Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK

Tarix 21.02.25, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər. 

İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilərlər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa təqdim edilir. Lakin, bəzi şəxslər pensiya kapitalından tam yararlanmaq niyyətindədirlər. Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. 

Bu mənada yaxın gələcəkdə qanunvericiliyə hansısa dəyişikliklərin olması ehtimalı varmı? Yəni insanlar pensiya kapitalının ən azından müəyyən bir hissəsindən yararlanmaq fürsəti əldə edə bilərlərmi?

AzFakt.com xəbər verir ki, sözügedən mövzu ətrafında millət vəkili Vüqar Bayramov referans.az-a açıqlama verib. 

AzFakt

Millət vəkili bildirib ki,  pensiya kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdən biridir.  Bununla bağlı 2015-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim olunub. 

Bir sıra ölkələrdə o cümlədən Sinqapur və Amerika Birləşmiş Ştatlarında olduğu kimi pensiya kapitalının bizdə də istifadəsi ilə bağlı təkliflərimizi etmişik. Bizim təkliflərimiz, pensiya kapitalının bir hissəsinin pensiya kapitalını formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam olmadan pensiya imkanlarının yaradılmasıdır. 

Millət vəkili müqayisə üçün onu da vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarında minimum pensiya anlayışı ilə yanaşı həm də orta pensiya kapitalı anlayışı da var. Bu kapitala malik olan şəxslər o kapitaldan istifadə edə bilirlər.  

Bu isə həmin şəxslərə imkan verir ki, onlar pensiya kapitalından daha tez faydalansınlar həm də pensiya kapitalının bir hissəsi istehlaka yönəlsin. Oxşar praktikanın Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsinin aparılması və buna uyğun qərarın verilməsi vacibdir.

"Bütövlükdə pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması, misal üçün kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətləri üçün istifadə edilməsi pensiya kapitalının yığımına marağı artıra bilər.  Eyni zamanda da həm də bu proses vətəndaşlarımızın pensiya kapitalının daha səmərəli istifadəsinə fürsət yarada bilər. Həmçinin də bu rəsmi məşğulluğun genişləndirilməsi  fonunda qeyri-rəsmi məşğulluğun payının azaldılması baxımından da vacibdir", - deyə deputat əlavə edib.



Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap