![]() |
|














Qlobal Bakı Forumu beynəlxalq platformalardan birinə çevrilib
Tarix 17.03.25, 19:00 |
|

Martın 13-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Təkcə Qlobal Bakı Forumu deyil, elə Azərbaycanın özü də müxtəlif dinlər, mədəniyyətlər arasında körpü rolunu oynayır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sözügedən istiqamətdə fəaliyyəti məhz bundan qaynaqlanır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı edir ki, əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun amılış mərasimindəki çıxıçında bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu çərçivədə irəli sürdüyü təşəbbüslər də Qlobal Bakı Forumunun inklüziv və mühüm dialoq platformasına çevrilməsinə töhfə verdi. Ölkəmiz Hərəkata rəhbərlik etdiyi müddətdə qlobal problemlərə qarşı mübarizədə fəal rol oynadı və beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Dünya, o cümlədən ölkəmiz 2019-cu ilin sonlarından koronavirus infeksiyasına qarşı mübarizə apardı. Azərbaycan ilk gündən bu çağırışı etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu inam da ifadə edildi ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirdiyi Zirvə Görüşündə də dövlət başçısı bildirmişdir ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik.
Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışındakı çıxışında da bu reallıqlara bir daha diqqəti yönəltdi. Bildirdi ki, Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Cənab İlham Əliyev çıxışında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından da bəhs etdi. Vurğuladı ki, Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, həmçinin 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. Biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Cənab İlham Əliyev Forumda da bu məsələyə diqqət yönəltdi. "Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı" söyləyən Prezident İlham Əliyev vurğuladı ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz: "Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir." Dövlət başçısı onu da vurğuladı ki, Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir. Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər.
Dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarının diqqətini bu reallığa da yönəltdi ki, COP29 qlobal beynəlxalq tədbiri bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik: "Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-nin Dövlət Departamenti idi. "Vaşinqton Post", "Nyu York Tayms", "Politco", "Newsveek" və "Assoşieyted Press" kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların "Le Monde", "Fiqaro" və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi."
XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Burada aparılan diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verəcəyinə əminlik yaradır. XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunaya çevriləcək.
Əlisa Abasov
Xəbərin oxunma sayı : 304
Sosial
Xəbərlər
-
“Sevgilisindən ayrılana oxşayıram?” - VİDEO
-
Milliyə dəvət almayan Messidən paylaşım: “İki xüsusi matçı buraxmaq üzücüdü
-
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri - VİDEO
-
“Onların kitabı bağlandı” - Prezident
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda 10 şirkət ləğv edildi - SİYAHI
-
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar - FOTOLAR
-
Trampla Putin üç saat telefonla danışdı - Kreml açıqlama yaydı
-
Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - Fotolar
-
Qeyri-neft sektorunda artım tempi 6 dəfəyə yaxın azalıb - SƏBƏB
-
“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
-
“Neft Daşları”nda kran dənizə düşdü - Maşinist həlak oldu
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Siyahı
-
Mövqelərimiz yenə atəşə tutuldu - RƏSMİ
-
Əkrəm İmamoğlunun diplomu ləğv edilib - VİDEO
-
Suqovuşanda məscid istifadəyə verilib - FOTOLAR
-
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Qeyri-neft sektorundakı ticarətdən kim daha çox qazanır: biz, yoxsa xarici ölkələr?
-
Vardanyanın məhkəməsində 10-dan çox zərərçəkmiş ifadə verdi - Fotolar
-
“Alatava“ restoranında restoranda ciddi nöqsanlar aşkarlandı - RƏSMİ
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
“Telefon işlətməsinə icazə vermirdim, amma…” - 25 yaşlı Xumarın qətlinin səbəbi…
-
Bakıda ev yandı, üç nəfər öldü - Biri uşaqdır
-
Azərbaycanda unun son qiyməti açıqlandı - RƏSMİ
-
Prezident və xanımı Ağdərədə sakinlərlə - FOTOLAR
-
Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi - FOTO
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - İsrailə satış tam dayanıb
-
Prezident İlham Əliyev onları təltif etdi - SİYAHI
-
Hava şəraiti kəskin dəyişir - Temperatur 13-18 dərəcə aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mayın sonunda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq - Məzahir Pənahov
-
Prezidentlə xanımı Ağdərədə yol açılışı etdi - FOTOLAR
-
Qusar xəstəxanasında vaxtı keçmiş dərmanların verilməsi araşdırılır - Prokurorluq hərəkətə keçdi
-
Azərbaycanda 9 bağlanmış bankın əmlakları hərraca çıxarılır - SİYAHI
-
“Ermənistan Baş nazirinin ofisinin bu bəyanatını rədd edirik“ - XİN-dən AÇIQLAMA
-
Sumqayitda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti aparılır - FOTOLAR
-
İsrail Qəzzanı bombaladı - Ölü sayı 400 nəfəri keçdi
-
“PAŞA Bank” və “Kapital Bank” rəhbərliklərində dəyişiklik - FOTO
-
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların - Yeni qrafiki
-
“İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq“ -Mask
-
Nazirlikdən İlaxır çərşənbə ilə bağlı əhaliyə - Müraciət
-
Mehriban Əliyeva Ağdərədən paylaşım etdi - FOTO
-
Xaricə səfər edən azərbaycanlıların sayı azalıb - Statistika
-
Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir? - Vatsap yazışması...
-
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
-
Bakıda ata qonşuların sözü ilə qızını bıçaqlayıb - “Ailəmizi ləkələmə!“
-
Azərbaycan Ordusuna aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib - RƏSMİ
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Ölkəyə PUA ilə narkotik daşıyanlar saxlanıldı - FOTO
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadıldı - QƏRAR
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Qiymətlər
-
Endokrinoloji Mərkəzdə xəstələrdən pul alıblar - RƏSMİ
-
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub - RƏSMİ
-
Saray körpüsü açıldı - FOTOLAR
-
Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar
-
Bayram günlərində bu banklar işləyəcək - SİYAHI
-
Prezident və birinci xanım Novruz tonqalını alovlandırdı - Ağdərədə
-
Daha 2 itkin şəhidimiz dəfn olunacaq - FOTO
-
Hacıbəy Heydərli ATƏT-in tədbirində: Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır
-
Nazirdən yüksək vəzifəyə təyinatlar - İki müavin təyin olundu
-
Gündən-günə bahalaşan daşınmaz əmlak - Hansı faktorlar qiymətə təsir edir?
-
İsrail Qəzzaya hücumları bərpa etdi - 300-dən çox ölü
-
Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub - RƏSMİ
-
Ukrayna üzrə yekun sazişin bir çox elementləri razılaşdırılıb - TRAMP
-
Sabunçuda 115 yaşlı bina təhlükədə - Sakinlər təşviş içindədir
-
Konor Makqreqor ailəsi ilə Ağ Evdə - Fotolar
-
Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır - “Haber Global“
-
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici aktor kimi çıxış edir
-
Azərbaycanın və onun liderinin gücünün bəyan edildiyi müsahibə
-
Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Mançester Siti“ Qvardiolanı istefaya göndərir - Onu bu məşqçi əvəz edəcək
-
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib - VİDEO
-
Bakıda 5 il əvvəl qazılan yol hələ də asfaltlanmayıb - VİDEO
-
Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar - Ağ Ev
-
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub - RƏSMİ
-
Respublika Endokrinoloji Mərkəzinin sabiq direktoru: “Mən insulin satanam?“
-
Leyla Əliyeva Bakı Psixologiya Mərkəzində olub - FOTO
-
Azərbaycanda meyvə-tərəvəz daha da bahalaşacaq? - VİDEO
-
Bakıdan dünyaya mesajlar göndərildi
-
Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır - Peskov
-
Müsavat fəalını öldürən direktor müavininə AĞIR CƏZA
-
Xaricdə gizlənənlərin mühakiməsində yeni mərhələ: Məhkəmələr qiyabi hökm çıxaracaq
-
Tramp husilərə görə İranı hədələyib - “Nəticələri çox ağır olacaq...“
-
“Dostluq” ordenini Sahibə Qafarovaya o təqdim etdi - FOTOLAR
-
“Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi“ - Levon Mnatsakanyan
-
Həbsdəki diplomatın istintaqı uzadıldı - FOTO
-
“Onların cəzasız qalmasını istəmək azad söz deyil, bəşəri cinayətdir“ - Aqil Ələsgər
-
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanın tutduğu yol həm regional sabitliyə, həm də qlobal ədalətə töhfə verir
-
Dövlət Məşğulluq Agentliyi ilə 300 milyonluq müqavilə bağlayan sirli şirkət - “Agro Best” QSC
-
Sabiq məmurlar həbs edildilər - Məhkəmədən qərar
-
“Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb - Fotolar
-
ABŞ uyğurları Çinə qaytaranları cəzalandırır - İlk qurban Tailand oldu
-
Qlobal Bakı Forumu beynəlxalq platformalardan birinə çevrilib
-
Ticarət dövriyyəsində mənfi saldo - Son 10 ildə ilk dəfə
-
“099Rentecar”ın sahibi azadlığa çıxdı - Müştərinin maşınını satmışdı
-
Arif Alışanovun qardaşı oğlunun işində qadağa - Jurnalistlər qapı arxasında qaldı
-
“Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan ərazilərində hərbi xidmətə göndərilirdi“ - Mnatsakanyan
-
DİN əməkdaşlarının maaşları ilə bağlı - Qərar
-
XII Qlobal Bakı Forumundan Ermənistana ciddi mesajlar
-
Almaniya Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edəcək - Bu tarixdə
-
Messi “Barselona” formasını tapdaladı, tənqid edildi - Video
-
Xaricdən gətirilən hibrid avtomobillər kəskin ucuzlaşıb - Son qiymətlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?
-
Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - RƏSMİ
-
7 uşağın ölüm işi - müttəhim özünü təqsirli bilmir
-
Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul etdi - Fotolar
-
Bazarlarda saxta kərə yağları satılır? - VİDEO
-
“Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək” - Matviyenko
-
Mövqelərimiz atəşə tutuldu - RƏSMİ
-
Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA
-
Moped sürücüsü Sərdar Cəlaloğludan narazıdır - 50 manat verib...
-
Səudiyyə Ərəbistanında kütləvi həbslər: 50-dən çox şəxs saxlanıldı
-
Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün olacaq - Açıqlama
-
Müğənni Dəniz Əsədova barəsində qərar verildi - Məhkəmədən qərar
-
Övladlarının əlini yandıran anaya - Bu cəza verildi
TOP 10
ARXİV