“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Evdən qaçan yeniyetmələr: Bu hallar niyə artıb?

Tarix 13.04.25, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar medianı izləyən hər kəs eyni cür xəbər başlıqlarına tez-tez rast gəlir: "13 yaşlı qız itkin düşdü”, "Yeniyetmə evi tərk etdi”, "16 yaşlı qız evdən qaçdı”. Bu cür xəbərlər artıq nadir hadisə yox, narahatedici tendensiyaya çevrilib. Və ən acı həqiqət budur ki, evdən qaçan yeniyetmələr arasında qızlar üstünlük təşkil edir. Bəs niyə? Onlar nədən bu addımı atır? Hansı səbəblər bir uşağı, bir gənc qızı ailəsini tərk etməyə vadar edir?

Heç bir uşaq "bir gün evdən qaçacağam” arzusu ilə böyümür. Bu, son anda verilmiş, ani qərar kimi görünsə də, arxasında çox zaman uzun müddət yığılıb qalan acılar, anlaşılmazlıqlar, qorxular və susqunluqlar dayanır. Psixoloqlar bildirir ki, yeniyetmə qızların evdən qaçmasının əsas səbəbləri arasında fiziki və ya psixoloji zorakılıq, ailədaxili soyuqluq, zorla ərə verilmə qorxusu, təhsildən məhrum edilmə, ifadə azadlığının olmaması və sosial mediada tanış olduqları təhlükəli münasibətlər dayanır. Bəzən isə sadəcə "məni başa düşən yoxdur” hissi kifayət edir ki, bir uşaq evindən, ailəsindən uzaqlaşsın.

Bəs ailə harda səhv edir? Mütəxəssislər deyir ki, burada ən böyük problem dinləməməkdir. Valideynlər çox zaman övladlarını dinlədiklərini düşünürlər, amma əslində onlara sadəcə nəzarət edirlər. Dinləmək - sadəcə eşitmək deyil, duymaq, başa düşmək və qəbul etməkdir. Qız uşağı bu anlayışı ailəsində tapmayanda, onu harada axtaracağını bilmir - və bəzən yanlış ünvana üz tutur.

Əlbəttə ki, bir qız evdən qaçırsa, bu, təkcə onun ailəsinin problemi deyil. Bu - məktəbin, müəllimin, qonşunun, psixoloqun, bir sözlə, bütün cəmiyyətin problemidir. Çünki evdən qaçan hər bir qız təhlükənin birbaşa qarşısındadır - istismar, zorakılıq, insan alveri, cinsi təzyiqlər və daha nələr-nələr... Bəzən isə bu qızlar "geri dönəcək ümidim yoxdur” deyərək həyatlarına son qoyur, intihar yolunu seçirlər.

"Evdən qaçan yeniyetmə tapıldı” xəbəri  insanların narahatlığına bir qədər son qoyur, amma əsl problem o tapıldıqdan sonra başlayır. Niyə qaçdı? Evdə nədən qorxdu? Nə çatışmadı ki, yad əllərə güvəndi? Bu suallar cavabsız qalanda növbəti qaçışın qarşısını almaq mümkün olmur.

Mövzu ilə bağlı tanınmış psixoloq Azad İsazadə "Yeni Müsavat”a açıqlamasında yeniyetmə davranışlarını və evdən qaçma hallarının psixoloji əsaslarını izah edib: "Yeniyetməlik dövrü maksimum duyğular və emosional dalğalanmalar dövrüdür. Bu yaşda insan hər şeyə ya çox yaxşı, ya da çox pis kimi baxır - aralıq, balanslı yanaşma hələ formalaşmayıb. Xüsusilə də ailədə deyilən sözlərə yeniyetmələr bəzən qeyri-adi, həddindən artıq reaksiya verirlər. Evdən qaçmaq da bu maksimalist davranışın təzahürlərindən biridir”.

Azad İsazadə qeyd edib ki, yeniyetmənin evdən qaçmasına səbəb bir çox amil ola bilər: "Bəzən bu bir eşq münasibəti, bəzən ailə içində yaşanan münaqişə və ya psixoloji-fiziki zorakılıq olur. Valideynin övladına təzyiq göstərməsi, onu dinləməməsi və ya ona inanıb güvənməməsi də qaçış qərarını sürətləndirə bilər.

21-ci əsrdə sosial media və internetin təsiri altındakı gənclər daha erkən inkişaf edir, dünyaya baxışları dəyişir, gözləntiləri artır. Bəzən bu dəyişən dünyagörüşü ilə valideynlər arasında körpü qurmaq çətinləşir. Əvvəllər evdən qaçma halları olurdu, amma ailələr bunu gizlədirdi. İndi isə sosial şəbəkələr və media vasitəsilə bu hallar dərhal yayılır və cəmiyyətə bəlli olur.

Bəs valideyn harada səhv edir? Valideynlərin ən böyük səhvi övladla dost münasibəti qura bilməmələridir. Əgər ailədə valideynlə uşaq arasında səmimi, açıq, dostyana münasibət qurulmayıbsa, uşaq problem yaşadıqda valideyninə üz tutmur. Nəticədə, problemini içində böyüdür, heç kimlə paylaşmır və yanlış addımlar atır. İntiharlar da, qaçış qərarları da çox vaxt bu səbəblə baş verir".

Psixoloq deyib ki, yeniyetmənin evdən qaçması cəmiyyətin görməli olduğu bir etiraz aktıdır - ailədaxili psixoloji problemin göstəricisidir: "Əgər bir uşaq evdən qaçırsa, ilk sual bu olmalıdır: valideyn olaraq mən harada səhv etdim? Problem çox zaman uşaqda yox, valideyndə və ailə sistemində olur. Uşağı günahlandırmaq çıxış yolu deyil”.



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap