“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“ÇXR və Azərbaycan tərəfdaşlığı Şərq-Qərb bağlantılarının möhkəmlənməsinə böyük töhfədir” - Adəm İsmayıl Bakuvi

Tarix 24.04.25, 12:33

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan bu gün özünün qlobal dünya gücləri ilə münasibətlərini həm müxtəlif beynəlxalq təşkilatlar daxilində, həm də ikitərəfli formatda qarşılıqlı hörmət, bərabərlik, etimad, və qarşılıqlı fayda prinsipləri üzərində quraraq sürətlə inkişaf etdirir. Eyni zamanda dünyanın ən güclü dövlətləri də Azərbaycanın Şərq-Qərb iqtisadi bağlantılarının genişlənməsində və möhkəmlənməsində önəmini getdikcə daha yüksək qiymətləndirir və ölkəmizlə əlaqələrin qurulmasında maraqlarını gizlətmirlər. Belə ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 21 aprel 2025-ci il tarixində Çinin Sinxua agentliyinə verdiyi xüsusi müsahibədə də Azərbaycan-Çin münasibətlərinin formalaşmasına təsir edən əsas amillər, qarşılıqlı əlaqələrin inkişafını istiqamətləndirən mühüm məqamlar barədə önəmli açıqlamalar öz əksini tapmışdır. İlk növbədə qeyd olunmalıdır ki, hazırda ölkələrimiz arasında əlaqələrin formatını nizamlayan ən mühüm sənəd 2023-cü il iyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dir. Bu sənədin iki il əvvəl Astanada keçirilən ŞƏT sammitində iştirakı zamanı, ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüşü əsnasında imzalandığını diqqətə çatdıran cənab Prezident bir daha qeyd etdi ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir və əlbəttə ki, münasibətlərimizin genişlənməsinə böyük töhfədir.” 

Bu fikirləri AzFakt.com-a açıqlamasında politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.
        
Daha sonra müsahibimiz Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdiyini vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ölkəmizin hökumət və parlamentinin yüksəkvəzifəli üzvlərinin, nazirlik və idarələrin, Baş Prokurorluq rəhbərliyinin, həmçinin Prezident Administrasiyası və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələrinin 2024-cü ildə Çinə səfər etmələri də bunu bir daha təsdiq edir. Eləcə də ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin COP29-da iştirakı da əlbəttə ki, əlamətdar hadisə oldu. Diqqətəlayiq haldır ki, bu gün iki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, bu sahədə hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Çin Xalq Respublikası arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir” - deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Xəbərin oxunma sayı : 178




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap