“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Erkən nikahlar hansı faciələrə yol açır? - VİDEO

Tarix 14.09.25, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Son illər ölkəmizdə erkən nikaha cəlb edilən qızların sayı artıb.

Bir neçə gün öncə Zərdabda aidiyyəti qurumlar tərəfindən erkən evliliyin qarşısının alınması və ən əsası hələ də nikah yaşının 18 olmasından xəbərsiz insanların olması təəssüf doğurur. Lakin ziddiyyət yaradan məsələ də var. Cinayət Məcəlləsinin "Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər" barədə fəslində 16 yaşına çatmayanlara qarşı seksual xarakterli hərəkətlərə görə qanunla məsuliyyət hüququ yaranır.

O zaman belə çıxır ki, 18 yaşdan kiçik şəxslər rəsmi nikaha daxil ola bilməsələr də, 16 yaşı tamam olduqdan sonra əgər zorakılıq yoxdursa, cinsi münasibətə daxil ola bilərlər. Millət vəkili Müşfiq Cəfərov erkən yaşda cinsi münasibətlərin yaranmasının ailə institutunun dağılmasına gətirib çıxara biləcəyi qənaətindədir: "Hesab edirəm ki, nikah yaşından əvvəl birlikdə yaşamaq nə psixoloji, nə də sosial baxımdan doğru deyil. Bu həm gənclərin şəxsi inkişafına, həm də sağlam ailə institutuna mənfi təsir göstərə bilər".

Statistika göstərir ki, yetkinlik yaşına çatmamış abort etdirənlərin sayı ilbəil artır. 15-17 yaş qrupunda olan qadınlar arasında təkcə 2024-cü ildə 72, 2023 ildə isə 68 abort halı qeydə alınıb. 16 yaşda ana olanların sayı isə 218-dir. Ekspertlər bu vəziyyətin bir çox hallarda hüquqi boşluqdan qaynaqlandığını qeyd edirlər. Bildirilir ki, 16 yaşdan 18 yaşa qədər şəxsin öz istəyi ilə cinsi əlaqədə olması hüquqi məsuliyyət yaratmır. Bu da ciddi şəkildə bugünkü tablonu ortaya çıxarır. Yetkinlik yaşına çatmayan 16 yaşdan yuxarı şəxsə ailəsinin məcburiyyəti olmadan hansısa formada cinsi münasibət halı baş verirsə, ortada hüquqi problem olmur. Yəni hüquq burada cəzalandırmır. Amma digər tərəfdən azyaşlı bir uşaq ana olur. Bu da hüquqdakı əsas boşluqlardan biri hesab olunur.

Daha ətraflı Baku TV-nin sujetində:




Xəbərin oxunma sayı : 457




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap