![]() |
|














O videonu Arayikə izlətdilər - Timsahın göz yaşları...
Tarix 11.04.25, 23:33 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 11-də davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
Təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.
Hakim Zeynal Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxslər əvvəlcə sərbəst ifadə verib, sonra isə dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara ünvanlanmış sualları cavablandırıblar.
Zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadəsində Xankəndidə təhsil aldığı məktəbdə sinifdə 30 nəfər şagirdin oxuduğunu, onların 28-nin erməni millətindən, 1-nin rus və təkcə özünün azərbaycanlı olduğunu deyərək bildirib: “Təhsil müddətində, - 1-ci, 2-ci, 3-cü sinifləri bir o qədər xatırlamıram, - mən azərbaycanlı olaraq dəfələrlə təhqirlərə məruz qalmışam. Hansısa kiçik münaqişə də olanda bizə “tork, tork” deyirdilər. Onlar türkə “tork” deyirdilər. Biz azərbaycanlıları dəfələrlə təhqir edir, dözümsüzlük halı yaradırdılar.
Hamı bilir ki, şagird evdə nə eşidirsə, gəlib onu məktəbdə sinif yoldaşları ilə bölüşür. 1986-cı il idi, mən 8-ci sinifdə oxuyurdum. Armen Beqlaryan adlı sinif yoldaşım var idi, arxa partada otururdu. Gördüm parta yoldaşına deyir ki, bəs “Qorbaçov bizə söz verib, Ermənistana qoşuluruq. İlk dəfə o zaman bu siyasi məsələləri eşitdim, amma elə bil dünən eşitmişəm”.
Zərərçəkmişin sözlərinə görə, 1988-ci ilin yanvarından azərbaycanlılara qarşı pis münasibət açıq müstəviyə keçib. O əlavə edib: “Məsələn, azərbaycanlılar çörək almağa gedirdilər, amma onlara çörək vermirdilər, hər yerdə sıxışdırırdılar. Həmin ilin fevralında eşitdik ki, böyük mitinq olacaq. Deyirdilər ki, “biz Azərbaycandan ayrılırıq və Ermənistana qoşuluruq”. Biz bilirdik ki, mitinqdən sonra ermənilərdən nəsə təxribat gözlənilir. Ermənistandan da adamlar gətirmişdilər. O vaxt onlar “saqqallı”, “boevik” adlandırılırdılar. Eşidirdik ki, evlərimizi dağıdacaqlar, yəni, o söz-söhbət var idi. Ondan qabaq da azərbaycanlıların evlərini daşlayırdılar, şüşələrini sındırırdılar. Biz ikinci mərtəbədə yaşayırdıq. Birinci mərtəbədə Karo adlı qonşumuz var idi. O, Əsgəranda yanğınsöndürmə xidmətində çalışırdı. Karo və qardaşı Ararat bu proseslərdə ən fəal iştirak edənlərdən idilər.
Həmin vaxt mənim böyük bacım ailə həyatı qurmuşdu və Ağdam şəhərində yaşayırdı. Fevralın 20-də Ağdamda bacımgildə idim. Fevralın 21-də Ağdamdan Xankəndiyə avtomobillə qayıdanda Əsgəran rayonunun girişindəki körpünün üstündə bir səs eşitdim. Məlum oldu ki, bizə atəş açırlar. Orada qolumdan güllə yarası aldım. Həmin vaxt maşında məndən və sürücüdən başqa, daha iki nəfər var idi. Sonradan öyrəndim ki, onların adı Əli və Bəxtiyar imiş. Onlar çox ağır şəkildə can verirdilər. Sürücü məni Ağdam xəstəxanasına apardı. Orada həkimlər dedilər ki, gülləni çıxara bilərik, amma qolunuz işləməyəcək. Hadisələri qabaqlayaraq deyim ki, mənim sağ qolumun biləyi təxminən iki ildən artıq işləməyib. Oradan Bərdə şəhərinin xəstəxanasına gəldik və burada da həkimlər eyni sözü dedilər. 1988-ci il fevralın 23-də Bakıda Neyrocərrahiyyə xəstəxanasında məni əməliyyat etdilər, gülləni çıxardılar. Sonradan eşitdim ki, bizə avtomatla atəş açan Əsgəranda yaşayan milis işçisi olub”.
Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, 1988-ci ilə qədər də Xankəndidə ermənilər tərəfindən azərbaycanlılara münasibət müsbət olmayıb. O, Xankəndidə hər addımbaşı azərbaycanlıların incidildiyini vurğulayıb və əlavə edib: “Məsələn, yeni gələn azərbaycanlıların heç birini qeydiyyata almırdılar. Sonradan gələn azərbaycanlılara ev tikmək üçün sahə vermirdilər, yaxud da kimsə hansı yolla bir əmlak əldə edirdisə, onları qeydiyyata almırdılar. Bütün bunları Azərbaycan əhalisinin sayını az göstərmək üçün edirdilər.
“Neftçi” və “Ararat” futbol klubları arasında keçirilən oyundan sonra küçəyə çıxmaq olmurdu. İçirdilər, təhqiramiz ifadələr işlədirdilər, şüşələri qırırdılar.
1987-ci ilin sentyabrından bir epizod danışım. Azərbaycanlı ailə var idi, yuxarı məhəllədə yaşayırdı. Həmin ailənin oğlunu çörək almağa gedəndə iki erməni döyüb komaya salmışdı, bir aydan çox komada qaldı. Ermənilərin biri içkili olmuşdu, o biri yox”.
O, sonradan kütləvi tədbirlərdən birində ona qarşı ayrı-seçkilik edilməsi və təzyiq göstərilməsindən də danışıb: “Xankəndidə mərkəzi stadionda tədbir var idi. Yeddinci, yaxud səkkizinci sinifdə oxuyurdum. Mən də oraya getdim. Təxminən 2 min şagird var idi. Üz cizgilərinə görə azərbaycanlıların çoxunu tanıyırdılar. Tədbir zamanı 2 minə yaxın şagirdin arasında ermənilər mənə fiziki təzyiq göstərdilər və təhqir edib tədbir keçirilən yerdən kənarlaşdırdılar”.
Ə.Əhmədov hazırda Xankəndi şəhərində işlədiyini və yaşadığını bildirib.
Sonra zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N.Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.
N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib.
“1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar Xankəndidən deyildilər”, - deyə o qeyd edib.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə edib: “Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq. Bizim binada Slavik var idi. Binanın uşaqlarını öyrədirdi ki, gələndə onları təhqir, daş-qalaq edin.
Qardaşım uşağı qıcolma keçirtmişdi, qızdırması var idi. Təcili yardım çağırmaq üçün zəng vurduq. Cavab verildi ki, “qızdırması varsa, soyuducuya qoyun, soyusun, buraya zəng vurmayın. Bura bizimdir, burada biz yaşayırıq.
Ümumiyyətlə “Miatsum” sözü yaranandan günümüz qara idi. Şahbazyan soyadlı erməni həyat yoldaşıma demişdi ki, buradan birdəfəlik getsəniz yaxşıdır”.
Zərərçəkmiş Vüqar Məhərrəmov ifadəsində Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olduğunu, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən evlərinə hücum edildiyini bildirərək deyib: “Gəlib evimizi dağıtdılar, sonra da yandırdılar. Erməni kişilər əhalini qətlə yetirib evlərindən qovduqdan sonra erməni qadınlar boş qalmış evlərimizə daxil olub talan edirdilər. Ardınca isə erməni kişilər talan olunmuş evləri yandırıb məhv edirdilər. Bütün mal-qaramızı yığıb apardılar. Atam bizi mal tövləsində gizlətmişdi. Tövləmizin aşağısında ot tayasının yanına yığılaraq əl çalıb əylənirdilər. Atam Alıməmməd Məhərrəmovun yanmış meyitini səhəri gün ot tayasının altından tapdıq. Atamın sümüklərini yığıb kənddə dəfn etdik. Elə o vaxt kənddən çıxdıq”.
O, hücum edənlərin “Semonun dəstəsi” adlandırıldığını deyib və vurğulayıb: “Gələnlər hərbi forma geyinmiş silahlılar idilər. Qadınlar isə mülki formada idilər, evləri onlar talayırdı”.
V.Məhərrəmov qətlə yetirilənlər arasında körpənin də olduğunu bildirib. “Özləri ilə benzin maşını gətirmişdilər. Oradan benzin götürüb evlərin üstünə töküb yandırırdılar”, - deyə o əlavə edib.
Zərərçəkmiş Ramiz Adıgözəlov da Bağanıs Ayrım kəndinin sakini olduğunu deyib. O, 1990-cı il martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsi Hafiz Adıgözəlovun, həyat yoldaşı Aliyə Adıgözəlovanın və digər yaxınlarının ermənilər tərəfindən qətlə yetirilərək yandırıldığını bildirib.
Zərərçəkmiş hadisənin baş verməsindən danışarkən deyib ki, kəndə xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar. O, həmin gün 6 kənd sakininin və bir polis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib. Qətlə yetirilmiş şəxslər arasında onun qayınatası, qayınanası, baldızı da olub.
Zərərçəkmiş Aidə Qurbanova isə 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilərin onun həyat yoldaşını - sahə müvəkkili, baş leytenant Zirəddin Əhmədovu yaraladıqlarını deyib.
Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar Bağanıs Ayrım kəndinin məhv edilməsi epizodu üzrə videomaterialları və fotomaterialları nümayiş etdiriblər.
Yandırılmış meyitlərin videogörüntüləri nümayiş olunanda zaldakı zərərçəkmişlərin bir qisminin halı pisləşdiyi üçün çölə çıxıb.
Görüntüləri izləyən təqsirləndirilən Arayik Harutyunyan özünü guya kədərlənmiş kimi göstərib.
Videomateriallarda və fotomateriallarda məhkəmədə ifadə vermiş R.Adıgözəlovun 39 günlük oğlu Hafiz Adıgözəlovun və həyat yoldaşı Aliyə Adıgözəlovanın yandırılmış meyitlərinin görüntüləri də olub.
Zərərçəkmiş şəxs Zemfira Abbasova Xankəndi şəhərində yaşadığını, “Miatsum hərəkatı” başlayandan sonra evdən çıxa bilmədiklərini qeyd edərək deyib: “Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həmin vaxt dəmir yolu idarəsində işləyib. “Bu idarəyə də daxil olub, bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”, “Türklər məhv olmalıdırlar” deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın, əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın”, - deyə o diqqətə çatdırıb.
Zərərçəkmiş Validə Rəsulova isə həyat yoldaşının 1988-ci il sentyabrın 18-də Kərkicahan qəsəbəsində ermənilər tərəfindən güllələndiyini, onu dolanbac yollarla Şuşa xəstəxanasına apardıqlarını bildirərək deyib: “Evimizdə oturduğumuz yerdə ermənilər hücum etdilər. Fərhad Ağakişiyev adlı azərbaycanlını işgəncə verə-verə öldürmüşdülər”.
Zərərçəkmiş Fəridə Hüseynova Xankəndidə ipək fabrikində işlədiyini deyib. O bildirib: “Sex rəisimiz Raçik adlı erməni idi. O deyirdi ki, bura Ermənistandır, çıxın gedin. Bildirirdi ki, “Fəridə, istəyirəm girov düşəsən, bu gözündən basım, o biri gözün çıxsın”. Dəzgahları söndürürdülər ki, işləyə bilməyək”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o deyib: “Bizi sıxışdırırdılar ki, evlərimizdən çıxaq. Hadisələr vaxtı demək olar bütün ailə üzvlərimiz xəsarətlər alıb”.
Zərərçəkmiş Ədalət Vəliyev ifadəsində 1958-ci ildə Şərur rayonunun Kərki kəndində (hazırda bu kənd Sədərək rayonuna aiddir – red.) anadan olduğunu bildirib. O, kəndin Yerevan-Gorus yolunun üzərində, strateji mövqedə yerləşdiyini bildirib və əlavə edib: “Hələ sovet dövründə ermənilər kəndi ələ keçirmək istəyirdilər. Ağsaqqallara demişdilər ki, gəlib ərizə yazın, kənd bizə keçsin. Kəndimiz hər tərəfdən Ermənistan kəndləri ilə əhatə olunmuşdu. Oradan keçəndə maşınları daşlayır, qabağını kəsirdilər. Sonra rus hərbçilərin müşayiətilə gedib-gəlirdik. Bir müddət helikopterlə gedib-gəldik. Sonra o da alınmırdı, insanlar rayona yollarla yox, məcbur olub dağlardan keçərək gedirdilər”.
Dövlət ittihamçıları Fuad Musayevin və Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs qeyd edib ki, 1990-cı il yanvarın 15-də səhər saat 6-7 radələrində Ermənistanın silahlı dəstələri Kərkiyə hücuma keçərək, kəndi hər tərəfdən mühasirəyə alıblar, kənddəki mağazanı, bəzi evləri yandırıblar və hadisə zamanı bir neçə nəfər yaralanıb.
“Rus komandir dedi ki, siz çıxın, burada qalsanız, kəndi dağıdacaqlar. Gedin, biz kəndi qoruyarıq, sonra qayıdarsınız. Biz çıxdıq, iki gün sonra eşitdik ki, kəndi talan ediblər.
Zərərçəkmiş Əli İsgəndərov da Kərki kəndində anadan olduğunu deyib və özündən əvvəl ifadə verən Ə.Vəliyevin söylədiklərini təsdiqləyib. O qeyd edib: “Yanvarın 15-dək Ermənistan tərəfdən hər gecə atəş açırdılar”.
Zərərçəkmişlər təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş ediblər.
Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.























Xəbərin oxunma sayı : 967
Hadisə
Xəbərlər
-
Bu ölkələrdə velosipedlərin sayı əhalidən çoxdur - Şok statistika
-
“ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb“ - KİV
-
“Türkiyə NATO-nu gücləndirir, Aİ-yə üzv olmalıdır“ - KİV
-
QMİ Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib: 100-dən çox vətəndaş aldadılıb
-
Bakıda söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək? - Araşdırma
-
Azərbaycana qoyun idxalı artıb - 29 dəfə
-
“İsrail - Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldi“ - Ərdoğan
-
Evdən qaçan yeniyetmələr: Bu hallar niyə artıb?
-
Qarasu Əməliyyat Şirkətindən kütləvi narazılıq:Prezidentə müraciət edildi
-
ABŞ-İran danışıqları yaxşı gedir - Tramp
-
Bu əşyanı satanlar cərimələnəcək - 5000 manat
-
“Həyatımda olan kişi getməlidir ki, görüm növbətisi kimdir“ - Müğənni Sevinc
-
Avropa çempionatı: Eldəniz Əzizli “gümüş“lı kifayətləndi
-
Tramp Uitkoffa İranla fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyi tapşırıb - Ağ Ev
-
Özəl klinikalarda həkim qəbulunun qiymətləri - ARAŞDIRMA
-
“Bakıda bu ilin payızında TDT-nin Zirvə görüşü nəzərdə tutulur“ - Ceyhun Bayramov
-
Ağsunun ən böyük kəndlərindən biri niyə sürətlə boşalır? - VİDEO
-
“Rusiya və ABŞ heç vaxt Moskva və Pekin münasibətlərini müzakirə etməyib“ - Lavrov
-
Sumqayıtda Ulu öndərin ad gününə salınan yaşıllıq məhv edilir - FOTO
-
Azərbaycanda məscidlər kifayət qədərdirmi? - Açıqlama
-
Bu il hansı qruplarda güclü rəqabət olacaq? - Açıqlama
-
Qadın “TikTok“da mübahisə etdiyi kişini bıçaqlayıb - Bərdədə
-
İsrail Qəzzada döyüşləri genişləndirəcək - Əhalinin təxliyəsi elan edildi
-
Azərbaycanda ən çox viza bu ölkələrə verilib - SİYAHI
-
“Sabah“ yenə uduzdu: Berdiyev “qırmızı“ aldı
-
Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir - Professor
-
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTOLAR
-
Azərbaycan təbii qazı Türkmənistandan 150 dollara alıb, Yunanıstana 547 dollara satıb - Ölkələr üzrə siyahı
-
İran-ABŞ danışıqları başa çatıb - Gələn həftə davam etdiriləcək
-
Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
-
Prokurorluq sabiq rektoru istintaqa çağırdı - Təfərrüat
-
“NATO-nun ən böyük düşməni özüdür“ - Lavrov
-
Masazır duz gölündə antisanitariya - Kanalizasiya birbaşa gölə axıdılır (VİDEO)
-
Prezident nəvələri ilə idman zalında - FOTOLAR
-
“Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır“ - Ceyhun Bayramov
-
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb - FOTO
-
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
-
Azərbaycan, Ermənistan, Gürcüstan XİN rəhbərlərinin iştirakı ilə iclas keçirilib - FOTOLAR
-
“Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı - VİDEO
-
“Sülh sazişi ilə Minsk Qrupunun ləğvi barədə sənədi eyni vaxtda imzalaya bilərik“ - Mirzoyan
-
Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
AŞPA prezidentinin adı qara siyahıya daxil edilib - XİN rəsmisi
-
Əhali niyə kreditlərə möhtac qalır? - “Gəlirim azdır, borcum çox“
-
Sərhəd naryadına atəş açan şəxs zərərsizləşdirilib - Biri saxlanılıb, digəri İrana qaçıb (FOTO)
-
Nazir yeni müvin təyin etdi - İlkin Məmmədov kimdir? + DOSYE
-
Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - Müzakirə
-
Çirkab suları hələ də Ceyranbatana axıdılır - VİDEO
-
Prezident Avropa Şurasının baş katibi ilə görüşdü - FOTO
-
Abşeronda əməliyyat: axtarışda olan 36 nəfər saxlanıldı
-
Sürücüsüz idarə olunan avtomobil sahibləri cərimələnə bilər - VİDEO
-
Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir - FOTO
-
Qubada torpaq sürüşməsi: Kəndin əsas yolu bağlandı (FOTO)
-
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək körpüdən görüntülər - VİDEO
-
“Bank Avrasiya”dan depozitlər niyə geri çəkilir? - Hesabat
-
Zakir Həsənov Yaşar Gülerlə görüşdü - FOTOLAR
-
“Arvadına bağlanmışam“ dedi, “30 min ver, boşayım“ cavabını aldı - Azərbaycanda ŞOK
-
Müavinət və təqaüdlər artacaq - Nazirlər Kabineti təkliflər hazırlayıb
-
Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics” və...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
“Koroğlu”da qəzaya uğrayan taksi aşdı - VİDEO
-
Xəbəriniz olmadan adınıza necə kredit götürürlər? - VİDEO
-
“Uitkoff Ukraynada müharibənin necə başa çata biləcəyini açıqlayıb“ - Reuters
-
Prezidentin nəvələri Ərdoğanla - FOTO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Narahat olmayın, heç kimdən küsməmişəm“ - Qurban Qurbanov
-
O videonu Arayikə izlətdilər - Timsahın göz yaşları...
-
“Suriyada xaosun yenidən baş verməsini istəyənlər var“ - Ərdoğan
-
Nəsimi rayonunda qanunsuz tikinti:Himayədar Taleh Bəşirovla Asim Rzayevdir?
-
Prezident ailə üzvləri ilə Antalyada - FOTOLAR
-
Toy karvanında qaydalar kobud şəkildə pozuldu: 7 sürücü məsuliyyətə cəlb edildi
-
“Embawood”da qalmaqal: menecer işdən çıxarıldı
-
Prezident İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO
-
Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı - VİDEO
-
Bakıda məktəbli qızın qolundan tutan şəxs həbs edildi: “Salam verdim...“
-
Xərclərimizin yarıdan çoxu yeyib-içməyə sərf olunub - Rəsmi
-
“Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər“ - Zərərçəkmiş
-
“Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir“ - Ərdoğan
-
Məhkəmədən həbsdə olan vəkil Adəm Məmmədovla bağlı QƏRAR
-
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri saxlanıldı - SƏBƏB
-
Aytac Ağazadə barəsində qiyabi həbs qərarı verildi - QHT işi
-
"Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı" - Xankəndidən olan zərərçəkmiş
-
“Türkiyə bu gün Cənubi Qafqazda əməkdaşlıq yaradan bir aktordur“ - Hakan Fidan
-
Bacılardan biri maksimal, digəri isə yüksək bal topladı - FOTO
-
İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü - FOTOLAR
-
Putinin xüsusi nümayəndəsi Uittkofla görüşüb - Təfərrüat açıqlanmır
-
Bakıda yağış, bəzi ərazilərdə leysan olacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Kuzu Kuzu“da müştərinin 3400 manatlıq telefonu oğurlandı - Aşpaz saxlanıldı
-
Prezidentlə xanımı Antalyada forumda iştirak etdi - Fotolar
-
“Azərbaycan hər zaman Şimali Kiprin yanında olub“ - Ersin Tatar
-
Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı -ALİMENTİ DƏ ÖDƏMİR
-
Qayınana, qayınata və baldız birləşib gəlini döydü - Bu qədər cərimələndilər
-
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binası neçəyə başa gələcək? - MƏBLƏĞ
-
“Polkovnik”, “jurnalist”, “ekspert” - MİDA evləri adı ilə 430 minlik dələduzluğ
-
İlham Əliyevin Ərdoğanla görüşü keçirildi - FOTO
-
Azərbaycanda orta aylıq əməkhaqqı 19 manat 30 qəpik azalıb - Rəsmi
-
“Sobsan“ boya şirkəti Aşağı Güzdək qəsəbəsindəki gölü zəhərləyir - VİDEO
-
Ehtiyata və istefaya buraxılan hərbçilərin nəzərinə: Hərbi geyimi yalnız bu günlərdə geyinə biləcəklər
-
Daha 10 qanuna əlavələr olunub - Dəyişiklik
-
Şirkət rəhbərlərinə cinayət işi açıldı - Bir neçəsi axtarışa verildi
-
Təhsil İnstitutunun biabırçı olimpiadası - 30 sualdan 9-u səhvdir
-
Bir sıra məhkəmələrə yeni hakimlər təyin olundu - SİYAHI
-
“Əsas milli komandanın son nəticələrindən razı deyilik“ - Rövşən Nəcəf
-
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu - Milli Məclis təsdiqlədi
-
Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanıldı - FOTO
-
Prezident İlham Əliyev Ersin Tatarla görüşdü - VİDEO/FOTO
-
Bağça müdirlərinin yerdəyişməsi başlayır - Bu gündən
-
“28 May”dan ancaq bu qatarlara minə biləcəyik - Nələr dəyişəcək?
-
Mən prezident olsaydım, bu, baş verməzdi - Donald Tramp
-
Kreditlə alınan “xoşbəxtlik“ uçuruma aparır? - Toydan sonra illərlə borc ödəyirlər
-
Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - VİDEO
-
Həmin taksidəki qadın danışdı - “Bir də gördüm ki...”
-
Ərzaq məhsullarının qiymətində bahalaşma - VİDEO
-
Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu - RƏSMİ
-
Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq
-
ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru“ adlı beynəlxalq forumu mühüm məqamlarla yadda qaldı
-
Azərbaycan boşanmaların sayına görə Avropada ilk üçlükdə - VİDEO
-
İsrail Türkiyəni hədələyib, İranı vuracaq? - Yaxın Şərqdə yeni vəziyyət
-
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
-
“Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim” - Ermənistan vətəndaşı
TOP 10
ARXİV