“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Nazir yeni müvin təyin etdi - İlkin Məmmədov kimdir? + DOSYE

Tarix 12.04.25, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

AzFakt.com xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, İlkin Məmmədov DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İlkin Məmmədov əmək fəaliyyətinə 2008-ci ildə başlayıb. 2016-cı ilədək bir neçə özəl müəssisədə, 2021-ci ilədək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, daha sonra isə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində maliyyə sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2021-ci ildən DOST Agentliyində fəaliyyətə başlayıb və yeni vəzifəyə təyin olunanadək “Maliyyə və büdcə” şöbəsinin müdiri, “Mühasibatlıq” şöbəsinin müdiri, “Maliyyə və mühasibatlıq” departamenti müdirinin müavini və həmin departamentin müdiri vəzifələrində çalışıb.

İlkin Məmmədov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir. O, Böyük Britaniyanın “Sertifikatlı Maliyyə Menecerləri İnstitutu”nun (Institute of Certified Financial Managers UK–ICFM) üzvüdür və eyni zamanda İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru proqramında təhsilini davam etdirir.



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap