Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Asan pul” arzusu faciəyə çevrilir: Qanunsuz mərc oyunları ailələri məhv edir

Tarix 22.05.25, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qanunsuz onlayn mərc və ya qumar oyunları getdikcə daha geniş yayılmaqdadır.

Bu da yeniyetmələrin təsir altına düşməsinə səbəb olur. Tədricən bu asılılıq ailə münasibətlərinə, təhsil göstəricilərinə və psixoloji sağlamlığa ciddi şəkildə mənfi təsir göstərməyə başlayır.

Qanunsuz mərc oyunları, əslində, qumar oyunları alt başlığı altında nəzərdən keçirilir və bu fəaliyyət forması əksər ölkələrdə ciddi şəkildə tənzimlənən və ya qadağan edilən sahələrdən biridir. Qanunsuz qumar oyunları iqtisadi, psixoloji və sosial cəhətdən bir sıra mənfi nəticələr doğurduğuna görə bir çox dövlətlər bu sahəyə nəzarəti gücləndirmək üçün müxtəlif qanunverici tədbirlər həyata keçirmişdir. Bu oyunların xüsusilə gənclər arasında yayılması isə vəziyyəti daha da təhlükəli edir.

MECEF.jpg (28 KB)


Psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, rəqəmsal dünyanın inkişafı insanların düşüncəsində “rahat qazanc” anlayışını formalaşdırıb:

“Yeniyetmələr və gənclər də sosial platformalarda fəal auditoriya olduqları üçün onlar mərc və qumar oyunlarının qurbanına çevrilirlər. Onlar düşünürlər ki, asan yolla pul qazanaraq öz uğur hekayələrini formalaşdıra bilərlər. Sosial platformalarda xoşbəxtlik rəqabəti insanları bu yola sürükləyir. “Mən səndən daha xoşbəxtəm” yarışı gedir.

Yeniyetmə və gənclər düşünürlər ki, xoşbəxt olmaq üçün asan pul qazanmağın yollarını tapmalıdırlar. Onlayn mərc və qumar oyunlarını təklif edən şirkətlər yeniyetmə və gənclərin bu emosiyalarını tanıyır və ona uyğun təbliğat maşınlarını işə salırlar.

Onlayn mərc və qumar oyunları da bir asılılıq formasıdır – necə ki, maddə asılılığı varsa, bu da asılılığın bir növüdür. Bütün asılılıqlarda olduğu kimi, onlayn mərc və qumar oyunlarında da insanın beyin funksiyaları eyni şəkildə reaksiya verir. Onların ifadə etdiyi düşüncələr, inandıqları yalanlar bir-birinə bənzəyir. Gələcəyə baxışları olmur.

Yeniyetmə və gənclərdə onlayn mərc və qumar oyunları artıq həyat tərzinə çevrildikcə, bu şəxslərin ailədəki rolları pozulur, akademik göstəriciləri mənfiyə doğru yönəlir və psixi sağlamlıqlarında adekvat olmayan davranışlar müşahidə olunur. Belə olan halda bunun bir asılılıq olduğunu qəbul edib, yaranmış mənfi psixoloji halı neytral qarşılayaraq psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır.

Onlayn rəqəmsal asılılıqdan əziyyət çəkən şəxslərdə əvvəlcə niyyət mərhələsi qurulmalıdır. Bu mərhələyə qədər isə şəxslərə psixoterapevtik üsullar tətbiq edilməlidir. Psixoterapiyaya tabe olmayan asılı şəxslər isə stasionar müalicəyə yönləndirilməlidirlər. İstər icbari, istər könüllü formada bu asılılıqla mübarizə aparılmalıdır”.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap