Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Mənə 6000 maaş veriləcəyini dedi” - İş yoldaşını aldatdı

Tarix 22.05.25, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının koordinatoru 1995-ci il təvəllüdlü Elmar S. barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, MMC-nin baş mütəxəssisi olan Z.M-i aldadaraq 49 500 manat almış keçmiş iş yoldaşına hökm oxunub.

Məhkəmədə bildirilib ki, Elmar STP-nin rəhbərliyi ilə qohum olduğundan Z.M ona inanıb və yuxarı vəzifəyə təyin olunmaq üçün hissə-hissə olmaqla 50 min manata yaxın pul verib.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Elmar onu STP-nin tərkibində yeni yaradılacaq şöbəyə rəhbər təyin etdirəcəyinə söz verib: “2009-cu ildən STP-də çalışmağa başlamışam, Elmar isə İnzibati idarəetmə departamentində işə başlamışdı. Lakin məndən iş öyrənməsi üçün bizim otaqda əyləşirdi və aramızda münasibət yarandı. Elmar işləri öyrənəndən sonra guya mənim yerimə keçəcəyini demişdi. Onun rəhbərliklə yaxın olduğunu güman etdiyimdən sözlərinə inandım. Elmar həmçinin mənə ММС-də yeni şöbə yaranacağını və oranın rəhbəri olacağını demişdi. O, təkidlə özünün rəhbərliklə yaxın olduğunu göstərirdi.

Təxminən 2023-cü ilin oktyabr ayında axşam saatlarında Elmar mənimlə əlaqə saxlayıb vacib görüşməli olduğunu bildirdi. Onun maşınında görüşəndə mənim vəzifəyə təyin olunma məsələmi rəhbərliyə yaxın şəxslərlə müzakirə etdiyini, mənim şöbə rəisi, özünün isə müavin olacağını dedi. Mənə aylıq 6000 manat, özünə isə 5500 manat əməkhaqqı veriləcəyini bildirdi. Sabahı günü isə işin alınması üçün pul verilməli olduğunu bildirdi və hissə-hissə olmaqla məndən 49 500 manat aldı”.

Məsələ ilə bağlı cinayət işinin açılmasından sonra hər iki şəxs STP-də işdən çıxarılıb.

Məhkəmədə təqsirləndirilən şəxs Z.M-dən aldığı pulun hamısını qaytardığını bildirib. Zərərçəkmiş şəxs də artıq Elmardan şikayətçi olmadığını deyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Elmar S. Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron qolbaq taxılıb.



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap