Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

İcra Hakimiyyəti şəhid atasının özünə xəsarət yetirməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Tarix 21.02.25, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasovun İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Sabirabad RİH-dən verilən məlumatda bildirilib ki, RİH-nin inzibati binasına gələn F.Abasov icra başçısının ünvanına təhqiramiz ifadələr işlədib.

Açıqlamada o da iddia edilib ki, ata qızının xəbəri olmadan qurumdan onun adı ilə pul tələb edib: “Fevralın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, Vətən Müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasov Sabirabad RİH-yə müraciət edərək hamilə qızını həkiminin tövsiyəsi ilə Bakı şəhəri “Bona Dea” Hospitalına müayinəyə aparması ilə əlaqədar vəsait tələb edib. “Bona Dea” Hospitalının həkimi B.Əliyev, həm də F.Abasovun qızı ilə əlaqə saxlanılıb, hər iki şəxs müayinə ilə bağlı məlumatsız olduğunu bildiriblər. 

F.Abasov narkotik vasitələrin təsiri altında fevralın 20-də Sabirabad RİH başçısının rəsmi qəbuluna gəlib, qəbuldan öncə qurumun inzibati binasında RİH başçısının ünvanına təhqiramiz ifadələr işlədib, şantaj və hədə-qorxu gəlib, daha sonra bıçaqla özünün qarın nahiyəsinə və bıçağı onun əlindən almağa çalışan icra başçısının köməkçisinin baş nahiyəsinə yumruqla xəsarət yetirib. Fuad Abasov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və müayinə zamanı özünə yetirdiyi xəsarətin yüngül olduğu müəyyən edilib. Hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə onun haqda müvafiq akt tərtib olunub və baxılması üçün rayon polis şöbəsinə göndərilib”.

Sabirabah RİH-dən, həmçinin bildirilib ki, F.Abasov keçmiş məhkumdur: “F.Abasov 1992-ci ildə oğurluq etdiyinə görə məhkum olunub, 2023-cü ildə isə Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə barəsində cinayət işi açılıb və narkotik vasitələrinin istifadəçisi kimi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsı) ilə cərimə olunub. Ödəyəcəyi 300 manat məbləğində cərimə də rayon İcra Hakimiyyəti tərəfindən ödənilib. 

Ümumiyyətlə, ötən müddət ərzində Sabirabad icra başçısının təşəbbüsü ilə Fuad Abasov işlə təmin edilib, qızı isə “ASAN Xidmət” Mərkəzinə işə qəbul olunub. Əkin aparmaq üçün ona 5 ha torpaq sahəsi ayrılıb, 2 hektarını da özü zəbt edib. İndiyə qədər də orada heç bir əkin aparmayıb və 1 ili üçün 3500 manata başqa həmkəndlisinə icarəyə verib. Son 3-4 il ərzində isə Abasova rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif vaxtlarda ümumilikdə 15 min manatdan çox maddi yardım göstərilib.

Təəssüf hissi ilə qeyd edirik ki, göstərilən diqqət və qayğıya baxmayaraq, Fuad Abasov hələ də öz şəxsi mənafeyi naminə şəhid atası adına layiq olmayan hərəkətlər etməkdə davam edir”.



Xəbərin oxunma sayı : 859




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap