![]() |
|














Leyla və Arzu Əliyevalar Çin dili təhsili alan tələbələrlə - Fotolar
Tarix 14.03.25, 22:15 |
|

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.
AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.
“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılış iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıqda mühüm töhfələr verib”, - deyə Din Tao əlavə edib.
Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. “Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır”, - deyə o əlavə edib.
Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.
Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.
Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.
Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalardaxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.
Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər.



Xəbərin oxunma sayı : 172
Sosial
Xəbərlər
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
ÇL-də ən çox qazanan klublar bəlli oldu - “Real“ 101 milyon gəlirlə 7-cidir
-
“Türkiyənin vaxtı ilə dediklərini indi ABŞ deyir“ - Fidan
-
PA-nın aprel ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda - Fotolar
-
Sədyar İbadovun külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb
-
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
-
Dövlət Turizm Agentliyində yoxlamalar başladı - Fuad Nağıyevi nə gözləyir?
-
İki QHT rəhbəri həbs edildi - Baş Prokurorluqda cinayət işi açılıb
-
Polis Sabunçuda 1 milyonluq kokain aşkarladı - VİDEO
-
Leyla və Arzu Əliyevalar Çin dili təhsili alan tələbələrlə - Fotolar
-
“Putinlə danışan Tramp yox, Uitkoff olub“ - Ağ Ev
-
Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - VİDEO
-
“Həmin şəxs sizdən hesabat istəyəcək” - Prezident
-
Amerikaya qarşı üçlü ittifaq formalaşıb - Çin, Rusiya və İran razılığa gəldi
-
Yeniyetmə qızı məktəbdən qaçıran kişi saxlanıldı - Goranboyda
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
-
Son sutkada bank kartlarına belə hücumlar edilib - DİN-dən xəbərdarlıq
-
“Tramp dövründə ABŞ ilə münasibətlərimizin yenidən qurulmasına çox nikbin baxırıq“ - İlham Əliyev
-
“Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik“ - Əli Əsədov
-
“Gəncənin bombalanması barədə məlumatı Qasparyandan almışdım” - Araik Arutunyan
-
Son 16 ildə Azərbaycanda pensiya alanların sayı 18% azalıb - İllər üzrə siyahı
-
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
-
Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş - Xəbərdarlıq
-
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
-
“Putinlə çox yaxşı və məhsuldar danışıqlarımız oldu” - Tramp
-
Ceyhun Bayramov Şarl Mişellə görüşdü - FOTOLAR
-
“Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq“ - Lukaşenko
-
Xocalının Ballıca kəndinə növbəti köç... - Fotolar
-
“Həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb” - Bako Saakyan
-
Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Ciddi qanun pozuntularına yol verilib + FOTO
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnənə açıqlandı
-
“TikTok” səhifəsindən narkotik aldı - tutuldu
-
Azərbaycan pambığı hansı ölkəyə və neçəyə satır? - QİYMƏT
-
“Biz bunu gizlətmirdik” - Bako Saakyandan yeni etiraflar
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək - Bu tarixdə
-
“Körpə danaların kütləvi kəsimi əti bahalaşdırır” - Deputat
-
Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir - Fotolar
-
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
-
“Qarabağa silah-sursat Ermənistandan gətirilirdi“ - Bako Saakyan
-
Binəqədidə 22 kq narkotik aşkarlandı - VİDEO
-
Narkotik çəkib, sükan arxasında yuxuya gedib: Agentlik əməkdaşı ölüb
-
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır - TENDER
-
Bakıda 24, bölgələrdə 29 dərəcə isti olacaq - PROQNOZ
-
DSMF-nin gəlir və xərcləri artıb - Rəqəmlər
-
Azərbaycanın xarici dövlət borcu - Açıqlandı
-
10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
-
“Novruzda əfv olmayacaq, iclaslar davam edir“ - Komissiya üzvü
-
“TikTok”da çirkli pullar belə yuyulurmuş... - VİDEO
-
Baş nazir açıqladı: Qarabağa 17 milyard pul xərclənib
-
Aİ Ukrayna üçün fond yaratmağı düşünür - 20-40 milyardlıq
-
Hökumət üzvləri Bakının nəqliyyat sistemini müzakirə etdi - Fotolar
-
“Erməni soyqırımının beynəlxalq aləmdə tanınması bizim üçün prioritet deyil” - Paşinyan
-
Yevlaxda kütləvi dava - Ölən və yaralanan var
-
Sürücülük vəsiqəsinin alınma qaydasına dəyişiklik gözlənilir? - RƏSMİ
-
Milli Məclisin iclası başlayıb: Baş nazir hesabat verir
-
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
-
Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi -İlk dəfə
-
Kərə yağı adı ilə satılan bu məhsullar da satışdan yığışdırılır - Fotolar
-
Zakir Həsənov Haluk Bayraktarı təltif etdi - FOTO
-
ABŞ Ukraynaya GLSDB uzaqmənzilli bombaların tədarükünü bərpa etməyə hazırdır - “Reuters“
-
Bakıda dəhşətli hadisə - Özünü 12-ci mərtəbədən atdı
-
Ölkəmizdə hər günə 59 boşanma - günah niyə qadınlarda?
-
Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - Fotolar
-
Mağazadan alınan toyuğun içərisindən buz çıxdı - VİDEO
-
Zelenski türkiyəli nazirlərlə iftar açdı - FOTO
-
Avropa Liqası: “Fənərbaxça” və Roma Avropa ilə vidalaşdı
-
Pentaqon Panama kanalını ələ keçirmək üçün əməliyyat hazırlayır - KİV
-
Ani Lorak gizli ərə gedib - Toy bir il əvvəl olub
-
Bakıda iki böyük prospekti birləşdirən yol acınacaqlı vəziyyətdə - VİDEO
-
İftar süfrələrinə oruc tutmayanları dəvət etmək olarmı? - Fərqli baxışlar
-
“Qarabağda yaşayan ermənilərə ayrıca seriya nömrəsi verilmişdi” - Arkadi Qukasyan
-
Türkiyədən Azərbaycana milyonlarla siqaret gətirilib - “Paçka”sı 64 qəpiyə
-
Putindən Kursk açıqlaması: Vəziyyət Rusiyanın nəzarətindədir
-
Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Madat Babayan
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
-
Əmisi oğlu ilə “parnik” salan nazirin pulu batdı - Pərviz Şahbbazovla qohumu arasında qarşıdurma
-
Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın - FOTO
-
“Bank Respublika“ batır? - Vətəndaşların bankdakı pulları əriyir, hesabatlar gizlədilir...
-
“Müharibənin dayandırılmasına razıyıq” - Putinin şərti var
-
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib - Bir nəfər bıçaqlanıb
-
“Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub“ - Nikol Paşinyan
-
4 vəkilə xəbərdarlıq edildi, 2 vəkilə isə töhmət verildi
-
“ABŞ-nı “barmaqlarında oynada” bilməyəcəklər” - Lavrov
-
Fransaya casusluqda şübhəli şəxs məhkəmədə faktları sadaladı: “Bakıya gələndə konkret işim yox idi, amma...“
-
“Ermənistanla sülh sazişi üzrə danışıqlar yekunlaşıb“ - Azərbaycan XİN bəyanat yaydı
-
“Azərişıq” İmişli və Beyləqanda elektrik təsərrüfatını yeniləyir - VİDEO
-
Bir ildə 14 tender, 116 milyonluq müqavilə - ARAŞDIRMA
-
Mourinyo və futbolçusu arasında gərginlik - “Yalan çiçək açır, meyvə vermir”
-
“ASAN Xidmət” 20 milyon ədəd SMS alır - Qiyməti kəskin arta bilər
-
Taksidə əlavə ödəniş tələbi qadağan edildi - QƏRAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azza“nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır - SƏBƏB
-
Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul etdi - FOTO
-
DTX Neft Emalı Zavodundakı yanğınla bağlı araşdırmaya başlayıb - Həbs olunan var
-
Obyektini icarəyə verən sahibkarların nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
-
Sülh sazişinin mətni üzərində iş yekunlaşıb - Ermənistan son 2 maddəni də qəbul edib
-
“Ref Logistics”in rəsmisi sahibkarın pulunu “atıb”: Özünə bahalı maşınlar
-
“Ukraynada Avropa sülhməramlılarını yerləşdirmək ideyası təxribatdır“ - Rusiya XİN
-
Azərbaycan həmişə dialoq üçün platforma təqdim etməyə hazırdır - Hikmət Hacıyev
-
Dələduzluq ittihamı ilə axtarışda idi, ölkəyə gətirildi - RƏSMİ
-
Naxçıvanda əhaliyə qəsdən çirkli su verilir? - “Məqsəd insanları mağazalardan su almağa məcbur etməkdir”
-
“İndi onlar böyük qardaşını dəyişiblər“ - Prezident
-
“Sözlərdən rənglərə” sərgisi yeni məkanda davam edir - FOTO
-
“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırıb - FOTO
-
“Teleqram”da iki nəfərin 22 minini ələ keçirdi - Polis həbs etdi
-
İcra hakimiyyətinin şöbə müdiri həbs edildi - Dələduzluqğa görə
-
“Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb” - İlham Əliyev
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? - Tam siyahı
-
Çingiz 300 mini son gündə ödədi - Hökm gözlənilir
-
Rusiyanın 5 vilayətində fövqəladə gecə - Ukrayna PUA-ları ardıcıl zərbələr endirib...
-
Azərbaycan bu ölkələrdən heyvan idxalını kəskin artırıb - Sayı və qiymətlər
-
Kürəkən keçmiş qayınatasını bıçaqladı - Qusarda
-
“Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu“ - İlham Əliyev
-
Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi
-
Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi - İlk dəfə
-
“Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir“ - İlham Əliyev
-
Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
-
“Trampın xüsusi nümayəndəsinin təyyarəsi Qətərdən Rusiyaya istiqamət götürüb“ - “Flightradar”
TOP 10
ARXİV