“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Meyitinin gizlədildiyi deyilən Ayazın həkimi danışdı - “Sağdır...”

Tarix 29.07.25, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


“Gəncə şəhərində xəstəxanada öldüyü və meyitinin gizlədildiyi iddia olunan gənc yaşayır”.

AzFakt.com xəbər verir ki, bunu “Teleqraf.com”a açıqlamasında xəstənin müalicə olunduğu “DNK - İstanbul Hospital”ın anestezioloqu Murad Musayev bildirib.

Onun sözlərinə görə, 36 yaşlı Ayaz Məmmədovun müalicəsi davam edir, nəbzi 136, saturasiyası 100, təzyiqi isə 13285-dir. Həkim deyib ki, A.Məmmədovun yaxınlarının iddiası əsassızdır: “Yuxarıda sadaladığım göstəricilər qeydə alındığı və xəstənin yaşadığı bir vəziyyətdə onu aparatdan ayırmaq həm cinayətdir, həm də vicdani olaraq mümkün deyil. Son ürək döyüntüsünə qədər süni tənəffüs aparatına bağlı olmalıdır”.

M.Musayev deyib ki, ötən gün xəstənin yaxınları ilə görüşüblər, bütün məsələlər aydın formada izah olunub: “Onlara deyilib ki, bu müddətdə əlavə ödəniş alınmayacaq”.

Qeyd edək ki, iyulun 24-də A.Məmmədov yolu keçərkən “Mercedes-Benz” markalı avtomobil onu vurub. Nəticədə o, kəllə-beyin travması alıb və adıçəkilən klinikaya yerləşdirilib.

Yaxınları isə iddia edirlər ki, A.Məmmədov vəfat edib. Sadəcə xəstəxana əlavə pul almaq üçün onu süni nəfəs aparatından ayırmır.



Xəbərin oxunma sayı : 256




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap