“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır - Fotolar

Tarix 29.07.25, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq, Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ tədqiqatların təşviqi məqsədilə iki yeni institut – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu, həmçinin Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

AzFakt.com xəbər verir ki, yeni yaradılan Süni İntellekt və Rəqəmsal Texnologiyalar Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasının məqsəd və vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcək. İnstitutun əsas hədəfi regionda süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, rəqəmsallaşma proseslərinin elmi əsaslandırılması və bu sahədə tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş iqtisadiyyatın müxtəlif sahələrində tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmalar həyata keçiriləcək.

MDU-nun yeni elmi istiqamətində fəaliyyət göstərəcək Tədqiqat və İnkişaf İnstitutu regionun potensialına uyğun olaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, eləcə də dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün yaradılır. İnstitut həmçinin bu sahələrdə ixtisaslaşmış tədqiqatçıların yetişdirilməsini də qarşısına məqsəd qoyub.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihə Ramil Həsənovun rəhbərliyi ilə həyata keçiriləcəkdir. O, “Detal Holdinq” və “Azəralüminium MMC” kimi sənaye müəssisələrində çalışmış, Azərbaycanda və İspaniyanın Xaen Universitetində təhsil almışdır. R.Həsənov, həmçinin Avropada və Asiyada “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” şirkətlərində elmi-praktiki təcrübə keçmiş təcrübəli tədqiqatçıdır.

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun qurulması üzrə layihə MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva tapşırılmışdır. O, Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetində (ODTÜ) elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində akademik fəaliyyətlə məşğul olan tanınmış mütəxəssislərdəndir.

Hər iki layihə rəhbərlərinin elmi fəaliyyəti nəticəsində nüfuzlu Scopus və Web of Science bazalarında ümumilikdə (əksəri Q1 və Q2 kvartildə olmaqla) indekslənmiş 28 elmi məqalə nəşr olunmuşdur.

Yeni institutların yaradılması MDU-da elmi fəaliyyətin daha da intensivləşdirilməsi, beynəlxalq səviyyədə tanınan tədqiqatların təşviqi və Azərbaycanda elmin rəqəmsallaşması istiqamətində mühüm addım olacaq.






Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap