“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Gündən-günə bahalaşan daşınmaz əmlak - Hansı faktorlar qiymətə təsir edir?

Tarix 18.03.25, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


Daşınmaz əmlak bazarı daim dəyişən və inkişaf edən bir sahədir. Daşınmaz əmlaka olan tələbat artdıqca, onun dəyərinə təsir edən amillərə diqqət daha çox artır. Həm yaşayış, həm də kommersiya məqsədilə alınan əmlakın qiymətinin formalaşmasında bir çox faktorlar rol oynayır. Bazar tələbatının artması, iqtisadi sabitlik və inkişaf da qiymətlərə təsir edir. Bundan başqa regionda əhalinin artması və ya investisiya cəlbediciliyi də qiyməti yüksəldə bilər.

Valyuta.az əmlakın dəyərini artıran bir neçə əsas amili təqdim edir:

Daşınmaz əmlak alarkən ilk olaraq diqqət edilməli amil onun yerləşməsidir (lokasiya). Bu ən önəmli faktordur. Mərkəzə, iş yerlərinə, məktəblərə, ticarət mərkəzlərinə, nəqliyyata yaxınlıq əmlakın dəyərini artırır. Şəhərin varlılar yaşayan məhlələrində və inkişaf edən ərazilərdə yerləşən əmlaklar daha sürətlə dəyər qazanır.

Digər ən önəmli məsələlərdən biri infrastruktur və nəqliyyatdır. Belə ki, yaxınlıqda metro, avtobus dayanacağı, əsas yollar varsa, bu, qiymətə müsbət təsir edir.

Digər üstünlük parklar, uşaq bağçaları, məktəblər, klinikalar kimi ictimai obyektlərin olmasıdır.

Daşınmaz əmlak qiymətlərinə təsir edən səbəblərdən biri də əmlakın vəziyyəti, təmiri, sahəsi və planlaşdırılmasıdır. Yaxşı təmir olunmuş, müasir dizaynlı, keyfiyyətli materiallardan istifadə olunmuş mənzillər daha baha satılır. Təmirsiz və ya köhnə üslubda olan əmlaklar ucuz olur. Daha geniş sahəyə malik əmlaklar adətən baha qiymətə olur.

Rahat və funksional planlaşdırma (otaqların düzgün yerləşimi, geniş mətbəx və s.) alıcının diqqətini çəkir. Yaşayış məqsədi ilə alınan daşınmaz əmlaklarda ən çox diqqət göstərilməli nüans tikinti keyfiyyəti və binanın növüdür. Yeni tikililər, xüsusən də tanınmış tikinti şirkətlərinin binaları daha dəyərli sayılır. Monolit, daş binalar panel və ya köhnə tikililərlə müqayisədə daha çox dəyər qazanır. Yeni binalardan mənzil alan şəxslər isə həmin binaların əlavə imkanlar və xidmətlərinə diqqət göstərir. Mühafizə sistemi, domofon, video müşahidə, liftlərin keyfiyyəti, yeraltı parkinq, həyət sahəsi, idman meydançaları əmlakın dəyərinə təsir edir. Kompleks daxilində uşaq meydançaları, hovuz, spa, idman zalı kimi xidmətlər əlavə üstünlükdür. Lakin daşınmaz əmlak alarkən ən önəmli dəyər kimi həmin əmlakın sənədi və hüquqi vəziyyəti nəzərə alınır. Çıxarış (kupça) olması və sənədlərin tam qaydasında olması əmlakın qiymətini artırır. İpoteka ilə satıla bilməsi də alıcının diqqətini çəkir.

Əlavə olaraq, təmiz hava, yaşıllıq zonaları, dəniz və ya göl mənzərəsi olan ərazilərdə yerləşən əmlaklar daha bahalıdır.



Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap