Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Axundov kitabxanasında xaos yaşanır? - Direktor müavinindən açıqlama

Tarix 20.02.25, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


Axundov adına Milli kitabxananın əməkdaşlarından redaksiyamıza şikayət daxil olub.  Şikayət edən əməkdaşlar bildirirlər ki, kitabxana rəhbərliyi Kərim Tahirov və müavini Ədibə İsmayılova iclas zamanı işçiləri təhqir edir, əlavə işlə yükləyirlər.

Onlar qeyd edir ki, kitabxanada ali təhsilli ixtisaslı kadrlar fəhlə əvəzi işlədilir, kitab daşıdılır, normadan artıq işlədilirlər.

Onu da qeyd edək ki, bu barədə sosial şəbəkədə bir neçə böyük səhifə tərəfindən oxşar şikayət məktubları paylaşılıb.

Məlumat üçün bildirək ki, Kərim Tahirov 20 ildir kitabxananın direktorudur.

Ədibə İsmayılova: Milli Kitabxana 100 illik fəaliyyəti dövründə Azərbaycan  xalqının elm məbədgahına çevrilib - müsahibə | Azərbaycan Milli Kitabxanası

Musavat.com-un əməkdaşı şikayətlə bağlı mövqe almaq üçün adı hallanan Ədibə İsmayılova ilə əlaqə saxlayıb.

 O, yayılan məlumatları təkzib edib. Ə. İsmayılova bildirib ki, onlarda elə iclas olmayıb: 

“Bəlkə kimsə qərəzli yazıb. Bu barədə direktora da məlumat verəcəyəm. Ola bilsin ki, kimsə qəsdən belə bir iş tutub. Biz kimi fəhlə kimi işlədirik ki? Burada hamı ali təhsilli kitabxanaçılardır, kabinetində oturub işlərini görürlər. Hesab edirəm ki, şikayətlər anonim olduğuna görə qərəzlidir”.

Onu da qeyd edək ki, kitabxananın əməkdaşlarının bu kimi şikayətləri daha öncə də ölkə mətbuatında dərc olunub.



Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap