Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“Tramp Zelenskidən qurtulmaq istəyir” - “Economist”

Tarix 20.02.25, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyi ilə bağlı açıqlamaları onun ölkə Prezidenti Volodimir Zelenskidən qurtulmaq istədiyini göstərir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.
“Tramp, görünür, heç vaxt sevmədiyi və çətin adam hesab etdiyi Zelenskidən yaxa qurtarmaq istəyir. Söhbət seçkilərdən yox, Zelenskidən qurtulmaqdan gedir”, - mənbə əlavə edib.

Jurnalın fikrincə, Ukrayna nəzəri olaraq Trampın Rusiya ilə sülh danışıqları təklifini rədd edərək döyüşü davam etdirə bilərdi, amma praktikada belə bir inkişaf Kiyevin vəziyyətinin sürətlə pisləşməsinə gətirib çıxaracaq.
Nəşr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrində əməliyyat səviyyəsində ciddi problemlər və strateji planlaşdırmanın faktiki olaraq olmaması var; cəbhə xəttində kəskin kadr çatışmazlığı yaşanır, bəzi briqadaların sayı isə adi sayının üçdə birindən azına endirilib.



Xəbərin oxunma sayı : 481




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap