“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda məftilin ümidinə qalan dayanacaq - FOTO

Tarix 28.07.25, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


Bakıdakı dayanacaq problemi azalmaqdansa, getdikcə daha da kəskinləşir. İstifadəyə yararsız vəziyyətdə olan dayanacaqlar sərnişinlər üçün həm narahatlıq yaradır, həm də məlumatsız qoyur.

Təəccüblüsü isə budur ki, bu vəziyyətdə olan dayanacaqlar şəhərin gözdən kənar yerlərində deyil, mərkəzi ərazilərdə yerləşir.

Fotoda gördüyünüz "mənzərə" "İnşaatçılar" metrostansiyasının çıxışında yerləşən dayanacaqdan qeydə alınıb. Aylardır burada olan oturacaq sınıq vəziyyətdədir. Sərnişinlərin ayaq üstə dayanması üçün nəzərdə tutulan asfalt örtük isə dərə, kələ-kötürdür.

SİNİQ.jpeg (1.23 MB)

Sakinlər tərəfindən oturacaq nazik məftillə birtəhər dirəklərə bağlanılıb. Hər gün onlarla insan bu oturacaqdan istifadə etməyə çalışır. Bəziləri əyləşərkən yıxılır, bəziləri isə birtəhər tarazlığını saxlayıb ayağa qalxa bilir.

Digər bir problem isə məlumat xarakterli plakatlardadır. Paytaxtın mərkəzi küçələrindəki bəzi dayanacaqlarda avtobusların nömrələri və istiqamətləri ilə bağlı məlumat plakatları olsa da, bu, bütün dayanacaqlarda tətbiq edilmir. Edilən dayanacaqlarda isə məlumatlar yetərsizdir.

Sıxlığı ilə tanınan və gündə yüzlərlə sərnişin daşıyan 120 nömrəli marşrut da belə dayanacaqlardan birindən keçir. Lakin nə marşrut nömrəsi, nə də onun hərəkət istiqaməti ilə bağlı hər hansı məlumat təqdim olunur.

Məsələ ilə bağlı aidiyyəti qurumların hansı tədbirlər görəcəyi isə hələ ki, məlum deyil. Lakin görünən odur ki, paytaxtın ictimai nəqliyyat infrastrukturunda belə bəsit və vətəndaş rahatlığına birbaşa təsir edən problemlər aradan qaldırılmadıqca, “dayanacaq” problemi uzun müddət gündəmdə qalacaq.





Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap