Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Audiovizual Şura yayım şirkətini cərmələdi - 5 min manat

Tarix 21.05.25, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Audiovizual Şuranın tərtib etdiyi inzibati protokola xitam verilməsi qərarı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib, “Teleport” MMC cərimə olunub.

AzFakt.com xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxış həyata keçirmiş, müvafiq monitorinq işləri aparıblar:
“Aparılmış monitoriqlər nəticəsində 20 platforma operatoru barədə inzibati xəta haqqında protokollar tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Qeyd olunan məhkəmələrin qərarlarına əsasən həmin operatorların hərəsi 5 min manat cərimə olunub.
Yalnız Nəsimi Rayon Məhkəməsinin 12 mart tarixli qərarı ilə Audiovizual Şuranın “Teleport” MMC barədə tərtib etdiyi inzibati protokola xitam verilib.
Bununla bağlı Audiovizual Şura Bakı Apellyasiya məhkəməsinə şikayət vermiş və həmin məhkəmənin 24 aprel 2025-ci il qərarı ilə ilk instansiya məhkəməsinin qərarı ləğv edilərək “Teleport” MMC-nin 5 min manat cərimə edilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd olunan qərar qətidir və ondan şikayət verilə bilməz.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər”.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap