Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Azərbaycan-Macarıstan strateji müttəfiqliyi genişlənir

Tarix 22.05.25, 8:24

Font ölçüsü : - / +
bitmap-img6


Dəyişən beynəlxalq düzəndə Azərbaycanın xarici siyasət prioritetləri qlobal oyunçularla yanaşı, regional güc mərkəzləri ilə də möhkəm əməkdaşlıq zərurətini ortaya qoyur. Bu baxımdan, Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, həm də yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığa çevrilir.
      
Azərbaycan-Macarıstan münasibətləri 1990-cı illərin əvvəllərində qurulsa da, onların strateji mahiyyət qazanması son on ildə müşahidə edilir. 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildə bunun genişləndirilmiş forması artıq təkcə diplomatik akt deyil, iki dövlətin qarşılıqlı maraqları və uzunmüddətli niyyətlərini ifadə edən konseptual çərçivəyə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş, təhsil və humanitar sahələrə qədər əməkdaşlıq spektri bu tərəfdaşlığın dərinliyini nümayiş etdirir.
      
Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Macarıstanın Avropa İttifaqı daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.
      
Macarıstanla enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa enerji bazarında artan rolunu təsdiqləyir. "Cənub Qaz Dəhlizi" layihəsində Macarıstanın iştirak niyyəti, "yaşıl" enerji layihələrinə qoşulması və dörd ölkənin birgə imzaladığı strateji saziş bu əməkdaşlığın təkcə ticarət deyil, strateji aspektlərini də gücləndirir.
      
Xəzər küləklərindən Qara dənizin dibi ilə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil - bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir. Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də "yaşıl" enerjiyə keçidi sürətləndirir.
      
İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir.
      
SOCAR ilə "MVM", "MOL" və digər iri macar şirkətləri arasında imzalanmış müqavilələr isə enerji və sənaye sahəsində real iqtisadi modelin qurulduğuna dəlalət edir. Həmçinin dərman istehsalı, kosmik texnologiyalar, azad iqtisadi zonalarda əməkdaşlıq dost ölkənin texnoloji potensialından Azərbaycanda istifadə olunmasının başlanğıcıdır.
      
Macarıstanın "Stipendium Hungaricum" proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbəyə təhsil imkanı yaratması, Macaristanda Nizami Gəncəviyə büst ucaldılması, Azərbaycan Dillər Universiteti və ELTE-də mədəniyyət mərkəzlərinin açılması əməkdaşlığın mədəni və humanitar səviyyədə də strateji xarakter daşıdığını göstərir.
      
Bunlar sadəcə jestlər deyil. Bunlar xalqların bir-birinə inteqrasiya etməsinin, yaxınlaşmasının dərinləşməsi üçün atılmış səmimi addımlardır. Bu mühit isə həm mədəni diplomatiyanın, həm də uzunmüddətli qarşılıqlı hörmətin təməlidir.
      
Macarıstanın 2023-cü ildə qəbul etdiyi "Suverenliyin Qorunması Aktı" ölkənin siyasi sistemində xarici müdaxilələrə qarşı dirəniş ruhunu əks etdirir. Maraqlıdır ki, bu qanunun fəlsəfəsi Azərbaycanda da müstəqil qərarvermə və daxili sabitliyin qorunması yönündə aparılan siyasətlə üst-üstə düşür. Bu yaxınlaşma iki ölkə arasında siyasi dəyərlərin uyğunluğu baxımından əhəmiyyətlidir. Xarici təsirlərə qarşı institusional dayanıqlığın artırılması hər iki ölkənin strateji müstəqilliyini qorumaq üçün əhəmiyyətli amildir.
Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu və Budapeştdəki Nümayəndəlik Ofisinin fəaliyyəti, bu ölkənin özünü həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövləti kimi təqdim etməsi artıq diplomatik poetika deyil - bu, geosiyasi amildir.
      
Viktor Orbanın Şuşaya səfəri və Macarıstanın TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirakı onu göstərir ki, bu ölkə Avropa ilə Türk dünyası arasında körpü rolunu oynamaq niyyətindədir. Azərbaycan isə bu körpünün təməlində dayanan mühüm aktordur.
      
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq.
      
Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
      
"Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq" -deyə dövlətimizin başçısı bildirib.
      
Azərbaycan-Macarıstan münasibətləri artıq sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, region üçün də sabitlik, inkişaf və dayanıqlı tərəfdaşlıq nümunəsi təqdim edir. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır.
      
Bu əməkdaşlıq həm Azərbaycanın Avropadakı nüfuzunu, həm də Macarıstanın Türk dünyası ilə əlaqələrini gücləndirir. Əminliklə demək olar ki, bu tərəfdaşlıq modeli gələcəkdə daha geniş regional bloklaşmaların əsasını təşkil edə bilər.

Şükufə Əsgərova



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap