![]() |
|














Azərbaycanla Çin arasında Birgə Bəyanat imzalandı - TAM MƏTN
Tarix 23.04.25, 11:36 |
|

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.
AzFakt.com bəyanatı təqdim edir:
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri etmişdir.
Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.
1. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, "Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.
Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
2. Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər.
Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini dəstəkləyirlər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Tərəflər beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləyir, Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmindədirlər.
3. Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.
4. Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə etdilər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olundu. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər.
Tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə etdilər.
Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır.
5. Tərəflər sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə edirlər. Tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.
6. Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər.
7. Tərəflər iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildirirlər.
Tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirdilər. Çin birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.
Tərəflər qeyd edirlər ki, Çinin keçirdiyi Nəqliyyatın Dayanıqlı İnkişafı üzrə Qlobal Forum dayanıqlı nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün müsbət əhəmiyyətə malikdir.
8. Tərəflər elmi-tədqiqat müəssisələrini və elm işçilərini qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparmağa, texnologiya transferinə və əldə olunan nailiyyətlərin kommersiyalaşdırılmasına təşviq edəcəklər, habelə birgə elmi-tədqiqat platformaları yaradacaqlar.
9. Tərəflər müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəldilər.
Tərəflər mədəni və yaradıcı kollektivlər xətti üzrə əməkdaşlığı təşviq edəcək, xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər.
Tərəflər turizm siyasətinin əlaqələndirilməsini gücləndirməyə, bir-birinin ərazisində turizmin təşviqi üçün tədbirlərin təşkilinə imkan yaratmağa, turizm müəssisələri, sahəvi assosiasiyalar və digər institutlar arasında profil əlaqələrini dəstəkləməyə, həmçinin ikitərəfli turist axınının və vətəndaşların qarşılıqlı səfərlərinin artırılmasında birgə fəaliyyət göstərməyə hazırdırlar.
Tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar.
Tərəflər qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər.
Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar.
Tərəflər Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası və ŞƏT-in Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq Çin assosiasiyaları və institutları ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyirlər.
10. Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar.
Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır.
11. Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir. Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlamışlar.
Tərəflər bütün ölkələri qlobal iqlim idarəçiliyi prosesini dəstəkləməyə, "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"na və "Paris Sazişi"nə uyğun olaraq öhdəlik və məsuliyyətləri tam və vicdanla yerinə yetirməyə çağırıblar. Tərəflər inkişaf etmiş ölkələri öz tarixi öhdəliklərinə ləyaqətlə yanaşmağa, inkişaf etməkdə olan ölkələrə maliyyə, texnoloji və intellektual dəstək verməyə, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə imkanlarının gücləndirməsində kömək etməyə çağırırlar. Tərəflər qlobal iqlim idarəçiliyinə böyük töhfə verməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə davam edəcəklər.
Çin tərəfi Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirir.
2026-cı ildə Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsini nəzərə alaraq, Çin tərəfi Azərbaycan tərəfinə dəstəyini ifadə edib, sıx və səmərəli əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
12. Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər. Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.
13. Tərəflər BMT mərkəzli dünya quruculuğunun və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamın və beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərir, hegemonluğa və güc siyasətinə qarşı çıxırlar. Tərəflər ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə çıxış edir, yeni növ beynəlxalq münasibətlərin və bəşəriyyətin vahid taleyi birliyinin yaradılmasına səy göstərirlər.
14. Tərəflər birgə müzakirə, birgə quruculuq və birgə istifadə prinsipinə sadiq qalaraq, çoxtərəfliliyə sadiqliyi saxlayaraq qlobal idarəetmə sisteminin təkmilləşdirilməsini təşviq etməyə hazırdırlar. Tərəflər BMT-nin mərkəzi əlaqələndirici rolunun, formalaşmaqda olan bazara sahib ölkələrin və inkişaf etməkdə olan dövlətlərin təmsilçilik və səsvermə hüquqlarının artırılması naminə çıxış edir, BMT və digər çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdırlar.
15. Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə "Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir. Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü "Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi "Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir.
16. Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan "ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.
17. Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş "Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.
18. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təşəkkür etdi və öz növbəsində Sədr Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi.
Xəbərin oxunma sayı : 1285
Siyasət
Xəbərlər
-
Xəzər dənizində suyun səviyyəsinin azalması duzlaşmaya səbəb olur - VİDEO
-
İş adamı Araz Ağalarov Bakıya gəldi - VİDEO
-
Bakıda məftilin ümidinə qalan dayanacaq - FOTO
-
Novxanıda “Karadeniz” restoranını müştərilərə köhnə yeməklər verir? - İDDİA
-
DİN əməliyyat keçirdi - 24 kiloqram narkotik aşkarlanıb
-
“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan
-
Putinlə Netanyahu telefonda danışdı - Yaxın Şərqdəki vəziyyət müzakirə edilib
-
DTX imtahan şəbəkəsini ifşa etdi - Saxlanılanlar var
-
“Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq“ - Ərdoğan
-
Rusiya üçün zaman daralır - Trampdan xəbərdarlıq
-
Qəbul imtahanlarında uyğunsuzluq - 289 şagirdin nəticəsi ləvğ edildi
-
Baş nazirdən dərmanlarla bağlı yeni - Qərar
-
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb - MEDİA
-
Sarayda ağacları kəsən “İnşaat Təmir“ cərimələndi - 35 min manat
-
“Netanyahuya HƏMAS-la “fərqli davranmağı“ məsləhət görmüşəm“ - Tramp
-
Xəzəri çirkaba qərq edənlər cəzasız qalır - Kim dur deyəcək?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ İsrail-İran savaşında 12 günə kritik sayda müdafiə raketi itirib - CNN
-
Bakıda məktəb direktoruna töhmət verildi - Səs yazısı yaılmışdı
-
Hikmət Hacıyevlə Əli Əkbər Əhmədian arasında telefon danışığı - Müzakirə
-
“İrana uranı zənginləşdirməyə imkan verməyəcəyik“ - Tramp
-
Nigar Camalla Fərqanə Qasımova arasında qalmaqal - FOTO
-
Motosiklet, velosiped və skuter sürücülərinə - Müraciət
-
“Sadə avropalıların Brüsselə hücum etməsinin vaxtı çatıb” - Medvedyev
-
Bu kinoşünaslara 22 min manatadək pul veriləcək - SİYAHI
-
Gəncədəki amansız qətlin təfərrüatı: Əvvəl oboy bıçağı ilə, sonra daşla öldürüb
-
Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxslərinə əlavə səlahiyyət verildi - Fərman
-
Ermənilərin əsir götürdüyü şəxs: Hər gün işgəncə verirdilər
-
İşıqla bağlı yeni qanun təsdiqləndi - Sabit tarif nə deməkdir?
-
Milli Qəhrəman Natiq Qasımovun anası dəfn olunub - FOTO
-
Nazir növbəti sıra baxışını keçirdi, 214 nəfər seçildi - Video
-
Leysan, şimşək, dolu... - Sabahın havası
-
Xankəndidə yanğın törədən şəxs həbs edildi - DİN
-
Pirşağı çimərliyi: Atlar da insanlarla birgə çimir (VİDEO)
-
Ceyhun Bayramovla Özbəkistan XİN başçısı telefonda danışdı - Nələr müzakirə olunub?
-
Abşeronda 16 yaşlı qız uşaq dünyaya gətirdi - Oğlan həbs edildi
-
“WhatsApp”dan yenilik - Daha iki seçim veriləcək
-
Ev almaq istəyənlər üçün şad xəbər: İpoteka Fondunda yenilik
-
Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət
-
Çimərlikdə antisanitar vəziyyət: Günahkar kimdir?VİDEO
-
İlham Əliyev Peru prezidentinə məktub göndərib - MƏTN
-
Putinlə görüşdə bu liderlər də iştirak etməlidir - Zelenski
-
Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü - FOTO
-
Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı sərnişin olmayıb - RƏSMİ
-
Tayvanın dron ixracı 8 dəfəyə yaxın artıb: Əsas alıcılar açıqlandı
-
Konqoda kilsəyə hücum - 40-dan çox insan öldürüldü
-
Bu görüntü boşanma iddiasını yenidən gündəmə gətirdi - FOTO
-
Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu - TƏFƏRRÜAT
-
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir - FOTO/VİDEO
-
Naxçıvanda 45 milyonluq yol təmiri - Təmir işlərini həyata keçirən şirkət kimindir?
-
Qətər Avropa İttifaqını hədələdi: Brüssel təlaşa düşüb
-
Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu regionlar - SİYAHI
-
Sərmayə qoymaq üçün Bakıya gələn iş adamını “qaraçılar“ soydu
-
Cənubi Asiyada gərginlik davam edir - Kamboca və Tailand arasında döyüşlər yenidən başladı
-
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Göygöldə qudasını bıçaqlayan şəxsin işi: “Qızımı döymüşdülər”
-
Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?
-
“HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək“ - Rubio
-
Xəstələrin dərman dərdi - Xərcləri artıran səbəblər nələrdir?
-
Bakıda 37 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək - Sabahın havası
-
İsrail Livanın cənubuna hava zərbələri endirib - 3 nəfər həlak olub
-
Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix
-
Su Ehtiyatları Agentliyində qudalar hakimiyyəti - Zaur Mikayılovu ifşa edən FOTO
-
Nigar Camal tənqid edilən geyimi haqda - “Belə daha maraqlıdır“
-
Bakıda torpaq kəskin bahalaşıb - QİYMƏTLƏR
-
Qarabağda yanğınlarla bağlı son vəziyyət açıqlandı - VİDEO
-
“Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir“ - RUBİO
-
Bəzi yerlərdə leysan xarakterli yağış yağıb - Faktiki hava
-
Makron və Ərdoğan arasında telefon danışığı: nələr müzakirə olundu?
-
Vergi güzəştlərinin müddətinin uzadılmaması nəyə səbəb olacaq? - ARAŞDIRMA
-
Bakıda mənzillərin baha satıldığı ərazilər məlum oldu - VİDEO
-
İsgəndər Xəlilov və ailəsi Azəraycana gəlib - Nə baş verir? + FOTO
-
Ağdam və Füzuli rayonlarında baş vermiş yanğınlar tam söndürülüb - FHN
-
“Üçüncü dünya müharibəsi təhlükəsi durmadan artır“ - Orban
-
“Azərbaycanla əlaqələri möhkəmləndirmək İran üçün prioritetdir“ - Pezeşkian
-
“Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır“ - Hikmət Hacıyev
-
“Ermənistanla Azərbaycan arasında eskalasiya gündəmdə deyil“ - Hikmət Hacıyev
-
Binəqədi rayonununu və Xırdalanı su basdı - VİDEO
-
Öcalanın “sağ əli“ Veysi Aktaş azadlığa buraxılıb - 31 ildən sonra
-
ABŞ və Aİ arasında ticarət sazişi bağlanma ehtimalı 50%-dir - Tramp
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? - Siyahı
-
Ağdamdakı meşə yanğını Xocavəndə çatdı - Helikopterlər havaya qalxdı
-
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər
-
Ali məktəblərdə təhsil haqları artırılır? - VİDEO
-
Kür çayında suyun səviyyəsi 4 metrdən çox düşüb - VİDEO
-
Qəzzada aclıqdan ölənlərin sayı 120-ni keçdi - 80-dən çoxu uşaqdır
-
“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp
-
Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb - Sənətçi təcili təxliyə olunub
-
Əməkhaqqı kartında inqilab - Yeni dövr başlayır
-
İşğal zamanı əsirlikdə və girovluqda olanlar ifadə verdilər - Fotolar
-
“ABŞ Rusiya ilə əməkdaşlıq edəcək“ - Donald Tramp
-
Oleq Bakinski azadlıqda qaldı - Qalmaqallı prosesdə ağır ittihama bəraət verildi
-
Bayramov və Fidan arasında telefona danışığı - Sülh prosesi müzakirə edildi
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - Nazir konkret tapşırıqlar verdi
-
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür - Müdafiə Nazirliyi
-
“Qlisin” apteklərdə niyə yoxa çıxıb? - AÇIQLAMA
-
“Premium Bank” və onun vəzifəli şəxsi cərimələndi - 60 min manat
-
Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
-
İnəkləri sağa bilmədiyi üçün arvadını döymüşdü - Bu cəzanı aldı
-
Polis Pirallahıda əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu
-
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
-
Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Bakıda söyüş söyən həkim həbs edilib: “Pasiyent pulumu vermirdi...“
-
“Putin və Tramp ilə görüşə bilərəm“ - Ərdoğan
-
Məşğulluq Agentliyi anbar icarəyə götürür - Ayda 106 min verəcək
-
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski
-
“Turan Tovuz“un “Traktor“la oyunu ləğv olundu - Səbəb açıqlandı
-
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
-
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
-
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
-
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
-
Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA
-
Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb
-
Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO
-
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
-
Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - Sabahın havası
TOP 10
ARXİV