“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ölkənin Baş Notariusu saxlanılıb? - Anar Süleymanov vəzifəsindən azad edilib

Tarix 23.04.25, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. 

Ədliyyə naziri Fərid Əhmədovun 2024-cü ilin aprel ayında vəzifəyə təyin etdiyi Anar Bahadır oğlu Süleymanov bu ilin aprel ayında işdən çıxarılıb.

Ajans.az-ın yaydığı məlumata görə, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin işdən çıxarılan rəis müavini Anar Süleymanov saxlanılıb. Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən Ədliyyə Naziriliyinin Notariat İdarəsində aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunub.

Saytın əldə etdiyi digər məlumata görə, Anar Süleymanovun bir sıra Notariuslara verdiyi qeyri-qanuni tapşırıq və icra edilən sənədlərin yoxlanılması həyata keçirilib. 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən saytın sorğusuna cavab olaraq bildiriblər ki, Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən əməliyyat tədbirlərinin aparılması barədə nazirlikdə hər hansı məlumat yoxdur.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap