“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Bakıdan dünyaya mesajlar göndərildi

Tarix 17.03.25, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


XII Qlobal Bakı Forumu sadəcə beynəlxalq sammitlər və konfranslar silsiləsində növbəti tədbir olmadı - o, ideyaların, strategiyaların və gələcəyə dair baxışların kəsişdiyi əsl intellektual mərkəzə çevrildi. Bu forum qlobal çağırışların qasırğasında mayak kimi parladı və Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında dialoq platforması və körpü rolunu bir daha nümayiş etdirdi.
    
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum çərçivəsində çıxışı və "Euronews" telekanalına verdiyi müsahibə bu mötəbər tədbirin parlaq məqamlarından biri oldu. Dünya getdikcə daha çox geosiyasi qeyri-sabitlik burulğanına qərq olduğu bir vaxtda Prezident İlham Əliyevin sözləri sağlam düşüncə və məsuliyyətin səsi kimi səsləndi. O, təkcə mövcud çağırışları səsləndirmədi - həm də onların aradan qaldırılması yollarını göstərdi, dialoqun, kompromisin və müdrik liderliyin əhəmiyyətini vurğuladı.
      
Azərbaycanın dövlət başçısının forum çərçivəsində "Euronews" telekanalına verdiyi müsahibəsində qeyd edib ki, "bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.
      
Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq".
      
Yeni qlobal nizamın formalaşmasında beynəlxalq təşkilatların rolunun azalması və ikitərəfli münasibətlərin ön plana çıxması prosesi də getdikcə daha qabarıq şəkildə müşahidə olunur. Hazırda BMT, ATƏT və digər beynəlxalq qurumlar ya tamamilə iflic vəziyyətindədir, ya da onların qəbul etdiyi qərarlar yerinə yetirilmir. Məsələn, BMT Təhlükəsizlik Şurasının Ukrayna müharibəsi ilə bağlı fəaliyyətində ciddi qeyri-effektivlik müşahidə olunur. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun fəaliyyəti faktiki olaraq sona çatıb və bu qurumun illərlə davam edən fəaliyyəti heç bir nəticə verməyib.
      
Azərbaycanın enerji siyasəti də yeni dünya düzəninin formalaşmasında önəmli rol oynayır. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm vasitələrə çevrilib. Bu layihələrdə Azərbaycanın oynadığı əsas rol ölkənin enerji siyasətinin uğurlu strategiyasını və beynəlxalq əməkdaşlıqda lider mövqeyini təsdiqləyir.
      
Proqnozlara görə, qlobal siyasətdəki bu transformasiya prosesi yaxın illərdə daha da sürətlənəcək. Dünyanın əsas güc mərkəzləri olan ABŞ, Çin və Rusiya arasında geosiyasi mübarizə dərinləşəcək və bu mübarizə nəticəsində yeni ittifaqlar və koalisiyalar formalaşacaq. Bu yeni konfiqurasiya çərçivəsində Azərbaycanın geostrateji mövqeyi və zəngin enerji resursları ölkəmizin regional və beynəlxalq arenada mühüm oyunçu kimi çıxış etməsini şərtləndirəcək.
     
 Beləliklə, Azərbaycan öz daxili resurslarına güvənməklə, çevik diplomatik siyasət yürütməklə və ikitərəfli münasibətlərə önəm verməklə yeni dünya nizamının mühüm oyunçularından birinə çevrilməkdədir. Ölkənin balanslaşdırılmış siyasəti, iqtisadi dayanıqlığı və strateji əməkdaşlıq platformalarını genişləndirməsi bu prosesdə mühüm rol oynayacaq.
      
Prezident İlham Əliyev: "Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
      
Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".
      
Bu fikirlər Cənubi Qafqazın gələcəyi və təhlükəsizliyi ilə bağlı mühüm məqamları özündə ehtiva edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, region tarixi baxımdan uzun illər qarşıdurma və düşmənçilik mühitində mövcud olub və bu, regional inteqrasiya və sabitlik üçün ciddi maneə yaradıb. Lakin son dövrlərdə müşahidə edilən nisbi sakitlik, yeni əməkdaşlıq mexanizmlərinin qurulması üçün mühüm fürsət hesab edilməlidir.
      
Hazırkı şəraitdə Azərbaycan regionda sabitliyin qorunması və əməkdaşlıq imkanlarının yaradılması üçün fəal rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün əsas platformalardan biridir. Azərbaycan regional iqtisadi layihələrə açıq şəkildə dəstək verir, nəqliyyat və enerji dəhlizlərinin açılması üçün təşəbbüslər irəli sürür. Zəngəzur dəhlizinin reallaşması bu baxımdan strateji əhəmiyyət kəsb edir və regionun təhlükəsizliyi ilə yanaşı, iqtisadi inkişafına da mühüm töhfə verə bilər.
      
Eyni zamanda, Gürcüstanın balanslaşdırılmış xarici siyasət yürütməsi və Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynaması regionun təhlükəsizliyinə və əməkdaşlıq imkanlarına müsbət təsir göstərir.
Prezident İlham Əliyev: "Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik - hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.
      
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
      
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir".
      
Bu fikirlər Azərbaycanın xarici siyasət strategiyasının əsasını təşkil edən müstəqillik və özünəgüvən prinsiplərini aydın şəkildə əks etdirir. Azərbaycan rəhbərliyi illər ərzində beynəlxalq münasibətlərdə öz milli maraqlarını qorumaq üçün xarici təsirlərə deyil, daxili potensialına və strateji müdrikliyinə arxalanmağın daha effektiv yol olduğunu dəfələrlə vurğulamışdır.

Bəxtiyar Məmiyev



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap