![]() |
|














“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
Tarix 18.03.25, 21:51 |
|

“Artıq ikinci ildir ki, qədim torpaqlarımıza öz mübarək qədəmlərini basan Novruzun özü də Azərbaycan xalqı qədər sevinir. Çünki uzun illərin həsrətindən sonra ölkəmizin bütün şəhər və qəsəbələrində, kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun artıq istisnasız hər bir guşəsində də Novruzu bu torpaqların əsl sahibləri qarşılayır. 2023-cü ilin oktyabr ayının 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan, həmin il noyabrın 8-də tarixi Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qəbul edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı və xalqı bayram münasibətilə təbrik etdi. Təəssüflər olsun ki, Xankəndidə, Pənahəli xanın saldığı bu Azərbaycan şəhərində erməni millətçiləri təkcə işğal dövründə deyil, ondan əvvəlki dönəmdə də ağalıq edirdilər. Səbəb də bu idi ki, cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız olaraq, heç bir hüquqi, siyasi və demoqrafik zəmin olmadan burada muxtar vilayət yaradılmışdır və məhz bu ədalətsiz, absurd qərardan sonra xalqımızın problemləri başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında isə Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək müvəqqəti də olsa, o vaxt öz çirkin niyyətlərini həyata keçirə bilmişdir. Bu məsələdə ermənilərə o zaman da, indi də dəstək verən bütün xarici qüvvələr də bu qanlı cinayətlərə görə məsuliyyəti onlarla bölüşürlər.”
Bu fikirləri politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.
Fikirlərini davam etdirən müsahibimiz həmçinin bildirib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməklə uzun illər boyunca dünyanın bir çox paytaxtlarından gələn və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını iddia edən mesajların əsassız olduğunu sübut etdi: “30 ilə yaxın davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilmədi. Bunun əvəzində isə, cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan öz Prezidentinin iradəsi, xalqın birliyi və ordusunun rəşadəti ilə sübut etdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayırsa və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol da məhz elə hərbi yoldur. Lakin Ermənistan II Qarabağ Müharibəsinin nəticələrindən dərs almadı. Buna görə də Azərbaycan öz gücünü göstərmək məcburiyyətində qaldı və uğurla keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır və Ermənistanın arxasında hansı qüvvələr dursalar belə, ölkəmzi, dövlətimizi öz məqsədindən heç nə yayındıra bilməz.”
Daha sonra politoloq Novruz bayramının fəlsəfəsi və mahiyyəti ilə bağlı fikirlərini bölüşərək bunları deyib: “Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə, Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Novruzun mahiyyətində duran fəlsəfi prinsiplərdən biri də dörd ünsür – dörd bayram çərşənbəsi bağlılığıdır. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbəni – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Sevindirici haldır ki, Novruz bu gün artıq həm də beynəlxalq statusa malik olan bir bayramdır. Belə ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Beləliklə, Azərbaycanın beynəlxalq təşəbbüsləri bütün bəşəriyyətin rifahına xidmət edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Xəbərin oxunma sayı : 436
Sosial
Xəbərlər
-
Azərbaycanda Novruz və Ramazan tətili başlayır - Sabahdan
-
ABŞ Rusiya ilə Çin arasında yaxınlaşma istəmir - Tramp
-
Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarıldı - VİDEO
-
Əkrəm İmamoğlu saxlanıldı - Korrupsiyada ittiham olunur
-
Beyləqanda Novruz bayramı keçirildi - Fotolar
-
Leyla Əliyeva “Atəşgah məbədi”ndə - FOTO
-
Külək güclənib, dağlıq ərazilərə qar yaıb - FAKTİKİ HAVA
-
“Zidan barədə danışmayacağam, çünki...” - Mbappe
-
Putinlə telefon danışığım məhsuldar keçdi - Tramp
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - Təxribat
-
Bakının bir hissəsində qaz olmayacaq - Xəbərdarlıq
-
“Sevgilisindən ayrılana oxşayıram?” - VİDEO
-
Milliyə dəvət almayan Messidən paylaşım: “İki xüsusi matçı buraxmaq üzücüdü
-
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri - VİDEO
-
“Onların kitabı bağlandı” - Prezident
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda 10 şirkət ləğv edildi - SİYAHI
-
Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar - FOTOLAR
-
Trampla Putin üç saat telefonla danışdı - Kreml açıqlama yaydı
-
Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - Fotolar
-
Qeyri-neft sektorunda artım tempi 6 dəfəyə yaxın azalıb - SƏBƏB
-
“Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir” - Adəm İsmayıl Bakuvi
-
“Neft Daşları”nda kran dənizə düşdü - Maşinist həlak oldu
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - Siyahı
-
Mövqelərimiz yenə atəşə tutuldu - RƏSMİ
-
Əkrəm İmamoğlunun diplomu ləğv edilib - VİDEO
-
Suqovuşanda məscid istifadəyə verilib - FOTOLAR
-
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Qeyri-neft sektorundakı ticarətdən kim daha çox qazanır: biz, yoxsa xarici ölkələr?
-
Vardanyanın məhkəməsində 10-dan çox zərərçəkmiş ifadə verdi - Fotolar
-
“Alatava“ restoranında restoranda ciddi nöqsanlar aşkarlandı - RƏSMİ
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
“Telefon işlətməsinə icazə vermirdim, amma…” - 25 yaşlı Xumarın qətlinin səbəbi…
-
Bakıda ev yandı, üç nəfər öldü - Biri uşaqdır
-
Azərbaycanda unun son qiyməti açıqlandı - RƏSMİ
-
Prezident və xanımı Ağdərədə sakinlərlə - FOTOLAR
-
Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi - FOTO
-
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - İsrailə satış tam dayanıb
-
Prezident İlham Əliyev onları təltif etdi - SİYAHI
-
Hava şəraiti kəskin dəyişir - Temperatur 13-18 dərəcə aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mayın sonunda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq - Məzahir Pənahov
-
Prezidentlə xanımı Ağdərədə yol açılışı etdi - FOTOLAR
-
Qusar xəstəxanasında vaxtı keçmiş dərmanların verilməsi araşdırılır - Prokurorluq hərəkətə keçdi
-
Azərbaycanda 9 bağlanmış bankın əmlakları hərraca çıxarılır - SİYAHI
-
“Ermənistan Baş nazirinin ofisinin bu bəyanatını rədd edirik“ - XİN-dən AÇIQLAMA
-
Sumqayitda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti aparılır - FOTOLAR
-
İsrail Qəzzanı bombaladı - Ölü sayı 400 nəfəri keçdi
-
“PAŞA Bank” və “Kapital Bank” rəhbərliklərində dəyişiklik - FOTO
-
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların - Yeni qrafiki
-
“İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq“ -Mask
-
Nazirlikdən İlaxır çərşənbə ilə bağlı əhaliyə - Müraciət
-
Mehriban Əliyeva Ağdərədən paylaşım etdi - FOTO
-
Xaricə səfər edən azərbaycanlıların sayı azalıb - Statistika
-
Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir? - Vatsap yazışması...
-
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
-
Bakıda ata qonşuların sözü ilə qızını bıçaqlayıb - “Ailəmizi ləkələmə!“
-
Azərbaycan Ordusuna aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib - RƏSMİ
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Ölkəyə PUA ilə narkotik daşıyanlar saxlanıldı - FOTO
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadıldı - QƏRAR
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Qiymətlər
-
Endokrinoloji Mərkəzdə xəstələrdən pul alıblar - RƏSMİ
-
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub - RƏSMİ
-
Saray körpüsü açıldı - FOTOLAR
-
Həbs edilən polkovnik-leytenanta qarşı - Əlavə ittihamlar
-
Bayram günlərində bu banklar işləyəcək - SİYAHI
-
Prezident və birinci xanım Novruz tonqalını alovlandırdı - Ağdərədə
-
Daha 2 itkin şəhidimiz dəfn olunacaq - FOTO
-
Hacıbəy Heydərli ATƏT-in tədbirində: Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır
-
Nazirdən yüksək vəzifəyə təyinatlar - İki müavin təyin olundu
-
Gündən-günə bahalaşan daşınmaz əmlak - Hansı faktorlar qiymətə təsir edir?
-
İsrail Qəzzaya hücumları bərpa etdi - 300-dən çox ölü
-
Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub - RƏSMİ
-
Ukrayna üzrə yekun sazişin bir çox elementləri razılaşdırılıb - TRAMP
-
Sabunçuda 115 yaşlı bina təhlükədə - Sakinlər təşviş içindədir
-
Konor Makqreqor ailəsi ilə Ağ Evdə - Fotolar
-
Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır - “Haber Global“
-
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici aktor kimi çıxış edir
-
Azərbaycanın və onun liderinin gücünün bəyan edildiyi müsahibə
-
Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Mançester Siti“ Qvardiolanı istefaya göndərir - Onu bu məşqçi əvəz edəcək
-
Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib - VİDEO
-
Bakıda 5 il əvvəl qazılan yol hələ də asfaltlanmayıb - VİDEO
-
Tərəflər Ukraynada sülhə indiki qədər yaxın olmayıblar - Ağ Ev
-
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub - RƏSMİ
-
Respublika Endokrinoloji Mərkəzinin sabiq direktoru: “Mən insulin satanam?“
-
Leyla Əliyeva Bakı Psixologiya Mərkəzində olub - FOTO
-
Azərbaycanda meyvə-tərəvəz daha da bahalaşacaq? - VİDEO
-
Bakıdan dünyaya mesajlar göndərildi
-
Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır - Peskov
-
Müsavat fəalını öldürən direktor müavininə AĞIR CƏZA
-
Xaricdə gizlənənlərin mühakiməsində yeni mərhələ: Məhkəmələr qiyabi hökm çıxaracaq
-
Tramp husilərə görə İranı hədələyib - “Nəticələri çox ağır olacaq...“
-
“Dostluq” ordenini Sahibə Qafarovaya o təqdim etdi - FOTOLAR
-
“Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi“ - Levon Mnatsakanyan
-
Həbsdəki diplomatın istintaqı uzadıldı - FOTO
-
“Onların cəzasız qalmasını istəmək azad söz deyil, bəşəri cinayətdir“ - Aqil Ələsgər
-
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanın tutduğu yol həm regional sabitliyə, həm də qlobal ədalətə töhfə verir
-
Dövlət Məşğulluq Agentliyi ilə 300 milyonluq müqavilə bağlayan sirli şirkət - “Agro Best” QSC
-
Sabiq məmurlar həbs edildilər - Məhkəmədən qərar
-
“Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb - Fotolar
-
ABŞ uyğurları Çinə qaytaranları cəzalandırır - İlk qurban Tailand oldu
-
Qlobal Bakı Forumu beynəlxalq platformalardan birinə çevrilib
-
Ticarət dövriyyəsində mənfi saldo - Son 10 ildə ilk dəfə
-
“099Rentecar”ın sahibi azadlığa çıxdı - Müştərinin maşınını satmışdı
-
Arif Alışanovun qardaşı oğlunun işində qadağa - Jurnalistlər qapı arxasında qaldı
-
“Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan ərazilərində hərbi xidmətə göndərilirdi“ - Mnatsakanyan
-
DİN əməkdaşlarının maaşları ilə bağlı - Qərar
-
XII Qlobal Bakı Forumundan Ermənistana ciddi mesajlar
-
Almaniya Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edəcək - Bu tarixdə
-
Messi “Barselona” formasını tapdaladı, tənqid edildi - Video
-
Xaricdən gətirilən hibrid avtomobillər kəskin ucuzlaşıb - Son qiymətlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?
-
Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - RƏSMİ
TOP 10
ARXİV