| |
|
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
Britaniyada Mahmudovlarla bağlı qalmaqal - Vəkillərinə rekord cərimə kəsildi...
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
Ürək xəstəliklərini cavanlaşdıran səbəblər - ARAŞDIRMA
Tarix 13.09.25, 17:14 |
|
Aparılan araşdırmalar göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. Ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə, ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir.
Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.
Ürəyimiz bizdən niyə küsür?
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır.
Ürək çatışmazlığı iki cür - kəskin və xroniki gedişata malikdir. Mütəxəssislər deyirlər ki, bu xəstəliyinin çoxalmasının səbəbləri - insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, “fastfood” və stressdir.
Ürək xəstəlikləri 15 il cavanlaşıb
Aparılan araşdırmalara göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. “Worldlifeexpectancy” məlumat verir ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.
Qazanılan inkişaf yavaşlayır
Həkim-kardioloq Nabil Seyidov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin müalicəsində qazanılan inkişaf yavaşlayır: "Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada “yerində sayma” müşahidə edilir. Zəruri addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaq. Hər il yarım milyarddan çox insan bu xəstəliyin təsirinə məruz qalır. 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötüb.
Vaxtından əvvəl infarkt və insultlarda fəsadların qarşısını almaq mümkündür. Son 50 ildə ürək-damar xəstəliklərinin öyrənilməsi, əldə edilən nailiyyətlər nəticəsində mövcud resurslar, alətlər və müdaxilə imkanları var. Amma bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ürək-damar xəstəliklərinin müalicəsində irəliləyişlərin əldə olunmasına imkan vermir. Bu xəstəlik səbəbindən baş verən hər beş ölümdən dördü aşağı və orta gəlirli ölkələrdə yaşanır. Yüksək gəlirli ölkələrdə ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Tütün və alkoqollu içkilərdən istifadənin daha çox yayılması, daha çox duz istehlakı, habelə havanın çirklənməsi, fiziki aktivliyin azalması ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını artırmış olur”.
Ölümlərin əsas səbəbi
Həkim deyir ki, onilliklər ərzində dünyada ürək-damar xəstəlikləri ölümlərin əsas səbəbi olub: "Müqayisə üçün qeyd edim ki, 1990-cı ildə ürək-damar xəstəliklərindən 12.1 mln insan ölmüşdüsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olub. Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.
Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür".
Ölkələr üçün ciddi problem
N.Seyidovun sözlərinə görə, artan sübutlar göstərir ki, gənc insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır: "Bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. Bəlkə də ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20-50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaq”.
Ürək dayanması və infarktın fərqi
Həkim bildirir ki, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir: “Miokard infarktı artıq yalnız ahıl, orta yaşlı insanların xəstəliyi deyil. Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar. Son 20-30 ildə maarifləndirmə daha çox yaşı 40-50 yaşdan yuxarı insanları əhatə edib".
İnfarkt kişilərdə, yoxsa qadınlarda daha çox baş verir?
Həkim ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və miokard infarktı kimi bir neçə vəziyyətin səbəb olduğunu deyir: "Araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən birinin yaşı 40 və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 2019-cu ildə “American Journal of Medicine”-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı yaşlı insanlarda olduğu qədərdir. Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün guşələrdə eyni olmasıdır. Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-də hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə artıb".
Gənc yaşlı şəxslər nələrə diqqət etməlidirlər?
N.Seyidov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanda Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin apardığı təhlillər və tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin inkişafı baxımından risk faktorları gənc yaşlarda qazanılır, inkişaf edir. Bununla yanaşı, infarkt keçirmiş gənclərdə uzun illər gizli getmiş digər əsas xəstəliklər olub:
"Ən ciddi və çox rast gəlinən risk faktorlarına yüksək qan təzyiqi, diabet, yüksək xolesterin və piylənmə daxildir. Bütün bu xəstəliklər oksigenlə zəngin qanı ürəyə daşıyan arteriya və digər qan damarlarını tıxaya və zədələyə bilir. Vurğulanmalıdır ki, diabeti olan xəstələrdə ürək xəstəliyinin inkişafı riski iki dəfə artmış olur. Diabetlə bağlı damar və digər orqan zədələnmələri daha erkən yaşlarda başlayır, lakin uzun illər gizli qalır.
2020-2022-ci illər əlavə təhdidi ortaya qoyub. Belə ki, araşdırmalardan biri göstərib ki, pandemiyanın ilk ili ərzində infarktdan ölümlər 14% artıb və onların böyük qismi məhz 25-44 yaşlıların payına düşüb. Əlbəttə ki, COVID-19 xəstəliyi orqanizmdə müxtəlif səviyyəli iltihab proseslərini aktivləşdirir, qanın daha da qatılaşması və tromboza meylliyini artırır. Bu isə yoluxmuş insanlarda infarkt riskini yüksəltmiş olur. Problem daha çox gənc yaşlı şəxslərin öz risklərinin fərqində olmamasıdır. Həkimlər də, ənənəvi olaraq gənc yaşlı xəstələrdə ürək-damar xəstəlikləri “az və nadirdir” düşüncəsinin caynaqlarından qurtulmalıdırlar".
Ekspert məsləhəti
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-diyetoloq İlqar Şamilovun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi insanların sağlam həyat tərzi keçirməməsidir:
“İnsanlar sağlam qidalanmaya, fiziki aktivliyə, keyfiyyətli yuxu rejiminə üstünlük verməli, stressdən uzaq olmalıdırlar. Tövsiyə edirik ki, insanlar keyfiyyətsiz, zərərli yağları rasionlarından uzaq etsinlər”.
İ.Şamilov deyir ki, əvvəlki dövrlərlə müqayisə etsək, indi fiziki aktivliyimiz çox azalıb: “Ölkəmizdə avtomobillərin sayı artıb. Biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman avtomobildən, ictimai nəqliyyatdan çox istifadə edirik. Eyni zamanda, yürüş etməyi, idmanla məşğul olmağı sevmirik. Ürək xəstəliklərinin yaranmaması üçün yuxu rejimi də keyfiyyətli olmalıdır”.
Həkim-diyetoloq deyir ki, stressdən də uzaq olmaq bu xəstəliyin yaranmamasına kömək edir: “Rafinə olunmuş şəkərdən də uzaq olmaq lazımdır. Ürək-damar sistemi xəstəliklərindən uzaq olmaq üçün vətəndaşlar qırmızı ətdən, kolbasa, sosiskadan istifadə etməməlidirlər. Balıq, toyuq əti, mövsümi meyvə və tərəvəzlərdən istifadə edə bilərlər. Ət məhsullarını hazırlayan zaman yağda qızardılmışlara üstünlük verilməməlidir. İnsanlar bunlara əməl etsələr, gələcəkdə bu xəstəlikdən əziyyət çəkməyəcəklər”.
“Hər beş nəfərdən biri stent daşıyıcısıdır”
Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır: “Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır”.
Xəbərin oxunma sayı : 1807
Analiz
Xəbərlər
-
“Mən “Zirə“nin baş məşqçisi kimi sevinmirəm“ - Rəşad Sadıqov
-
Azərbaycan bazarına Monqolustan və Braziliyadan gətirilən ətlər yoxlanır? - AÇIQLAMA
-
“Onları İstanbulda qəbul etməyə hazırıq” - Hakan Fidan
-
“Nömrə adından çıxarılır, amma xəbərin yoxdur“ - Mobil operatorlardan açıqlama
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Abbas Əraqçı
-
Ağ Ev jurnalistlər üçün qaydaları sərtləşdirdi - Bəzi otaqlara girə bilməyəcəklər
-
Radikal dindar arvadını beysbol dəyənəyi ilə döyərək öldürdü - Bakıdakı dəhşətli qətlin təfərrüatı
-
Metroda yeni dövr başlayır: Artıq ödənişləri bu cür edəcəksiniz
-
AYDA-işçisi oğluna dəbdəbəli toy etdi - İdarə rəisi 20 min dollarlıq brilyant bağışladı
-
Kenan Yıldız üçün tarixi təklif - Ən bahalı türk ola bilər
-
Naxçıvan polisi əməliyyat keçirdi - Narkotiklə saxlanıldılar
-
Oğlanların sayı qızlardan niyə azdır? - SƏBƏB
-
Venesuela Rusiyadan hərbi yardım istəyir - “The Washington Post“
-
Azərbaycanda bu sahələr daha çox gəlir gətirəcək - SİYAHI
-
Maqneziumu kimlər qəbul edə bilməz? - Xəbərdarlıq
-
“Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı
-
Kanadanın Baş naziri Donald Trampdan üzr istəyib - “Reuters“
-
Ən stajlı icra başçıları - İlk “20-lik“ (SİYAHI)
-
Azərbaycanda Monqolustandan gətirilən quzu əti satırlar - VİDOE
-
Vəfat edən şəxsin yığılıb qalan pensiya kapitalının aqibəti necə olacaq? - VİDEO
-
NATO-dan Rusiyaya qarşı müdafiə planı - 4400 səhifəlik
-
“Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” - Qurbanov
-
Paytaxta yerləşən “Sushi Club” nöqsanlara görə bağlandı - FOTOALR
-
Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Karib dənizində gərginlik artır - ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
-
Şeyx Roma Papası ilə görüşdü - FOTOLAR
-
Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü
-
Nəsimi rayonunda daha bir qanunsuzluq - Memarlıq abidəsinə zərər vuruldu - FOTO/VİDEO
-
Azərbaycanda ən çox hansı sahələrə kredit qoyulub? - SİYAHI
-
Qızı şikayət etdi, direktorun 100 min manatlıq yeyintisi üzə çıxdı
-
Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva Vaşinqtona rəsmi sənəd göndərib...
-
Prezident İlham Əliyev Əlcəzair liderinə məktub göndərdi - MƏTN
-
Ramiz Mehdiyevin həyat yoldaşı barədə əmr imzaladı - Rektor əmr imzaladı
-
“TikTok”da saxta elanlar paylaşan şəxs tutuldu - FOTO
-
Masazır 3 saylı məktəbdə şagirdlərə qırmızı kart verilir − Fotolar
-
Dünyanın ən bahalı 10 müdafiəçisi - SİYAHI
-
Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir - Təfərrüat
-
Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür - KXDR XİN
-
Hikmət Hacıyev diplomatların azad olunmuş ərazilərə səfəri ilə bağlı paylaşım edib - VİDEO
-
Xırdalanda kişi sevgilisini “TikTok“da hesab açdığı üçün döydü: Polis işə qarışdı
-
Binəqədidə yeni təmir olunan bağça niyə istifadəyə verilmir? - VİDEO
-
Leyla Əliyeva Yaradıcılıq Mərkəzində püstə ağacı əkdi - Fotolar
-
Bakıda şadlıq sarayında yumruq davası: 1200 manat cərimə
-
Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
-
“İş çətinləşərsə, biz irəli gedə bilərik“ - Lukaşenko
-
“Avropa və Ukrayna sülh planı adı altında müharibəni uzatmaq istəyir” - Zaxarova
-
Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb - Fotolar
-
Məcnun Məmmədov Sofiyada həmkarı ilə görüşdü - FOTO
-
“İsrail necə günahsız ola bilər?” - Ərdoğan
-
Əvvəllər məhkum olunmuş şəxs 27 kq narkotiklə tutuldu - VİDEO
-
Vüqar Məmmədov həbs edildi - Məhkəmədən qərar
-
“Bu, Putin üçün yaxşı bitməyəcək“ - Zelenski
-
Həbs olunan icra başçısı bu cinayətlərdə ittiham olunur - Qərar verildi
-
“Yalandır, hazırda Bakıdayam” - Əli Həsənov “Daha danışmaq istəmirəm” deyir
-
Azərbaycana gələn əcnəbi turistlərin 36 faizi öz evində gecələyib - Ölkələr üzrə siyahı
-
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
-
Bu istiqamətlərdə avtobuslar yeniləndi - Gedişhaqqı 60-70 qəpik
-
“Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək“ - Hikmət Hacıyev
-
Müalicə üçün Azərbaycana gələn israillilərin sayı kəskin artıb - Rəsmi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi - Qafqazda ilk
-
“Moskva” univermağının orijinal memarlıq quruluşu dəyişdirilib“ - Dövlət Xidməti
-
Dövlət qurumlarına məxsus avtomobillər hərraca çıxarılır - QİYMƏTLƏR
-
Yaxın vaxtlarda Rusiyanın dərinliklərinə zərbələr endiriləcək - Zelenski
-
Pulu itən müəllim şagirdin pulqabısını yoxladı - Cəzalandırıldı
-
Onlayn yolla zərərli kompüter proqramları satan haker tutulub - VİDEO
-
Azərbaycandan ən çox hansı ölkənin turistləri narazı qalır? - Tam siyahı
-
İslam Rzayevin müavinləri də saxlanılıb? - Rəsmi açıqlama
-
“Qarabağ”ın oyununu idarə edəcək hakim 5 ay Rusiya əsirliyində olub - Maraqlı faktlar
-
Vüqar Qurbanov yeni direktor və müavin təyin etdi - FOTO
-
Azərbaycanda “Halloween“ məhsulları neçəyə təklif olunur? - QİYMƏTLƏR
-
Toydan sərxoş çıxıb küçədəkiləri söydü, ölümcül bıçaqlandı - TƏFƏRRÜAT
-
Cinayət Məcəlləsinə dəyişiklik oldu - Onlar cəzalanacaq + Detallar
-
Süpürgəçi qadın 36 gündür komadadır - “Nə “JEK” maraqlanır, nə də həmin ailə”
-
Hikmət Hacıyev Zəngəzur dəhlizindən son görüntüləri paylaşdı - VİDEO
-
Yaqub Qurbanov sərbəst buraxıldı - Hadisə vaxtı evdə imiş
-
Bu qadağa ləğv edildi: Vəkillərə yeni hüquqlar verilir
-
“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək oldu - FOTO
-
Sahib Məmmədov “mənbə” axtarışında - Sədrin bu istəyi AHİK-də baş verənləri təsdiqləyir...
-
Bakıda müğənninin öldüyü qəzanın təfərrüatı: Nə baş verib?
-
Azərbaycan və Gürcüstanın XİN rəhbərləri görüşdü - Fotolar
-
Elm və Təhsil Nazirliyində yoxlama - Hesablama Palatası audit keçirir
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 11 məsələ var
-
Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
-
Xaçmazda 42 yaşlı qadın qətlə yetirilib - Yeniyetmə oğlu saxlanılıb
-
Üç qadın bir həkimdən şikayətçidir: “Əməliyyatdan 10 gün sonra dedim ki, burnum əyridir“
-
Trampın nüvə sınaqları ilə bağlı açıqlaması Putinə ünvanlanıb - KİV
-
Hüseynbəylidə qəribə hadisə - Qəbiristanlıqda ağac əkmək istədilər...
-
Qaş düzəltmək istədilər, göz çıxardılar: Kürdəxanı sakinlərinin etirazına səbəb olan yol
-
Tramp ABŞ-yə qaçqın qəbulunun həddini kəskin surətdə azaldıb - “Reuters“
-
Böyük qayıdış davam edir: Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı
-
Selena Qomez qırmızı xalçada zərif stili ilə - FOTO
-
“Real Madrid“ UEFA-nı məhkəməyə verir - Fantastik təzminat tələbi
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Şəkərli diabet xəstələri dərmanlarını ala bilmədiklərini deyirlər - VİDEO
-
Hərbiçilərin pensiyası yeni qaydada hesablanacaq - ƏƏSMN detalları açıqladı
-
“Pulu kameranın altında say, sonra qaytar“ - Yazıçının keçmiş xanımı belə aldadılıb
-
Azərbaycandan tonlarla alma Türkiyəyə buraxılmayıb - Səbəb
-
Yer kürəsində maqnit qasırğası başladı - XƏBƏRDARLIQ
-
Kimlər məktəb direktoru ola biləcək? - Yeni qaydalar
-
Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olunub - RƏSMİ
-
Mahir Emreli ilə bağlı sərt qərar verildi - Komandadan da uzaqlaşdırılacaq?
-
Polisdən narkotik əməliyyatı: Tutulanlar var - VİDEO
-
Arvadının saçını keçəl edən ər - Həbs olundu
-
Beyləqanda “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub - Fotolar
-
Vətəndaşdan qəribə etiraz - Adlarını dəyişib divara yazdı
-
Paytaxtda yerləşən 38 saylı məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT
-
Qazax və Qusarda gömrük məntəqələri genişlənəcək - Əli Əsədov qərar imzaladı
-
Azərbaycana gətirilən 6 tondan çox antep fıstığı məhv ediləcək - FOTOLAR
-
“Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...” - Keçmiş deputatdan nazirliyə ittihamlar
-
“Türkiyə Aİ-yə tamhüquqlu üzvlüyə doğru sürətlə irəliləyə bilər“ - Ərdoğan
-
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb - Səmərqənddə
-
Ukraynanın Slavyansk şəhəri “Smerç“lə vurulub - 3 nəfər ölüb
-
Adnanın yaxtası Barselona sahillərində - “Alkagesta” beynəlxalq sularda oyun çıxarır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Türk vətəndaşlarına viza asanlığı təmin ediləcək“ - Monteneqronun XİN başçısı
-
Naftalının “acgöz“ yolları: Vüqar Novruzov təyinatından sonra küçə və yollara nə qədər pul “səpələnib“?
-
Su hövzələrində balıqlar kəskin azalıb: Tədqiqat aparılmır, vahid strategiya yoxdur
-
FED faiz dərəcəsini yenidən endirdi: Dolların məzənnəsi dəyişə bilərmi?
-
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları!
TOP 10
ARXİV





