Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Ukrayna Baş Qərargahı Putini təkzib edir - “Təxribat qrupu məhv edilib”

Tarix 19.02.25, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ordusu Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olub. Belə bir bəyanatla bu gün Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Putin deyib ki, bir saat əvvəl Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Kursk vilayətində Ukrayna ilə dövlət sərhədini keçməsi barədə ona məruzə olunub. Lakin Ukrayna tərəfi Putinin bu iddiasını təkzib edib. Hərbçilər bildiriblər ki, Rusiya ordusunun təxribat qrupunun belə bir cəhdinin qarşısı alınıb.

Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi qeyd edib ki, Kursk vilayətində belə bir əməliyyat keçirməyə qadir qruplar olmadığı üçün Rusiya Federasiyasının böyük hücumundan söhbət gedə bilməz. Onlar qeyd ediblər ki, təxribat-kəşfiyyat qrupu Ukrayna ərazisinə daxil olmağa cəhd edib, lakin məhv edilib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Dmitri Lixovı da təsdiqləyib ki, Rusiyanın hücumu ilə bağlı bu cür məlumat “sosial şəbəkələrimizdə ümumi əhval-ruhiyyənin yaxşı olmaması fonunda” saxtakarlıqdır. "Bu doğru deyil. Fevralın 19-da saat 15:00-a olan məlumata görə, Kursk vilayətində günün əvvəlindən 12 döyüş toqquşması qeydə alınıb, onlardan üçü hələ də davam edir (qalanları artıq dəf edilib). Səhər saat altı radələrində dəf edilən hücumlardan biri Rusiya bölməsinin Ukrayna dövlət sərhəddi istiqamətində irəliləmək cəhdi olub, çaxnaşma üçün əsas yoxdur”, o əlavə edib.



Xəbərin oxunma sayı : 931




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap