![]() |
|














Plastik cərrahlar üçün yeni kafedra - bu əməliyyatlara icazə verilməyəcək
Tarix 22.05.25, 10:12 |
|

Sinə böyütmək yox, orqan bərpası - plastik cərrahlar üçün yeni dövr başlayır
Səhiyyə naziri Teymur Musayev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə İnstitutunda plastik və rekonstruktiv cərrahiyyə kafedrasının yaradılması barədə sərəncam imzalayıb. Yeni struktur bölmə gələn bir il ərzində tam fəaliyyətə başlayacaq. Bu məqsədlə institut plastik-rekonstruktiv və LOR cərrahiyyəsi sahəsində beş yeni mütəxəssisin işə qəbulunu planlaşdırır.
Nazirliyin məlumatına görə, yeni şöbə yalnız tibbi göstəriş əsasında həyata keçirilən əməliyyatlara icazə verəcək. Yəni sadəcə xarici görünüşünü dəyişmək istəyən, lakin sağlam olan şəxslər bu şöbədə əməliyyat oluna bilməyəcəklər. Həmçinin süd vəziləri və bədənin digər hissələrinin böyüdülməsi kimi estetik məqsədli prosedurlar kafedrada icra edilməyəcək.
Nazir Teymur Musayev Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, yeni kafedrada 42 lisenziyalı plastik cərrah çalışacaq: “Siyahıya xaricdə təhsil almış, tibb üzrə elmi dərəcə müdafiə etmiş mütəxəssislər də daxildir. İnanıram ki, bu kafedra plastik cərrahiyyə sahəsində nümunəvi bir mərkəzə çevriləcək”.
Mütəxəssislər deyir ki, yeni kafedranın yaradılması səhiyyə sistemində plastik və rekonstruktiv cərrahiyyənin normativ əsaslarla inkişafına təkan verəcək, estetik əməliyyatların sui-istifadəsinin qarşısını alacaq, eyni zamanda peşəkar mütəxəssis hazırlığını gücləndirəcək.
Yeni kafedranın yaradılması bu sahədə normativ və elmi yanaşmanın formalaşması baxımından vacibdir. Uzun illər bu sahədə vahid standartların olmaması plastik əməliyyatlara kommersiya baxışı formalaşdırmışdı. Estetik əməliyyatlar bir çox hallarda psixoloji və tibbi göstərişlərə əsaslanmadan həyata keçirilirdi. Yeni kafedra bu məsələyə elmi və peşəkar yanaşma gətirəcək. Həmçinin mütəxəssis hazırlığı da daha sistemli olacaq. Eyni zamanda kafedranın yalnız tibbi göstərişlərlə əməliyyat aparmaq qərarı plastik cərrahların məsuliyyətini artıracaq.
Zülfüqar Yusifov
Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda fundamental şəkildə fəaliyyət göstərə biləcək belə bir kafedraya ehtiyac var: “Hazırda plastik və rekonstruktiv cərrahiyyə sahəsində xidmətin mərkəzləşməsi əhaliyə əlçatanlığı baxımından mühümdür. Gələcəkdə yeni kadrların yetişdirilməsi üçün belə bir kafedranın yaradılması olduqca təqdirəlayiqdir. Burada gözəlliklə bağlı yox, rekonstruktiv xidmətlər göstəriləcək. Plastik cərrahiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük bir qismi əslində estetik məsələlərlə məşğul olur. Lakin bir sıra həyati vacib hallarda plastik-rekonstruktiv cərrahların müxtəlif orqanları xilasetmə fəaliyyətlərinə ehtiyac yaranır. Məsələn, ətrafların zədələri və müxtəlif travmalar zamanı orqanın funksiyasının bərpa olunması məhz orada aparılan mikrocərahiyyə əməliyyatları nəticəsində mümkün olur. Sinirlər vaxtında və adekvat şəkildə bərpa olunur. Bu yolla orqanların qorunması olduqca həyati vacib məsələdir. Yeni yaradılacaq kafedrada belə xidmətlərin peşəkar şəkildə göstərilməsi vətəndaşlarımız üçün böyük bir töhfədir. İnsanlar belə problemlər baş verdikdə hara müraciət edəcəklərini ən azından biləcəklər. Ayrı-ayrı mərkəzdə olan mütəxəssislər belə xidmət göstərirlər, amma bu işin mərkəzləşdirilməsinə olduqca ehtiyac var idi. Ona görə də yeni işi dəstəkləyirəm.
Düşünürəm ki, gələcəkdə estetik cərahiyyəyə tələbat artarsa, həmin kafedrada bu xidmətlərin də təşkili ola bilər. Lakin insan həyatının, orqanlarının qorunmasına yönəlik xidmətlərin olması daha əhəmiyyətlidir. Həmçinin yeni mütəxəssislərin yetişməsi baxımından da belə bir mərkəzə ehtiyac var".
Elşən Nəsibov
Plastik cərrah Elşən Nəsibov bildirib ki, bu kafedra onkoloji xəstəlikdən əməliyyat olunmuş və süd vəzi çıxarılmış pasiyentlərin də köməyinə çatacaq: “Xəstəliyinə görə süd vəzi götürülən qadınlarda onun yerini bərpa etmək baxımdan mərkəz əhəmiyyətlidir. Yaxud da hansısa travma nəticəsində orqanın itirilmiş funksiyasını bərpa etmək üçün gözəl təşəbbüsdür.
Cərrahlar sinə böyütməkdənsə, itirilmiş süd vəzinin funksiyasını bərpa etsinlər. Qadınlarımızın yaşam tərzi daha da yaxşılaşsın. Rekonstruksiya hər zaman hər sahədə lazımdır. Gözəlləşməkdən əvvəl səhhətimizi düşünməliyik. Əslində klassik rekonstruktiv cərrahlar elə bu işlərlə məşğul olmalıdır, qaş qaldırmaqla yox. Doğrudur, bu, estetik cərrahların işinə balta vuracaq, amma vacib olan insanların sağlamlığıdır. Plastik cərrahları doğru istiqamətə yönləndiriblər".
Qeyd edək ki, Azərbaycanda 82 həkim plastik cərrah kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasına müraciət etmişdi. Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib. Sözügedən siyahıda məşhur estetik cərrahların adları isə yoxdur. Bunlar “Baku Medical Plaza” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov, “Azər-Türk Med”in həkimi Təbəssüm Qurbanova və “İnternational Medical Centre”in estetik cərrahı Sevinc Heydərovadır.
Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər.
Xəbərin oxunma sayı : 187
Sosial
Xəbərlər
-
“Mənə 6000 maaş veriləcəyini dedi” - İş yoldaşını aldatdı
-
Bakının bu ərazisində yeni bulvar salınır - FOTO
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Taksi sürücüləri üçün imtahan olacaq - Bu tarixdə
-
Daha bir qadın müəllim icra başçısına müavin təyin olundu - FOTO
-
4 ayda kartlardan 6 milyon oğurlanıb: “Mərkəzi Bank reaksiya verməlidir“
-
Prezident onu sədr müavini təyin etdi - SƏRƏNCAM
-
Azərbaycanın Çindəki ticarət nümayəndəsi milyonluq obyekt tikdirib - SƏNƏD
-
Benzin və dizelin idxal limitləri və aksiz vergilərində dəyişiklik edildi - QƏRAR
-
İrəvan qazılığının fəaliyyəti bərpa olundu - Yeni qazı təyin edildi
-
Sürücülər ən çox iki sığorta şirkətindən şikayət ediblər - Rəsmi
-
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir? - FOTO
-
Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
-
Qafqaz Müsəlmanları İdarəsində təyinat - Yeni sədr müavini təyin edildi
-
Yaşayış minimumunu artıran dəyişiklik - İqtisadçı detalları açıqladı
-
Traktorla velosipedçini vurub öldürdü - Sürücülük vəsiqəsi yox imiş
-
Şiddətli töhmət alan sədrdən yeni təyinat - FOTO
-
QMİ fətva verdi - Qurban bayramı ilə bağlı
-
Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi
-
Azərbaycanda iş tapmaq niyə çətinləşib? - VİDEO
-
Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
-
“İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var“ - Rubio
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Plastik cərrahlar üçün yeni kafedra - bu əməliyyatlara icazə verilməyəcək
-
Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?
-
ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - Video
-
Ukrayna ilə bağlı danışıqlar gələn həftə Vatikanda baş tuta bilər - Finlandiya Prezidenti
-
Özəl klinikalarda qiymətlər necə təyin olunur? - VİDEO
-
Avropa Liqasının qalibi müəyyənləşdi - “Tottenhem”
-
Azərbaycan-Macarıstan strateji müttəfiqliyi genişlənir
-
Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən...
-
“Evimin təmirinə 100 min pul qoymuşam“ - Ülviyyə Namazova
-
“Biz Messi ilə tarixə düşmüşük, indi növbə...“ - Ronaldinyo
-
Prezidentin işgüzar səfərinin - Videosu
-
“Qərb bizə sazişi imzalamağa icazə vermədi“ - Lavrov
-
Bakının bu rayonunda da qaz olmayacaq - Xəbərdarlıq
-
“Ərim məni kişilərlə hotelə getməyə məcbur etdi” - MƏHKƏMƏ
-
Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA
-
Prezidentin Macarıstana səfəri başa çatdı - FOTOLAR
-
Aygün Kazımova, Aleyna Tilki... - Bakıda açılış mərasimində
-
143 milyonluq mənimsəmə: Kapitana hökm oxundu
-
Bakıda dilənçinin 1 günlük qazancı şoka saldı - VİDEO
-
Prezidentlərə təqdim olunan yemək menyusu - FOTO
-
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
-
Küləkli hava nə vaxtadək davam edəcək? - Sinoptiklər
-
“Anadolu Ankası – 2025“ təlimindən görüntülər -VİDEO
-
Bir nəfərin aylıq xərci nə qədərdir? - VİDEO
-
Alim, yoxsa separatçı? - Qarabağa “artsax“ deyənlər...
-
“Moskvaya uçan PUA-lar məhv edildi” - Sobyanin
-
Hakim politoloqa “yox“ dedi - Azər Qasımlı ilə bağlı qərar verildi
-
“Əl-İttihad“ braziliyalı ulduzu sıralarına cəlb edir - MƏBLƏĞ
-
Audiovizual Şura yayım şirkətini cərmələdi - 5 min manat
-
Kənd təsərrüfatı məhsulları niyə ucuzlaşmır? - Səbəblər
-
Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir
-
Nazir və səfirlər Düşənbədə Azərbaycanla bağlı sərgidə - Fotolar
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - VİDEO
-
Kredit şirkətində yoxlama aparıldı - Əfqan Eyubov cərimə edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda - Fotolar
-
“Əhalinin borclanma səviyyəsində artım davam edir“ - AMB
-
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu - FOTOLAR
-
Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib
-
“Gəl səni qucaqlayım, gözün aydın” - Ərdoğanla Əliyev arasında səmimi anlar + VİDEO
-
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - İDDİA
-
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək - BU TARİXDƏ
-
İlham Əliyev Əziz Sancarın təltif olunması mərasimində iştirak etdi - FOTO
-
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? - FAKTLAR
-
Azərbaycanın diplomat xanımları: Neçə səfir, konsul, attaşe var?
-
Prezident Budapeştdə tədbirdə iştirak etdi - Fotolar
-
SOCAR və ARDNF xidməti maşın almaq istədi - Agentlik imkan vermədi
-
Müğənni Nigar qazini məhkəməyə verdi - Xüsusi ittiham qaydasında
-
“İlham Əliyev tarixə düşəcək” - Ərdoğan
-
Azərbaycanda əsassız varlanma ilə bağlı - Mühüm qərar
-
“Unibank“ Mərkəzi Bankın tələblərinə məhəl qoymur - Xəbərdarlıq edildi
-
Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? - Siyahı
-
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
-
Şadlıq sarayında toy zamanı yanğın oldu - VİDEO
-
Azərbaycanın idxalı kəskin artır - Ölkə iqtisadiyyatını nə gözləyir?
-
Preziden Qərbi Azərbaycana dair beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
-
Rafail Quliyev nazir təyin olundu - Sərəncam
-
“Texpasport“da bu söz yazılıbsa... - DİQQƏT!
-
Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama
-
Anası Elgünlə mesajlarını göstərdi - VİDEO
-
İrandakı səfirliyimizə hücum edənin cəzası icra olundu - Edam edildi
-
Etibarnamə ilə maşın alanların diqqətinə - VİDEO
-
Günəş qasırğaları Yer kürəsini təhdid edir - Xəbərdarlıq
-
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - CNN
-
Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan narazıdır
-
“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadıb - VİDEO
-
“Fiasto Furme” şirkəti kimindir? - 122 min manat vergi borcu var
-
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
-
“2023-cü ilin oktyabrından Qəzzada 28 mindən çox qadın və qız öldürülüb” - BMT
-
Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb - Yeni detallar+Video
-
Avtobusun şüşəsini sındıran şəxs saxlanıldı - VİDEO
-
Bu şəxslər diplomatik pasport əldə edə biləcəklər - Qanunda dəyişiklik
-
Müdafiə Nazirliyi “Araz-2025” birgə təlimindən görüntüləri yaydı - VİDEO
-
Aİ ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib - KALLAS
-
“Tramp Putinə heç bir güzəşt etməyib“ - Dövlət katibi
-
Sabah Bakının bu ərazisində işıq olmayacaq - Xəbərdarlıq
-
Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə bağlı - Rəsmi açıqlama
-
Naxçıvanda kütləvi zəhərlənmə: Dönərxana bağlandı
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
“Suriyanın keçid hakimiyyəti həftələr ərzində süqutla üzləşə bilər“ - Rubio
-
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? - Tam siyahı
-
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır
-
Mərhum deputatın oğluna 14 milyon manat verilib - Restoranının sökülməsi səbəbindən
-
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib? - FOTO
-
Rusiya NATO-nun təxribatlarına cavab verəcək - Zaxarova
-
Tofiq Yaqublunun şikayəti təmin olunmadı - Məhkəmə işi
-
İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR
-
Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb - Qiyməti kəskin aşağı düşüb
-
10 kq qızılı ələ keçirib bataqlıqda gizləndilər -Şamaxıda ilginc oğurluq
-
“Abzas Media” işçiləri hakim qarşısına çıxarıldı - Prokuror jurnalistlərə ağır cəzalar istədi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah Bakı və bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
-
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - Siyahı
-
“TƏBİB stomatoloji müəssisələrə 1200 və 1800 manatlıq “plan“ qoyub“ - Stomatoloq
-
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
-
Fuad Xəlilova vəzifə verildi - Aparat rəhbəri təyin olunub + DOSYE
-
“Ermənistan gec-tez şərtlərlə razılaşacaq“ - Prezident
TOP 10
ARXİV