcə sözügedən idarə onlardan ağac tinglərini Türkiyədə analiz etdirməyi istəyib, baxmayaraq ki, tinglər sertifikatlıdır:

“Masallı rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpağımız var. Biz burada 2014-cü ildən meyvə bağı salmışıq. Sadəcə hamısını birdən-birə əkməyə imkan olmadığı üçün müxtəlif illərdə vəsait düzəltdikcə, yatırım edirdik, 2 hektar, 3 hektar əkirdik. 

Sonuncu dəfə 2025-ci ilin yanvar ayında Türkiyədən meyvə tingləri sifariş verdik, gətirdik ölkəyə. Rəsmiləşdirilməsi, ölkəyə gətirilməsi üçün müvafiq icazələr alınmalı idi. Kənd Təsərrüfatı Nazirliyindən, Aqrar Xidmətlər Agentliyindən aldıq. Bir də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən. AQTA razılıq vermək üçün bizə dedi ki, gətirdiyiniz ağacları Türkiyədə analiz etdirin və cavablarını da bizə verin. Halbuki sertifikatlı ağaclardır bunlar, nəyə lazımdır? 

Dedilər yox, etdirin. 300 dollar xərc çəkərək onu da etdirdik. Bundan sonra isə rəsmi icazə verdilər”. 

Təsərrüfat sahibi bildirir ki, Türkiyədə ağaclar analiz etdirildikdən sonra ölkəmizə gətirilib, lakin bu dəfə idarə ağacları nədənsə yenidən analizə etmək istəyib:

“Fevral ayında biz ağacları idxal etdik ölkəyə, ağaclar təsərrüfat sahibi Vahid Cəlilovun həyətinə gətirildi. AQTA-dan zəng etdilər ki, biz yenidən baxış keçirmək istəyirik, gəldilər və ağaclardan nümunələr götürdülər. 20 gün sonra zəng etdilər ki, biz nümunələri AQTA-ya aid laboratoriyaya vermişik və o laboratoriyaya vəsait ödənilməlidir. Kod göndərdilər və 2400 manat ödəməyimizi istədilər. Heç insanın analizi bu məbləğ etmir. 

İkincisi də, ağacları burada analiz edəcəkdilərsə, niyə bizdən Türkiyədə analiz etməyimizi tələb etdilər? 

Bizə açıq şəkildə bildirdilər ki, laboratoriya publik hüquqi şəxsdir, onların da pulları təmin edilməlidir. 

Dedik ki, bu ödəniş ağlabatan deyil, biz bu pulu ödəməyəcəyik. Ödəmədiyimizə görə Vahid Cəlilovun adına 3 inzibati protokol tərtib etdilər, hər biri 1500 manat olmaqla”. 

Sahibkar bildirir ki, bundan sonra məhkəməyə müraciət etməli olublar:

“Maraqlısı budur ki, protokolda səbəb olaraq laboratoriya xidmətlərinə ödəniş etmədiyimiz yox, idxal edilən ağacları bəyan etməməyimiz göstərilmişdi. Əgər qanunidirsə, niyə protokolda laboratoriyaya ödəniş etməməyimiz səbəb kimi yazılmamışdı? 

Biz də onları məhkəməyə verdik. Ağacları necə bəyan etməyə bilərdik ki, onlar gəlib həmin ağaclardan nümunələr götürüblər, analizə görə pul istəyiblər? Bəyan etməsək, bu necə ola bilərdi? Məhkəmə bizi haqlı bilərək, protokolları ləğv etdi”.

Lakin məsələ bununla da bitməyib və təsərrüfat sahibinə yenidən əsas göstərilmədən cərimə yazılıb:

“Məhkəmə qərarından 20-30 gün sonra məktub göndərdilər, yenə 4 min manat şərti cərimə yazıb. Bu səbəbdən biz yenə məhkəməyə müraciət edəcəyik. Bizim vəkillərə tökdüyümüz xərcləri kim qarşılayacaq? Bu idarə təsərrüfat sahiblərinə öz gəlirlərinə görə qan uddurur. Dövlət güzəşt edir, vergidən azad edir, bunlar isə yüksək məbləğlərlə bizdən qanunsuz laboratoriya xidmət haqqı tələb edirlər.

Halbuki dövlət özü bu sahədəki çətinliyi bilərək, gətirilən məhsulları vergidən azad edib, şərait yaradıb”.



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap