“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanda 9 bağlanmış bankın əmlakları hərraca çıxarılır - SİYAHI

Tarix 18.03.25, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Günay Bank”, "NBC Bank", "Zamin Bank"ASC-lərin, aprelin 2-də “Atra Bank” ASC-nin, aprelin 9-da isə “Texnika Bank”, “Qafqaz İnkişaf Bankı”, "NBC Bank" və "AGBank" ASC-lərin, eləcə də "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.


Məlumata görə, söhbət “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a ünvanında dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən, "NBC Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanında dəyəri 2,3 milyon manat 281,2 kv.metrlik və 500 min manat olan 263 kv.metrlik qeyri-yaşayış sahələrindən, "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında dəyəri 491 min manat və 190 min manat olan 216,3 kv.metrlik, 326 min manat olan 143,4 kv.metrlik qeyri-yaşayış sahələrindən, “AtraBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəyəri 1,6 milyon manat olan 436,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 389 min manat olan 185,4 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsindən,"NBCBank"a məxsus Şamaxı rayonu, Məlhəm kəndində dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evindən, "AGBank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 255 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok B, 5-ci mərtəbə, qapı 1 ünvanında yerləşən dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Bank Standard"a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 412,25 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap