“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Xocalıda icarəyə verilən göl yararsız hala düşdü - VİDEO

Tarix 10.04.25, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


"Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb. Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib”. 

Bu şikayətlə "Qafqazinfo”ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər. 

Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.

Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: "Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni, həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir”. 

Nümayəndəlikdən, həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir: "Bu səbəbdən də  gölün suyunun  təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq”.
 





Xəbərin oxunma sayı : 748




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap