Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - VİDEO

Tarix 21.05.25, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə naziri Zakir Həsənov Türkiyə generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qardaş ölkənin nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.

Azərbaycan və Türkiyə arasında münasibətlərin dinamik inkişafı

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafını qeyd edib.

Müdafiə naziri qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanmış Şuşa Bəyannaməsinin icrası ilə bağlı həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini vurğulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində, eləcə də bütün sahələr üzrə Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Ordu generalı M.Tokel Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin salamlarını çatdırıb.

Strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlıq

Strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun durmadan inkişaf etməsinin bariz şəkildə göründüyünü diqqətə çatdıran qonaq, bunun qardaş ölkə kimi Türkiyənin də sevincinə səbəb olduğunu bildirib.

Baş Qərargah rəisi Kərim Vəliyevin Türkiyə nümayəndə heyəti ilə görüşü

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə müasir dövrün tələbləri nəzərə alınmaqla texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Peşəkar kadr heyətinin hazırlanmasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə edildiyi görüşlərdə, həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 283




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap