“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Nəsimi rayonunda qanunsuz tikinti:Himayədar Taleh Bəşirovla Asim Rzayevdir?

Tarix 11.04.25, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Nəsimi rayonunun Memar Əcəmi metrosunun yaxınlığında bir neçə gündür qanunsuz tikinti aparılmaqdadır.
 
Qlobal.az xəbər verir ki, bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi istisna olmaqla məsələyə reaksiya vermirlər. 
 
Ekologiya Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasında deyilir:
 
"Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.  Məsələ ilə bağlı "Qafqazinfo”ya idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: "Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış  materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib". 
 
Sosial şəbəkə istifadəçiləri nazirliyin açıqlamasını, sahibkara kəsilən cəzanın adekvat olmadığını, bu cəzanın ictimai rəyi susdurmağa hesablandığını bildirirlər. 
 
Mediada yazılan məlumatda isə aparılan tikintinin Eldəniz adlı iş adamına məxsus olduğu yazılır.
 
Eldəniz adlı sahibkar Memar Əcəmi metrosunun yaxınlığında bir neçə uşaq geyimləri mağazası, Bakının "Gənclik” metrosu, Xətai rayonu, Abşeronun Xırdalan şəhəri və digər ərazilərdə obyektlərə sahibdir.
 
Sahibkara Əmlak Komitəsindən Taleh Bəşirovun, Nəsimi rayon icra hakimiyyətindən isə Asim Rzayevin dəstək verdiyi vurğulanır. 
 



Xəbərin oxunma sayı : 751




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap